Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
29 
ra  kişi/,  həm  çirkinliklərini  sonra  dərk  etdiyi  tüfeylilər  /Yastı  Sal-
man, Yarməmməd, Lal Hüseyn, Kələntər Lələş/ arasında, həm də 
kolxozda və ailə ixtilafında möhkəmliyini saxlayır, əyilmir, cəbhə-
sini asanlıqla vermir”.  
M.Cəlal  yalnız  nəsrdə  deyil,  poeziyada  da  üstünlüyü  xa-
rakter yaratmağa verir. O, “Yeni şeirin manifesti” məqaləsində 
Səməd  Vurğunun  “Komsomol  poeması”nı  təhlil  edərkən  belə 
bir  maraqlı  nəticəyə  gəlir:  ”Əsərdə  verilən  mübarizənin  məz-
mun və mənası daha genişdir. Yalnız cəbhə mübarizələrini yox, 
yalnız  gənclərin  həyatını  yox,  yalnız  Sovet  hökuməti  uğrunda 
mübarizələri  yox, daha geniş, daha  mürəkkəb, daha zəngin  bir 
mənəvi aləmi, mürəkkəb xarakter aləmini əhatə edir”.  
Alim  Humay  obrazı  haqqında  isə  konkret  olaraq  belə  nə-
ticəyə gəlir: “Humay nə Tatyanadır, nə də Ofelya! Bu fərq onun 
ictimai vəziyyəti və ya təhsilinə görə əsla qabardılmır. Humay iki 
dünya,  iki  aləm  arasında  yetişmiş  bir  gəncdir.  O,  köhnə  dünya-
nın, ata-baba xanimanlarının sarsılıb töküldüyü,  yeni münasibət-
lərinsə hələ yaranıb müəyyənləşmədiyi bir dövrdə göz açmışdır.  
Humay  bu  keşməkeşli  günlərin  övladıdır.  O,  ictimai  mən-
şəyi  ilə  keçmişə,  qədəm  qoyduğu  təşkilata  münasibətlə  gələcəyə 
bağlıdır, ancaq nə keçmişin, nə də gələcəyin mahiyyətini lazımın-
ca dərk etməmişdir. O, uşaq sadəliyindən hələ ayrılmamış, həyata 
şairanə  baxan  bir  kənd  qızıdır.  Ona  görə  də  Humay  nəinki  vali-
deynini, nəinki sevgilisini, həm də oxucusunu düşündürən qızdır”.  
Bizcə, Humay obrazının mənəvi aləmi, daxili düşüncələ-
ri,  psixoloji  sarsıntıları,  əxlaqi  bütövlüyü  tənqidçi  tərəfindən 
tam ciddiyyəti ilə nəzərə alınmışdır. Bu mülahizələr əsəri oxu-
yarkən  bizim tanıdığımız Humayı daha dərindən tanımağa kö-
mək edir.  Əsl tənqid odur ki,  yazıçıya kömək edə bilməyəndə, 
heç olmazsa, oxucuya kömək edə bilsin.  
Mir  Cəlal  S.Vurğun  yaradıcılığından  bəhs  edəndə  yalnız 


Kamran Ялийев
 _____________________________________  
 
 
30 
onun  yaratdığı  ayrı-ayrı  obrazların  xarakter  xüsusiyyətlərindən 
danışmaqla  kifayətlənmir.  O,  faktlar  əsasında  ümumiyyətlə  Sə-
məd  Vurğunun  xarakter  yaratmaq  ustalığından  söhbət  açır:  “Sə-
məd  Vurğun  sənətinin  ən  güclü  tərəflərindən  biri  xarakter  yarat-
maq, insan mənəviyyatının bütün daxili, zəngin, mürəkkəb aləmi-
ni qabarıq göstərə bilməsidir. Onun surətləri, xüsusən müsbət qəh-
rəmanları tamamilə canlı, həqiqi insanlardır. Biz onların həyat və 
hərəkətlərində qeyri-təbii, süni heç bir cizgiyə rast gəlmirik”.  
Həmin  məqalənin  başqa  bir  yerində  Mir  Cəlal  deyilmiş 
bu fikirləri bir az da dərinləşdirir: “S.Vurgunun xarakter yarat-
maq  təcrübələrində  daha  bir  xüsusiyyət  vardır.  O,  xarakterin 
kamilliyinə,  həqiqiliyinə,  təsirli  olmasına  diqqət  yetirməkdən 
başqa,  bir  də  ümumi  həyat  və  ictimai  inkişaf  nöqteyi-nəzərin-
dən  mənalandırılmasına,  bir  növ  yüksəldilməsinə,  hissi  aləm-
dən təfəkkür göylərinə qaldırılmasına səy edir”.  
Burada yenə bir cəhəti təkrar etmək istəyirik ki, Mir Cəlal 
yaradıcılığı  üçün  müəyyən  bir  məsələnin  tədqiqində  tam  ar-
dıcıllıq  müşahidə  olunur.  Bu  ardıcıllıq  həmçinin  təhlil  olunan 
problemin  daha  da  dərinləşməsinə  təkan  verir.  Sonuncu  fikir 
barədə  deyək  ki,  Mir  Cəlal  tədqiqatlarında  xarakter  barədəki 
anlayış  geniş  bir  məzmuna  malikdir.  Tənqidçi-ədəbiyyatşünas 
xarakter  məsələsində  yalnız  insan  obrazlarından  danışmır.  Mə-
sələn, L.Tolstoy haqqında yazdığı “Dahi söz ustası” məqaləsinin 
bir  yerində  o  belə  bir  fikir  irəli  sürür:  “Sənətdə  xarakter  ya-
ratmaq  qüdrəti  eyni  dərəcədə  Tolstoyun  peyzajlarına  şərait  və 
əşya təsvirinə aiddir. Onun dolu yağmasını təsvir edən səhifələ-
rini oxuyanda adam özünü dolu altında, bahar təsvirini oxuyanda 
adam özünü baharda, matəmi təsvir edəndə oxucu özünü matəm 
məclisində hiss edir. Bu, Tolstoy sənətinin böyük qüdrətidir”.  
Beləliklə, bunlar göstərir ki, Mir Cəlal tənqidi, Mir Cəlalın 
ədəbiyyatşünaslıq sənəti  ədəbiyyatın öz daxili qanunları üzərində 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
31 
nəşət tapmışdır. Mir Cəlal qondarmanın  və süniliyin  əleyhinədir. 
Eyni  zamanda  sənət  meyarının  da  nədən  ibarət  olduğunu  dəqiq 
bildiyinə görə ədəbi əsərləri düzgün mövqedən şərh edir.  
Hətta  belə  demək  mümkünsə,  Mir  Cəlal  bir  çox məsələ-
lərdə öz müasirlərini həmişə qabaqlamışdır. Yaxşı məlum oldu-
ğu kimi uzun illər ədəbi-elmi fikrimizdə sosioloji təhlillərə üs-
tünlük verildiyi  bir zamanda, Mir Cəlal bədii  əsərə bədiilik tə-
ləbləri  ilə  yanaşırdı.  O,  1958-ci  ildə  yazdığı  bir  məqaləsində 
S.Rüstəmi şeirlərinin ideyasına görə yox, məhz bədii zəifliyinə 
görə tənqid edirdi: “Moskva haqqında yazdığı bir şeirdə bu bö-
yük  şəhərə,  inqilab  və  səadət  yurduna  öz  məhəbbətini  ifadə 
üçün şair belə bir sözlər işlədir:  
Onun kərpicinə, onun daşına,  
Öz ürək qanımla çəkmişəm suvaq... 
 Şairin  məqsədi,  əlbəttə,  bizə  məlumdur.  O,  Moskvaya, 
bu inqilab yurduna olan məhəbbətimizin, fikrimizin, hissimizin 
necə bağlı olduğumuzu göstərmək istəyir. Ancaq gətirilən bədii 
vasitələr bu məzmunu vermir: “Kərpicə, daşa ürək qanı  ilə su-
vaq çəkmək...”. Aydın  bədii  lövhə deyil  və nəzərdə tutulan tə-
siri bağışlamır”.  
Ümumiyyətlə,  Mir  Cəlal  yaradıcılığında  sənətkarlıq  mə-
sələlərinə  dair  onlarla  fakt  və  mülahizələrə  rast  gəlmək  çətin 
deyildir. Bu isə onun sənəti duymaq və təhlil etmək bacarığını 
nümayiş etdirir. Hərgah “Füzuli sənətkarlığı” kitabını da nəzərə 
alsaq,  belə  demək  mümkündür  ki,  Mir  Cəlal  Azərbaycan  ədə-
biyyatşünaslığı  tarixində  tənqidçi  və  ədəbiyyatşünasların  diq-
qətini  sənətkarlıq  məsələlərinin  təhlilinə  yönəltməkdə  mühüm 
xidmətləri olan böyük simadır.  
1981 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə