Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   40   41   42   43   44   45   46   47   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
140
v Birja səhmdarı olmayanların bazara çıxışı məsələsinə
baxılması;
v Mövcud ticarət reqlamenti və birja komissiyası sisteminin
dəyişdirilməsi;
v Ticarət sisteminin və depozitariyanın işinin təkmilləşdirilməsi;
v Bazarda yeni xidmətlərinin işlənməsi və tətbiq edilməsi;
v Fond indekslərinin işlənməsi və hesablanması;
v Birja informasiyası formalarının standartlaşdırılması və va-
hid şəklə salınması.
v Fond bazarının inkişafı ilə bağlı olaraq Azərbaycanda yaxın
müddətdə  yerinə yetiriləcək tədbirlərə bunlar aid edilməlidir:
v İdarəetmədə peşəkarlıq səviyyəsi müxtəlif metodlarla tək-
milləşdirilməlidir. Bura sahibkar-menecement-təşəbbüskar yanaş-
masından, müəssisələrin peşəkar konsultinq xidmətlərindən yarar-
lanmaya qədər geniş bir istiqamət daxildir.
v Sığorta sistemi inkişaf xəttində olmalıdır.
v Fərdi (özəl) təqaüd quruluşları təkmilləşdirilməlidir.
v İnvestisiya banklarının inkişafına şərait yaradılmalıdır.
v Ciddi bir şəffaflıq növü təsis edilməlidir. Müəyyən miqyasda
(kapital, işçi sayı və s.) müəssisələrə internet saytı və burada əsas bil-
giləri yayınlama məcburiyyəti gətirilməlidir.
5.3 İnvestorların hüquqlarının müdafiəsi üzrə
 qanunvericilik bazasının möhkəmləndirilməsi
v İnformasiyanın açılmasında səmərəliliyin tərəflər üçün ma-
raqyaratma sistemin artırılması;
v Müəssisələrinin informasiya şəffaflığı səviyyəsinin mütəma-
di olaraq  yüksəldilməsi.
v İnformasiyanın açılması sisteminin səmərəliliyinin ar-
tırılması üç əsas istiqamətdə aparılmalıdır:
v İnformasiyanın açılmasının hüquqi mühitini müəyyən edən
qanunvericiliyin təkmilləşdirilməsi;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
141
v İnformasiyanın açılması üzrə tələblərin yerinə yetirilməsi
üzrə yoxlama və  nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, belə
tələblərin pozulmasına  görə məsuliyyətin müəyyən edilməsi;
v İnformasiyanın toplanması, işlənməsi, təhlili və kütləvi su-
rətdə açılmasının səmərəliliyinin artırılması üçün müasir informa-
siya texnologiyalarından istifadə olunması, habelə maraqlı  şəxs-
lərin  informasiya bazasına daxil olmasına şərait yaratadılması.
İnformasiyaların açılmasına qoyulan tələblər bütövlükdə bey-
nəlxalq standartlara uyğun olmalıdır. Bununla belə, informasiyanın
açılmasına tələblər sisteminin səmərəliliyini azaldan bir sıra prob-
lemlər mövcuddur. Belə problemlərin hüquqi-normativ aktlar
səviyyəsində həlli resurslarını  əslində tükənmiş hesab etmək olar
və onların həlli üçün mövcud qanunvericiliyə dəyişikliklər apa-
rılmalıdır.
5.4 Beynəlxalq maliyyə standartları üzrə hesabatın  təqdim
edilməsi
Emitentin maliyyə hesabatı müəssisənin kredit qabiliyyətli ol-
masının, investisiya obyekti kimi qiymətli kağızlarının cəlbedicili-
yinin qiymətləndirilməsinin və təhlilinin əsas elementlərdəndir.
Bununla əlaqədar olaraq dünyanın bütün maliyyə-investisiya insti-
tutuları müəssisələr tərəfindən açıqlanan maliyyə informasiyasının
əldə edilməsinə, anlaşıqlığına və dəqiqliyinə xüsusi diqqət yeti-
rirlər. Yerli mühasibat uçot qaydaları üzrə tərtib olunmuş hesabat
istifadəçilərə hərtərəfli məlumat vermir, onun məlumatları digər
ölkələrdəki şirkətlərin hesabatlarının bir çox parametrləri ilə uyğun
gəlmir. Belə durum da yerli müəssisələrin fəaliyyətinin tam təhlil
edilməsi və investorlar tərəfindən əsaslandırılmış iqtisadi qərarla-
rın qəbul olunması ilə bağlı məsələlərdə çoxlu maneələr yaradır.
Müəssisələr qrupunun (əsas və törəmə) maliyyə-təsərrüfat
fəaliyyəti haqqında qanunvericilik üzrə müəyyən olunmuş stan-
dartlar səviyyəsində ümumiləşdirilmiş hesabatın olmaması həmçi-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
142
nin, maliyyə informasiyasının açılışı sahəsində mühüm prob-
lemlərdəndir. Digər tərəfdən, ümumi hesabatın məcburi audit üzrə
tələblərinin olmaması da investisiya qərarının qəbul edilməsi üçün
təqdim olunmuş maliyyə informasiyasının etibarlılığını və
qiymətini xeyli aşağı salır. Maliyyə hesabatının keyfiyyəti üzrə
qəbul olunmuş meyarr, onun Beynəlxalq Maliyyə Hesabatları
Standartlarına (BMHS) uyğun gəlməsidir.
Ölkə qanunvericiliyində BMHS üzrə hesabatların təqdim
edilmə tələbləri kifayət qədər təkmilləşməmişdir, buna görə də
belə hesabatları tərtib edən müəssisələr bu işi yalnız öz təşəb-
büsləri ilə yerinə yetirirlər. Lakin, BMHS  üzrə hesabatı açıqlayan
müəssisələrin yarıdan çoxu maliyyə ili başa çatdıqdan sonrakı altı
ay ərzində bu işi başa çatdıra bilmirlər. Bu qədər gecikmə ilə daxil
olan maliyyə informasiyasını hər hansı investisiya və ya digər iqti-
sadi qərarların qəbulu üçün faydalı saymaq olmaz.
Ölkədə müəssisələrinin fəaliyyətinin şəffaflığının artırılması,
BMHS  üzrə maliyyə hesabatının təşkili və açılışı ilə bağlı  qanun-
vericiliyə müvafiq tələblərin daxil edilməsi ilə sıx bağlıdır. Belə
tələblərin tətbiqi keyfiyyətə nəzarətin, verilən hesabatların tam və
vaxtında verilməsinin səmərəli sisteminin yaradılması ilə müşayiət
edilməlidir. Belə inkişaf meyli bazarda təqdim edilən informasiya-
nın səhihliyini dəqiqləşdirər, o cümlədən auditor təşkilatları ilə
nəzarəti tənzimləyən digər orqanlar arasında səmərəli və çevik
əlaqə yaradar. BMHS üzrə təqdim edilən maliyyə hesabatının key-
fiyyəti birbaşa mütəxəssislərin ixtisaslaşmasından və işə vicdanla
yanaşmasından asılıdır.
5.5 “İxtisaslaşmış (peşəkar) investor” anlayışının hüquqi
baxımdan qəbulu və tətbiqi
Kapital bazarının fəaliyyətinin səmərəliliyini artırmaq üçün
fond bazarını tənzimləyən qanunvericiliyə “ixtisaslaşmış (və ya
peşəkar) investor” anlayışının daxil edilməsi məqsədəuyğundur.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə