Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
96
Əsl adı Ġsmayıl olan DərviĢ Xülusinin Ģeirlərində Füzuli ya-
radıcılığının təsiri vardı
272
.
Fədayi Dədə «əsna-yi səyahət-i dar u diyarlarında darüssə-
lam-i Bağdada varub, Füzuli-yi Bağdadi və sair Ģüəra-yi Ġraq tə-
təbbu-yi əĢar-i lətifələri ilə təməttü etmiĢlərdür. Bu qəzəl-i arifanə-
lərinə Füzulinün nəzirəsi vardur»:
Təne-yi düĢməndən idüb ictinab,
Ərz-i camal eyləməz ol afitab.
Sun bizə saqi içəlüm badəyi,
Oldı gönül xanəsi qəmdən xarab.
Bəkləyəlüm gəl dər-i meyxanəyi,
Bu qapudan Ģayəd ola fəth-i bab.
Ömr axar su gibidür fil-məsəl,
Cismün o su üzrə yürür bir həbab.
Yapsa gönül xanəsini ol sənəm,
Kəbəyə varmıĢ qədər eylər səvab.
Qılsa Fədayi eĢiyində məqam,
Gökdə mələklər diyə niməl-məab
273
.
Saib Təbrizi və Osmanlı ədəbiyyatı
Akademik H.Araslı Saib Təbrizini Türkiyə ədəbiyyatına mü-
hüm təsiri olan sənətkar adlandırır. ġairin müəyyən müddət Türki-
yəni səyahət etməsi, əsərlərinin intiĢarı, nəhayət divanının mədrə-
sələrdə bir dərslik kimi tədris olunması, Saib yaradıcılığının Tür-
kiyə Ģairlərinə mühüm təsir etməsinə səbəb olmuĢdur
274
. Bu xü-
susda müəllim Naci yazır: «Saib Təbrizi Məhəmmədəli Səraməda-
ni Ģüərayi Əcəmdəndir. Divanı Rumda ən ziyadə Ģöhrət tapan fars
272
Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 160.
273
Йеня орада, с. 414-415.
274
Араслы Щ. ХВЫЫ-ХВЫЫЫ яср Азярбайъан ядябиййаты тарихи. Бакы: 1956, с.
144.
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
97
divanlarındandır, hətta əvvəlləri Hafiz divanı kimi tədris olunur-
du»
275
.
Saib «Divan»ını Azərbaycandan Türkiyəyə ilk dəfə olaraq
Osmanlı Ģairi DərviĢ Həsən Zehni aparmıĢdır
276
.
Əli Yəqina Ġsfahani (ö. 1107 hicri) Ġstanbulda Saib Divanını
tədris edərdi
277
.
Qalib Dədənin yaradıcılığında Saib Təbrizinin təsiri olmuĢ,
o, öz Ģeirlərində özünü Saibə bənzətmiĢ və ona nəzirə yazmıĢ-
dır
278
.
Salih Ġmam Əta (ö. 1160) «Ģərh-i divan-i Saibi» yazmıĢ-
dır
279
.
Bütün bu qeyd olunanlar Azərbaycan klassiklərinin Osmanlı
ədəbiyyatına təsirini bir daha sübut edir.
275
Мцяллим Наъи. Ясами. Истанбул: 1308, с. 189.
276
Йеня орада, с. 208.
277
Мустафа Сафаи Ефенди. Тезкире-и Сафайи. с. 737.
278
Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 391-393.
279
Рамиз ве Адаб-ы zурафасы. с. 179.
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
98
NƏTİCƏ
Osmanlı təzkirələri üzərində apardığımız araĢdırmalar nəti-
cəsində aĢağıdakı qənaətlərə gələ bilərik:
Osmanlı təzkirələrində 58 nəfər Azərbaycan Ģairi haqqında
məlumat verilmiĢdir;
Təzkirələrdə bəhs olunan 58 Azərbaycan Ģairindən 27 nə-
fəri Azərbaycan ədəbiyyatı tarixində öyrənilməmiĢdir. Bunlara
misal olaraq Bahar, Behçət, Bəhayi, Cəlili, DərviĢ Səfi, Ağqoyun-
lu Əbdi, Fateh, Feyzi, Ġzzi, Kamil, Qəribi, Məhəmməd Əmin,
MəĢrəbi, Nəbati, Rəmzi, RüĢdi, Sayi, Səburi, Vəfayi və s. Ģairlərin
adlarını sadalamaq mümkündür. Məhz buna görə Osmanlı təzkirə-
lərini Azərbaycan ədəbiyyatının mühüm qaynağı hesab edə bilə-
rik.
Osmanlı təzkirələrində haqlarında məlumat verilən Ģairlə-
rin böyük əksəriyyəti Türkiyəyə köçmüĢ Ģairlərdir. Təzkirələrin-
dən azərbaycanlı Ģairlərin Osmanlı ölkəsinə gəlmə səbəblərini öy-
rənmək mümkündür. Təzkirələrdə 29 nəfər Azərbaycan Ģairinin
Osmanlı ölkəsinə gəlmə səbəbi qeyd olunmuĢdur. AraĢdırmaları-
mız nəticəsində məlum olmuĢdur ki, onlardan 5-nin (Arifi, Cəlili,
HaĢimi, RüĢdi, Səbati) ata-babası Türkiyəyə köçmüĢdür. ġairlər-
dən 10 nəfəri hərbi-siyasi hadisələr üzündən köç etməli olmuĢlar.
Bundan əlavə, Ģairlərdən 6 nəfəri təhsil almaq, 5 nəfəri səyahət, 3
nəfəri maddi-sosial səbəblərlə bağlı Osmanlı ölkəsinə getmiĢdir.
XVI əsr təzkirələrində daha çoz azərbaycanlı Ģair haqqında
məlumat verilmiĢdir və bu bilgilər digər əsrlərdə qələmə alınmıĢ
təzkirələrdəkilərdən geniĢliyi və dolğunluğu ilə fərqlənir. Belə ki,
Qınalızadə Həsən Çələbi təzkirəsində 22 nəfər azərbaycanlı Ģair
haqqında məlumat verməklə ilk yeri tutur. AĢiq Çələbi isə əsərin-
də 17 Azərbaycan Ģairini xatırlamıĢdır.
Osmanlı təzkirələrində ən çox xatırlanan Ģairlər Bəsiri, Cə-
lili və Hafizdir. Adları qeyd olunan bu Ģairlər XVI – XVII əsrdə
qələmə alınmıĢ təzkirələrin əksəriyyətində (7 təzkirədə) xatırlan-
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
99
mıĢdır. Bundan sonrakı yeri Füzuli və Səhabi tutur. Bu Ģairlərin
adı 6 təzkirədə keçir.
Osmanlı təzkirələrində haqlarında məlumat verilən 58 nə-
fər Ģairdən 29-u XVI əsr, 17-si XIX əsr, 5-i XVII əsr, 4-ü XV əsr,
2-si XIII əsr, 1-i isə XIV əsrdə yaĢayıb-yaratmıĢdır. Bu qeyd olu-
nanlardan məlum olur ki, təzkirələrdə daha çox XVI əsr Ģairləri
xatırlanmıĢdır.
ġairlərin doğulduğu bölgə, Ģəhər və s. məlumatları nəzər-
dən keçirdikdə aĢağıdakı nəticələri əldə etmək mümkündür. Belə
ki, təzkirələrdə bəhs olunan Azərbaycan Ģairlərindən 12 nəfəri
Təbrizdən, 7 nəfəri ġamaxıdan, 5 nəfəri Bağdaddan, 3 nəfəri Qəz-
vindən, 3 nəfəri Həmədandan, 2 nəfər Qarabağdan, 2 nəfəri ġəki-
dən, 2 nəfəri Bərdədən, 1 nəfəri Ərdəbildən, 1 nəfəri Qazaxdan, 1
nəfəri Göyçaydan, 1 nəfəri Qəbələdən, 1 nəfəri Ġrəvandandır. Bun-
dan əlavə, təzkirələrdə qacar, ağcaqoyunlu, ağqoyunlu, əfĢar tay-
falarına məxsus Azərbaycan Ģairlərinə də rast gəlmək mümkündür.
Azərbaycanlı olduğu dəqiq məlum olan digər 10 Ģairin isə hansı
bölgədən olduğu göstərilməmiĢ, sadəcə olaraq onların Əcəmdən
gəldikləri qeyd olunmuĢdur.
Təzkirələrdə xatırlanan Ģairlərin demək olar ki hamısı təm-
təraqlı cümlələrlə təriflənmiĢlər. Bu da Azərbaycan Ģairlərinin nə
dərəcədə qabiliyyətli olduğunu sübut edir.
Osmanlı təzkirələri XV-XX əsrlərdə Türkiyəyə müxtəlif
səbəblərlə mühacirət etmiĢ Azərbaycan ədəbiyyatının nümayəndə-
lərinin həyat və yaradıcılığının, eləcə də Azərbaycan mühacirət
ədəbiyyatının qeyd olunun bölümünü araĢdırmaq üçün mühüm
qaynaqlardandır.
Dostları ilə paylaş: |