Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
123 
Katib Çələbi, Bəsirinin türkcə divanının olduğu qeyd etsə də, 
indiyə  kimi  əlyazma  xəzinələrində  nüsxəsinə  rast  gəlinməmiĢdir 
(s. I, s. 780). Onun türkçə Ģeirləri toplu halda fars dilindəki divanı-
nın sonunda yer almaqdadır
288
. Burada 1 qəsidə, 46 qəzəl və bəzi 
qitə  və  beytlər  yer  almıĢdır.  Ancaq  Bəsirinin  Ģeirlərinə  XVI  və 
daha sonrakı əsrlərdə yazılmıĢ Ģeir məcmuələrində də rast gəlmək 
mümkündür. Bəsirinin fars dilindəki divanının sonundakı və müx-
təlif Ģeir məcmuələri və təzkirələrdəki türkçə Ģeirləri bir yerə top-
landıqda 3 qəsidə, 1 mürəbbə, 61 qəzəl, 6 qitə, 6 mətlə və 6 müfrə-
di  olduğu  məlum  olur.  Bəsirinin  türkçə  Ģeirlərini  prof.  Əhməd 
Qartal nəĢr etdirmiĢdir
289
.        
Bəsirinin fars dilindəki divanının məlum olan yeganə və av-
toqraf  nüsxəsi  Süleymaniyyə  kitabxanası  AĢir  Əfəndi  bölümündə 
292 Ģifrəsi ilə (229 b-281 a vərəqləri arasında) mühafizə olunmaq-
dadır.  Divan  mənsur  müqəddimə,  2  tövhid,  23  qəsidə,  121  qəzəl 
və 32 qitədən ibarətdir.  
Bəsiriyə  Ģöhrət  gətirən  əsəri  «Lətayif»dir.  Əsərin  tam  nüs-
xəsi  günümüzə  qədər  gəlib  çıxmamıĢdır.  Bu  əsərdəki  lətifələrin-
dən seçmələri əhatə edən naqis nüsxə Konya Qoyunoğlu muzeyin-
dəki kitabxanadadır. Ġkinci ağızdan nəql edilən bu lətifələrin bəzi-
lərini  Lamizadə  Ləmi  Çələbi  toplamıĢ  və  onlara  atasına  həsr  olu-
nan  lətaifi  içərisində  rast  gəlmək  mümkündür.  Lətayifdə  yer  alan 
lətifələrin bir qismi isə Bəsirinin çağdaĢı olan Ģairlərlə digər sənət 
sahibləri haqqındakı lətifələri əhatə edir.  
AĢiq Çələbi Bəsirinin «Bənginamə» adlı əsərindən bəhs etsə 
də, əsərə hələ də rast gəlinməmiĢdir.  
Təzkirəçilər XV əsr Azərbaycan Ģairi Bəsiri haqqında nisbə-
tən  geniĢ  məlumat  verirlər.  Səhi,  Bəsirinin  «əcəmli  olduğunu, 
Uğurlu oğlu Məhəmməd mirzəyə
290
  xidmət  etdiyini,  Uğurlu  oğlu 
Əcəmə dönüb padĢah olduqda onu Sultan Bayəzidə elçi göndərdi-
                                                 
288
  Шентцрк  А.,  Картал  А.  Ески  Тцрк  едебийаты  тарищи.  Анкара:  Акчаь,  2007,  с. 
344. 
289
 Картал А. Басири ве Тцркче шиирлери. Анкара: 2006. 
290
 Əslində Əhməd mirzə olmalıdır. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
124 
yini  yazır.  Anadoluya  gəldiyi  vaxt  Bəsiri vətənə  dönmək  istəmiĢ-
dirsə  də,  bu  ona  nəsib  olmamıĢ  və  evlənərək  Ġstanbulda  qalmıĢ-
dır». 
Lətifi,  Bəsirinin  «Ġrana  yaxın  bir  yerdən  olduğunu,  Sultan 
Bayəzid  zamanında  Osmanlı  ölkəsinə  gəldiyini,  Nəvai  divanını 
Türkiyəyə  gətirən  ilk  Ģəxs»  olduğunu  bildirir.  Lətifi  təzkirəsində 
Bəsirinin ayrı-ayrı qəzəllərindən beĢ beyt və onun haqqında rəva-
yət vermiĢdir.  
Qınalızadə və Bəyani Bəsirinin xorasanlı, Riyazi isə bağdad-
lı  olduğunu  iddia  edirlər.  Lakin  onun  Ġstanbula  getməzdən  öncə 
Azərbaycanda  yaĢaması  və  Türkiyə  tədqiqatçılarının  da  etiraf  et-
dikləri  kimi,  Ģeirlərini  Azəri  türkcəsində  yazması,  onun  bir  Azər-
baycan Ģairi olduğunu göstərir.   
 
Səhi «Həşt-behişt» s. 201-202. 
 
 
Əcəmdir.  Uğurlu  oğlu  Məhəmməd  mirzənin
291
  xidmətində 
olmuĢdur. Uğurlu oğlu Əcəmə dönüb padĢah olunca mərhum Sul-
tan  Bayəzidə  elçi  olaraq  göndərildi.  Anadoluya  gəldiyi  zaman 
Uğurlu  oğlu  bir  hadisəyə  məruz  qalıb  taxtdan  endirildiyindən 
geriyə  dönmək  müyəssər  olmadı  və  evlənərək  Ġstanbulda  qaldı. 
Anadoluda  uzun  müddət  qaldığı  üçün  buralı  kimi  oldu.  Buradakı 
Ģairlərlə eyni dildə danıĢdığı üçün onlarla arasında çoxlu münazirə 
və mühavirə olmuĢdur. Türkçə Ģeirləri vardır. Bu səbəbdən Ģöhrət-
li Anadolu Ģairlərindən sayılıb, bu təzkirəyə qeyd olundu. Çox mə-
rifətə və lətayifə sahib kimsə idi. Bu beyt lətifələrindəndir. 
 
Küftələr, bənglər dəhanında, 
Toplardur boğaz hisarında. 
 
Bu bir neçə beyt türk dilində söylədiyi Ģeirlərindəndir. 
 
                                                 
291
 Сящи бяй сящвя йол верир. Бу шяхсин ады Уьурлу Мящяммядин оьлу Ящмяд 
мирзя олмушдур. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
125 
Kiprigün sehr okları əbrularundur, yay ana, 
Bir bənüm gibi bəla-kəĢ uğrar isə vay ana. 
 
 
Bu nə rüxsar-i dil-ara olur ey sultan-i hüsn, 
Kim fələkdə rəĢk edər mehr-i cahan-aray ana. 
 
Lətifi «Təzkirətüş-şüəra». s. 189. 
 
Cəvahir-i kəlamun mübəssir-i bəsiri və məta-yi məarifün 
naqid-i xəbir-i əni Bəsiri 
 
Vilayət-i Əcəm sərhəddinə qərib  yerdən, qaliba Bağdaddan-
dur.  Sultan  Bayəzid  Xan-i  məzidül-ğüfran  dövrünün  əvayilində 
Həzrət-i  ġeyx  Cami  və  Mir  ƏliĢir  Nəvai  tərbiyənaməsiylə  Ruma 
gəlmiĢ  və  Nəvai  divanın  diyar-i  Ruma  əvvəl  ol  gətürmiĢdür.  Ək-
sər-i əvqatın bu diyara geçürməgin tərz-i Ģeirdə türki ibarət nəzm-
ləri  Ģivəsin  və  Rum  Ģairləri  iĢvəsin  əda  idər  və  tərzində  təriq-i 
məxsusa gidər. XoĢ-ayəndə,  xub  əĢarı  və pəsəndidə  farsi  və türki 
mərğub güftarı vardur. Bu bir kaç mətlə anun əĢarındandur. 
 
 
Mətlə 
AĢiqlərini ah o Məsiha-dəm öldürür, 
Bu adəm öldürür ki, Məsih adəm oldurur. 
 
Vələhu 
Gərçi kim dirlər cahanda arifə bir gül yetər, 
Arifə bir gül yetərsə, bana yarım gül, yetər

 
Vələhu 
 
Ol iki məxmur gözlər çöhre-yi dildarda, 
Ġki nərgizdür açılmıĢ guĢe-yi gülzarda.
 
 
 
Vələhu 
Ġki surət xubdur Həqqdən bana olsa nəsib, 
Ol mahun yüzini görmək, görməmək ruy-i rəqib. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə