Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   8   9   10   11   12   13   14   15   ...   116

 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.28 
 
əvəz edilir. Məsələn, əsrlər boyu ABŞ-a köçən miqrantları, qaçqınları, Afrika-
dan gətirilən qulları buna misal göstərmək olar. Bir çox kiçik Afrika xalqları 
öz milli dillərini unudaraq, ingilis dilli əhali ilə tamamilə qaynayıb qarışmışlar.  
 Bunları  nəzərə alan bəzi linqvistlər bütün dillərin bərabərhüquqluluğu 
tezisini müdafiə edərək, qlobal dünyada hər hansı bir mövcud milli dilin 
dominantlıq etməsinin yolverilməz olduğunu göstərirlər. Qeyd etmək istərdik 
ki, artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində məsələn, Fransa, Almaniya 
və s. bu sahədə geniş  tədbirlər görülür. Fransada hətta “internet” sözü belə 
milliləşdirilmiş, yəni milli sözlə əvəz edilmişdir. 
Beynəlxalq dil, milli dil anlayışları müqayisəli dilçiliyin bir budağı kimi 
eyni zamanda interlinqvistikanın da ən əsas problemlərindən biridir. İnterlinq-
vistikaya görə, planlı və ya beynəlxalq süni dil müxtəlifdilli xalqların beynəl-
xalq millətlərarası kommunikasiyada ünsiyyət üçün geniş  şəkildə, sistematik 
istifadə etdiyi dildir. Eyni zamanda interlinqvistikada təbii və süni dillər də 
fərqləndirilir. Ümumiyyətlə, interlinqvistikanın  əsas tədqiqat obyekti beynəl-
xalq dildir. 
İnterlinqvistika termininin izahını ilk dəfə J.Meysman vermişdir. Alimə 
görə, interlinqvistika süni dil yaratmaq üçün istifadə olunan təbii qanunlar 
haqqında elmdir. Bir məsələni də qeyd etmək lazımdır ki, interlinqvistikada da 
dillərin bərabərhüquqluluğu tezisi müdafiə edilir və beynəlxalq millətlərarası 
kommunikasiyanın həlli yolu kimi hər hansı bir mövcud milli dilin dominant-
lığı yox, milli dillər əsasında yaradılmış beynəlxalq süni dil qeyd edilirdi. 
Dilçilik elmində interlinqvistikanın daha geniş  şəkildə izahı O.Yesper-
sona məxsusdur. O.Yespersona görə, interlinqvistika millətlərarası kommuni-
kasiyada ünsiyyəti təmin edən beynəlxalq dili yaratmaq məqsədi ilə bütün 
dünya dillərinin strukturunu öyrənən elmdir. Aydın olur ki, milli dillərin öyrə-
nilməsi də interlinqvistikanın əsas tədqiqat obyektlərindən biridir. 
    “Qlobal dil” terminini dilçiliyə ilk dəfə görkəmli ingilis linqvisti De-
vid Kristal gətirmişdir. Devid Kristal belə hesab edirdi ki, hər hansı bir dilin 
“qlobal dil” statusunu alması üçün onun bir çox ölkələrdə aparıcı, hakim möv-
qedə olması vacib şərtdir. Daha sonra Devid Kristal bu statusu əldə etməyin üç 
yolunu və ya dilin qloballaşması üçün vacib olan üç müxtəlif funksiyanı 
göstərir. Birincisi, bir çox ölkələrin dövlət dili olmaq funksiyasıdır. Yəni, hər 
hansı bir dil “qlobal dil” statusunu əldə etmək üçün eyni zamanda bir neçə 
ölkənin ya əsas dövlət dili, ya da ikinci dövlət dili olmalıdır. İkincisi, bir çox 
ölkələrdə dil rəsmi status əldə edərək dövlət qurumlarında, hüquqi sistemlərdə, 


 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.29 
 
reklamlarda, kütləvi informasiya vasitələrində, təhsil sistemində geniş şəkildə 
yayılır. Bu halda dil ikinci dövlət dili səviyyəsinə yüksəlir. Bəzən onun tədrisi 
hətta ana dili ilə bərabər ibtidai siniflərdən başlanır. Bu zaman xarici dil həmin 
dövlətdə yeganə rəsmi dil və ya yarımrəsmi dil ola bilər. Dilin qloballaşması-
nın üçüncü mərhələsi isə dövlətin təhsil siyasəti ilə bağlıdır. Belə ki, dilin heç 
bir rəsmi status almamasına baxmayaraq, o həmin ölkədə xarici dil tədrisində 
üstün mövqeyə malik olur. 
Bir məsələni də qeyd etmək istərdik ki, bu da dilin qloballaşmasında so-
sial amillərin nəzərə alınmasıdır.  Hər hansı bir dilin “qlobal dil” statusu alma-
sının ən əsas yollarından biri həmin dilin daşıyıcılarının sosial cəhətdən möh-
kəmliyidir. Çünki dil özünün mövcud olduğu cəmiyyətin ayrılmaz tərkib his-
səsidir. Devid Kristal burada əsas amil kimi dövlətin möhkəm siyasi, iqtisadi 
və  hərbi qüdrətə malik olmasını götürmüşdür. Dövlətin iqtisadi, sosial, hərbi 
vəziyyəti də həmin dövlətin dilinin qloballaşmasında az rol oynamır.  İqtisadi 
cəhətdən daha da güclü olan mədəniyyətin milli dilinin digər milli dillər 
üzərində dominantlıq etməsi ehtimalı çox böyükdür. 
Demək aydın olur ki, dilin qloballaşmasında həm daxili, həm də xarici 
amillər nəzərə alınmalı və bir-birilə vəhdət təşkil etməlidir. 
Əgər biz beynəlxalq dil və qlobal dil anlayışlarını müqayisə etsək, bu 
zaman onların ekvivalentliyini görəcəyik. Bunların arasında ən əsas fərq bey-
nəlxalq dilə süni,vasitəçi dil səviyyəsində yanaşılmasıdır. Bu da,əlbəttə ki, onu 
bir çox ölkələri dövlət dili funksiyasını daşımasından məhrum edir. Çünki süni 
dillər dünyada sürətlə yayılmaq üçün lazım olan əsas sosial amillərə malik 
deyildir. Əgər biz beynəlxalq dili dünyanın canlı dillərindən biri kimi fərz et-
sək, o zaman, heç şübhəsiz ki, o, xüsusiyyətlərinə görə qlobal dilə uyğun gələ-
cəkdir. Qlobal dil dünyada mövcud milli dillərdən biridir. Hər hansı bir möv-
cud milli dilin qloballaşması üçün isə onun daşıyıcılarının iqtisadi, siyasi və 
hərbi qüdrətə malik olması vacib şərtdir. 
Qlobal\Beynəlxalq dilin əsas xüsusiyyətləri aşağıdakılardır: 
1. Bir çox ölkələrdə dövlət dili səviyyəsində istifadə edilməsi; 
2. Həmin dilin dövlət dili olmadığı ölkələrin dövlət inistitutlarında, hüquqi 
sistemlərdə və s. ondan geniş istifadə edilməsi; 
3. Dilin dövlət təhsil müəssisələrində, elmi təşkilatlarda tədris edilən xarici 
dillər arasında aparıcı, lider olması; 
4. Möhkəm sosial bazanın mövcudluğu; 
5. Dilin beynəlxalq əlaqələrdə geniş istifadəsi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə