Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   9   10   11   12   13   14   15   16   ...   116

 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.30 
 
Devid Kristala əsaslanaraq biz “qlobal dil” və “beynəlxalq dil” anla-
yışlarını oxşar və ya bir-biri ilə əvəz edilməsi mümkün ola bilən termin hesab 
edə bilərik. “Qlobal dil” termini adı altında biz dünyada geniş şəkildə istifadə 
edilən təbii dillərdən birini başa düşməliyik. Bir şərtlə ki, o dil yuxarıda sada-
lanan bütün funksiyaları, yəni bir çox ölkələrdə dövlət dili funksiyasını, bey-
nəlxalq millətlərarası kommunikasiyada əsas, aparıcı dil funksiyasını, digər 
mədəniyyətlərin dövlət təhsil müəssisələrində xarici dil tədrisində  əsas dil 
funksiyasını yerinə yetirməlidir. 
Son zamanlar bir çox tədqiqatçılar hər hansı bir mövcud milli dilin qlo-
ballaşmasına və beynəlxalq ünsiyyət, təhsil dilinə çevrilməsinə şübhə ilə yana-
şırlar və bunu əsaslandırmağa çalışırlar. Tədqiqatçıların bir qismi belə hesab 
edir ki, məsələn, ingilis dilinin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən 
amillər, eyni zamanda onun beynəlxalq aləmdəki mövqeyinə mənfi təsirlər də 
göstərir. Onlar belə hesab edirlər ki, elmin, texnikanın, rəqəmli informasiyanın 
çox sürətli inkişafı ingilis dilinin beynəlxalq aləmdə mövqeyini gücləndirmək-
lə yanaşı, eyni zamanda digər dillərin inkişafı üçün də geniş imkanlar açır. 
Məsələn, qlobal şəbəkə bir tərəfdən, dünyada ingilis dilinin bələdçisi kimi 
çıxış edir, başqa bir tərəfdən isə, digər dillərə onunla rəqabət aparmaq imkanı 
verir. Çünki internet dünyada mövcud olan dil cəmiyyətlərini birləşdirməklə, 
kiçik xalqların da dillərinin və  mədəniyyətlərinin inkişaf etdirilməsinə  şərait 
yaradır. Belə ki, internetə hər hansı bir xalq öz ana dili haqqında kifayət qədər 
informasiya yükləyə bilər.  İnternet  şəbəkəsinə yüklənmiş bu materialları ani 
olaraq dünyanın istənilən nöqtəsinə göndərmək mümkündür. Hal-hazırda bey-
nəlxalq internet şəbəkəsində, demək olar ki, bütün dünya dillərinə aid saytlar 
mövcuddur. Bu saytlarda dillərlə yanaşı, həmin dillərin daşıyıcılarının tarixi, 
mədəniyyəti və s. haqqında da kifayət qədər geniş  məlumatlar verilir. Bütün 
bunlarla yanaşı, artıq hətta təhlükədə olan dillərə də maraq artmışdır. Məsələn, 
son zamanlar internet şəbəkəsində  Şimali Amerika aborigenlərinin dillərinə 
həsr edilmiş saytların sayı çoxalmaqdadır. Qədim Misir, latın, şumer dillərinə 
həsr edilmiş saytlar da kifayət qədər çoxdur. Bir məsələni də qeyd etmək istər-
dik ki, təkdilli saytlardan fərqli olaraq, çoxdilli saytların qlobal şəbəkəyə yük-
lənməsi daha ucuz başa gəlir.  Buna görə də qlobal şəbəkədə çoxdilli saytların 
sayı da durmadan artmaqdadır. 
Bütün bunlardan əlavə, tərcümə edilmiş kompüter proqramlarının sayı 
da nəzərə çarpacaq dərəcədə çoxalmaqdadır.  Əvvəllər kompüter proqramları 
əsasən ingilis dilində olduğu halda, müasir dövrdə kompüter proqramlarının, 


 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.31 
 
demək olar ki, hamısı ikidilli və ya çoxdillidir. Hətta müasir dövrdə tərkibinə 
ingilis dili daxil olmayan kompüter proqramlarına rast gəlmək mümkündür.  
Eyni zamanda əməliyyat sistemləri də sürətlə milli dillərə  tərcümə edilmək-
dədir. Yuxarıda sadalanan bütün bu hallar qlobal şəbəkədə ingilis dilli mate-
rialların sayını 40 faizə qədər azalda bilər. 
 Yuxarıda qeyd edilənlərdən aydın olur ki, dünyada qloballaşmanın  də-
rinləşməsi nəticəsində milli dillər arasındakı mübarizə daha da kəskinləşəcək 
və bu mübarizədə daha güclü mövqeyə, daha möhkəm sosial dayağa malik 
olan dil qalib gələcəkdir. Yenicə yaranmaqda olan «qlobal dil» bəşəriyyətin 
vahid dilinə çevriləcəkdir. 
Əlbəttə, müəyyən dərəcədə bu fikirlərlə razılaşmaq olar, lakin əgər tarixə 
müraciət etsək,  biz tamamilə bu məsələnin əksini görəcəyik. Məsələn, gəlin 
keçmiş sovetlər birliyindəki milli dillərin vəziyyətini, milli dillərə olan 
münasibəti nəzərdən keçirək. Sovet xalqı müəyyən bir millət deyildir. Sovet 
İttifaqında onlarla millət və xalq yaşayırdı. Sovet İttifaqı başdan-başa savadlı-
lar ölkəsinə çevrilmişdi. Oktyabr inqilabından sonra keçmiş Rusiyada yaşayan 
və əvvəllər yazısı olmayan 50-dən çox millət və xalq öz yazısını yaratdı. Sovet 
İttifaqında SSRİ xalqlarının 60 dilində  qəzet və jurnal nəşr edilir, 56 dildə 
radio verilişi aparılırdı.  
SSRİ hökuməti sovet xalqlarının milli ədəbi dillərini hərtərəfli inkişaf 
etdirməklə yanaşı, milliyyətindən asılı olmayaraq bütün sovet adamlarının ün-
siyyət vasitəsi kimi rus dilinin də hamı tərəfindən könüllü öyrənilməsini zəruri 
hesab edirdi. Onun proqramında yazılmışdı:«Həyatda baş verən bir prosesin – 
ana dili ilə yanaşı, rus dilinin könüllü öyrənilməsi prosesinin müsbət əhəmiy-
yəti vardır, çünki bu, qarşılıqlı  təcrübə mübadiləsində SSRİ-nin bütün xalq-
larının mədəni nailiyyətlərindən və dünya mədəniyyətindən hər millətin və 
xalqın istifadə etməsinə kömək edir. Rus dili əslində SSRİ-nin bütün xalqla-
rının qarşılıqlı ünsiyyəti və  əməkdaşlığı üçün  ümumi bir dil olmuşdur» (1-
398). Müxtəlif millətlərə, xalqlara və etnik qruplara mənsub adamların öz ara-
larında ünsiyyət vasitəsi kimi istifadə etdikləri dilə millətlərarası ünsiyyət dili 
deyilir.   
Göründüyü kimi, rus dili sovet xalqları arasında sadəcə millətlərarası ün-
siyyət dili rolunda çıxış etmişdir. Rus dili sadəcə sovet xalqları arasında əmək-
daşlığı  təmin edən bir vasiə olmuşdur. Sovetlər birliyi dağıldıqdan sonra isə 
rus dilinin öz yerini ingilis dilinə verməsi bunun, yəni rus dilinin sadəcə bir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə