Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   18   19   20   21   22   23   24   25   ...   116

 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.53 
 
Deyilənləri yekunlaşdırmaqla, belə bir qənaətə gəlmək olar ki, adlıq cüm-
lələrdə temporal semantika ismin kateqorial mənası ilə  təsbit olunur, adlan-
dırma eyni zamanda adlandırılanın mövcudluğunu müəyyən edir. 
Temporallığın şəxssiz cümlə ilə ifadəsi. Azərbaycan və ingilis dillərində 
temporallığı cümlə səviyyəsində reallaşdıran sintaktik strukturlardan biri şəxs-
siz cümlələrdir. Sintaktik temporallığın şəxssiz cümlələrlə ifadəsi zaman bildi-
rən söz və ifadələrin predikativ vəzifədə  işlənməsi ilə bağlıdır. Bu məsələdə 
ingilis və və Azərbaycan dillərində oxşarlıq özünü büruzə verir. Oxşarlıq za-
man bildirən söz və ifadələrin predikativ vəzifədə işlənməsində təzahür edir. 
Azərbaycan dilinə dair qrammatika kitablarında şəxssiz cümlələr elə cümlələr 
adlandırılır ki, mübtədası olmasın və ya təsəvvür edilməsin[Bax:1,s.262; 5,s. 
186; 6,s.266]. Q.Kazımov haqlı olaraq göstərir ki, şəxssiz cümlələrdəki məz-
mun, fikir predmeti xəbərlə birlikdə təsəvvür edilir [5, S. 186].  
İngilis dilindəki  şəxssiz cümlələrdə isə Azərbaycan dilindəkindən fərqli 
olaraq həmişə mübtəda vardır, lakin bu mübtəda formal xarakter daşıyır, heç 
də real subyekt bildirmir. Məntiqi cəhətdən yanaşdıqda, aydın olur ki, şəxssiz 
cümlələrlə (və ya cümlələrdə) elə situasiyalar təqdim olunur ki, onlardakı hə-
rəkətin törədicisi və ya yaradıcısı insan ola bilməz. Başqa sözlə desək, təktər-
kibli cümlələrin bu növündəki prosesin, vəziyyətin səbəbkarı insanın iradəsin-
dən kənarda olan təbii qüvvələrdir.    
Hər iki dildə şəxssiz cümlələr üzərində aparılan müşahidələr onların xeyli 
hissəsinin zaman bildirdiyi qənaətinə gəlməyə əsas verir. Zaman bildirən şəxs-
siz cümlələr hər iki dildə ismi xəbərli şəxssiz cümlələrdən ibarət olur. Onların 
yaranmasında temporal söz və söz birləşmələri iştirak edir. Azərbaycan dilində 
şəxssiz cümlələrdə xəbərlə təsəvvür edilən fikir predmetinin, məzmunun indi-
ki zamana aidliyi -dır
4
 xəbərlik şəkilçisi, keçmiş zamana aidliyi idi, imiş bağ-
lamaları, gələcək zamana aidliyi isə olmaq feli ilə reallaşır. İngilis dilində isə 
indiki zamana aidlik  to be felinin üçüncü şəxsin təkində  işlənən  is forması, 
keçmiş zamana aidlik həmin felin was  forması, gələcək zamana aidlik isə will 
be forması ilə reallaşır. Nitq prosesində hər iki dildə əsasən indiki və keçmiş 
zamanlara aid şəxssiz cümlələr istifadə edilir. Azərbaycan dilində keçmiş za-
manda idi bağlaması ilə işlənən şəxssiz cümlələrə daha çox rast gəlmək olar, 
imiş bağlaması ilə olan şəxssiz cümlələrə isə təsadüf edilmir. Eyni fikri gələ-
cək zamanı olmaq feli ilə əmələ gələn şəxssiz cümlələrə də şamil etmək olar. 
İngilis dilində də gələcək zamana aid şəxssiz cümlələrə təsadüf edilmir.  


 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.54 
 
Şəxssiz cümlələrdə temporallığın ifadəsini konkret nümunələr  əsasında 
nəzərdən keçirək: 
-  Axı tanışlıq üçün vaxt (?)  bir az gecdir. – Gecdir?  Xeyr,  əsl vaxtdır 
(Anar).  
Fikrimizcə, birinci cümlədə  vaxt sözünün işlənməsi yerinə düşmür. Bu, 
cavab cümləsindən də görünür: ... əsl vaxtdır. Sual cümləsinin məzmununa gö-
rə gözləmək olardı ki, cavab cümləsi Vaxt əsil vaxtdır kimi olacaqdır, lakin bu 
halda tavtologiya ilə qarşılaşmış olardıq. 
Birinci cümlə üçün normal forma belə olmalıdır: «Axı, tanışlıq üçün bir 
az gecdir». İkinci cümlə isə onu tamamlayır:«Əsl vaxtdır». Hər iki halda müb-
təda tələb olunmur. Bu cümlələrin hər ikisi ismi xəbərli şəxssiz cümlələrdir.  
Bəzi məqamlarda buna oxşar şəxssiz cümlələrin zaman zərfliyi ilə işlən-
diyini də görürük: 
İndi gecdir. Gedim evimizə, yıxılım-yatım (Anar).  
Eyni tipli cümlələr ingilis dilində də həm indiki, həm də keçmiş zamanda 
işlənir: 
It was too late (J.F.Cooper). It is now twenty minutes to eight (B.Shaw). 
It was summer-time, and lovely weather (Ch. Dickens).   
Şəxssiz cümlələrin xeyli hissəsi təsvir məqsədilə işlənir. Nitq fəaliyyətin-
də bir çox hallarda sintaktik zaman bir proses kimi təqdim olunur. Müvafiq 
cümlələrin məzmunu ya müəyyən müddətlərin keçməsinin təsviri, ya da zama-
nın ölçülməsi üçün nəzərdə tutulan qurğuların işinin təsvirindən ibarət olur. 
Məsələn:  
Yay idi, qovunun təzəcə  ağaran vaxtı idi  (Ə.Əylisli).  Səhər beşin yarısı 
idi (Anar). İlin-ayın axır çərşənbəsi idi (İ.Şıxlı). 
It was a dry cold night (Ch.Dickens). It was a fine day, early in spring 
(S.Maugham). 
Gecə saat on iki idi (Anar).  
Burada gecə sözünü zaman zərfliyi kimi də, mürəkkəb zaman ifadəsinin 
tərkib hissəsi kimi də  qəbul etmək olar. Həmçinin müq.et: - İndi  gecdir. – 
Gecdir? (Anar). 
Yuxarıda qeyd edildiyi kimi, qarşılaşdırdığımız dillərdə  şəxssiz cümlə-
lərin xəbəri ay, gün, il, vaxt və s. sözlərin iştirakı ilə əmələ gəlir. Bunu yuxarı-
dakı misallarda da görmək olar. Başqa nümunələr gətirək: 
Indi yağışlı axşamdır (Anar). Namazın vaxtıdır (Anar).. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə