Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə30/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   26   27   28   29   30   31   32   33   ...   182

 

- 64 - 

 

Azərbaycan müstəqillik dövrünün ən şərəfli və məsuliyyətli dövrünü yaşadığını vurğulamışdır (6 



aprel). 

 

Şamaxıda «Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları» 



mövzusunda III Beynəlxalq elmi konfransda məruzə etmişdir (8aprel)  

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Birinci Türkoloji Qurultayın 90 



illiyinə həsr edilən «Azərbaycan-Macarıstan ədəbi əlaqələri və türkologiyanın inkişafında macar 

alimlərin rolu» mövzusunda elmi konfransda  məruzə ilə çıxış etmişdir (16 aprel). 

 

Nizami adına Ədəbiyyat İnstitutu «Ədəbi-proses-2015» elmi müşavirəsində İinstitutun direktoru



AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda ədəbi proseslərə 

həsr olunan yaradıcılıq müşavirələrinin 1976-cı ildən 1984-cü ilədək ardıcıl olaraq ilin 

keçirildiyini söyləyib və «Ədəbi proses – 2013» yaradıcılıq müşavirəsi Azərbaycan 

ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri olduğunu qeyd edib.  İ.Həbib-

bəyli institut tərəfindən Azərbaycan ədəbiyyatının dövrləşməsi konsepsiyasının hazırlanacağını, 

konsepsiyada bütün mərhələlərin əhatə olunacağını diqqətə çatdırıb (18 aprel). 

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında «Molla Nəsrəddin» jurnalının 



110 illiyinə həsr olunan «Sizi deyib gəlmişəm...» mövzusunda elmi konfransda məruzəsi 

dinlənilib  (20 aprel).  

 

Nizami adına Ədəbiyyat İnstitutunda qazax xalqının nümayəndələri ilə birlikdə görkəmli qazax 



yazıçısı Oljas Süleymenovun 80 illik yubileyinə həsr olunmuş   təntənəli iclasda akademik İsa 

Həbibbəyli giriş nitqi ilə çıxış etmişdir. Daha sonra akademik İ.Həbibbəyli  İnstitutun Elmi 

şurasının 22 aprel 2016-ci il tarixli qərarı ilə görkəmli qazax yazıçısı və ictimai xadim Oljas 

Omaroviç Süleymenova Azərbaycanda müstəqillik ideallarının möhkəmləndirilməsində, 

ədəbiyyatın və ictimai fikrin inkişafında görkəmli xidmətlərinə görə fəxri doktoru elmi dərəcəsi 

verildiyini açıqlayıb. Bu münasibətlə institut rəhbəri «Fəxri doktor» diplomu və xüsusi 

hazırlanmış mantiyanı Oljas Süleymenova təqdim edib (25 aprel).  

 

Məhtimqulu Fəraqi «Divan»ının təqdimat mərasimində çıxış edib  (28 aprel). 



 

«Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri»:  XV beynəlxalq elmi-praktiki 

konfrans da məruzəsi dinlənilib (2 may). 

 

«Heydər Əliyev və Azərbaycan mədəniyyəti»: elmi-praktik konfrans-telekörpüdə çıxışları 



dinlənilmişdir (5 may). 

 

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə «Böyük Çöl» adlı Birinci Humanitar Elmlər 



Forumunda iştirak edib (Qazaxıstan, Astana, 23-24 may). 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 



Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik 

Kamal Talıbzadənin «Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)» və «Seçilmiş 

əsərləri» kitablarının təqdimat mərasimində çıxış edib (25 may). 



 

- 65 - 

 

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə 



keçirilən «Sədi Şirazi dünyası»  mövzusunda beynəlxalq elmi konfransda AMEA-nın vitse-

prezidenti, akademik İsa Həbibbəyli  çıxışında iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan 

əlaqələrdən söz açaraq bu cür tədbirlərin keçirilməsinin ölkələr arasında əlaqələrin 

genişləndirilməsinə, İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsinə töhfə verəcəyinə 

əminliyini bildirib (1 iyun). 

 

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam 



mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinə üzv seçilmişdir (3 iyun)  

 

Akademik  İsa Həbibbəyli Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir (8 



iyun) 

 

Türkmənistan Elmlər Akademiyasında keçirilmiş Elm Günündə ölkəmizi Azərbaycan Milli 



Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib (iyun).  

 

Akademik İsa Həbibbəyli Mahmud Kaşğari Fondunun «Mahmud Kaşğari» medalı ilə təltif olunub 



(7 iyun). 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük mütəfəkkir Cəlil Məm-



mədquluzadənin «Ölülər» əsərinin ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbirdə çıxış etmişdir. 

Tragikomediyanın elmi məsləhətçisi, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun 

direktoru, akademik İsa Həbibbəylidir (28 iyun) 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlətçilik siyasətini uğurla həyata 



keçirdiyinə görə «Parlamentin səsi.tv internet televiziyasının» rəy sorğusuna əsasən  «Şərəfli 

ömür» fəxri diplomu ilə təltif edilmişdir (iyul ) 

 

Mətbuata göstərdiyi diqqət və dəstəyinə görə pressxəbərşinfo və xəzər.info  tərəfindən “El 



ağsaqqalı” Fəxri Medi Mükafatı ilə təltif edilmişdir. (iyul)  

 

Ankarada Türkiyə Elmlər Akademiyasının təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Türk 



Dünyası Elmlər Akademiyaları Assosiasiyasının iştirakı ilə Birinci Türkoloji Qurultayın 90 

illiyinə həsr edilmiş "Türk dünyasında elmi əməkdaşlıq və dialoq" mövzusunda beynəlxalq elmi 

konfransda "Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri" mövzusunda 

məruzə iilə çıxış  etmişdir. (20-23 oktyabr) 

 

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq 



dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir (14-15 noyabr) 

 

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Özbəkistanın Bakıdakı səfirliyi ilə birgə təşkil 



edilmiş, böyük şair Əlişir Nəvainin 575 illiyinə həsr olunmuş "Əlişir Nəvai və Azərbaycan 

ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfransda çıxış etmişdir (16 noyabr) 

 

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Təlimin keyfiyyətinin 



yüksəldilməsi” adlı beynəlxalq konfransda çıxış etmişdir (17 noyabr) 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə