Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə28/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   24   25   26   27   28   29   30   31   ...   182

 

- 60 - 

 

ictimaiyyətə təqdim edib. Ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 9 mərhələ üzrə inkişaf 



proseslərinin xarakteristikası şərh edilib (18 mart). 

 

Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının növbəti iclasında Akademik İsa Həbibbəyli 



«Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası»nın layihəsini elmi ictimaiyyətə 

təqdim edib. Ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 9 mərhələ üzrə inkişaf pro-

seslərinin xarakteristikası şərh edilib. Akademik İsa Həbibbəyli müəllifi olduğu konsepsiyanın la-

yihəsi barədə ətraflı və konseptual şərh verib (19 mart). 

 

Nizami adına Ədəbiyyat Institutunda  Əziz Şərifin anadan olmasının 120 illik yubileyinə həsr 



olunmuş elmi konfrans keçirilmişdir.  Konfransı giriş sözü AMEA-nın vitse-prezidenti, institutun 

direktoru, akademik İsa Həbibbəyli açaraq görkəmli alimin həyat və yaradıcılığından bəhs 

etmişdir (6 aprel). 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 



AMEA Humanitar Elmlər Bölməsi və Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə 

Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş «Çanaqqala zəfəri və müasir dövr» mövzusunda 

elmi-ədəbi gecədə çıxış etmişdir (8 aprel). 

 

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində «Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman 



əhalisinin soyqırımı» (1914-1920-ci illər) adlı II Beynəlxalq elmi konfransda AMEA-nın vitse-

prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli məruzə ilə çıxış edib (10 aprel). 

 

Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anım mərasimində akademik İsa Həbibbəyli 



AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış «Azərbaycanlılara 

qarşı soyqırımların tədqiqi» komissiyasının fəaliyyətindən soyqırımı tədqiqatları ilə bağlı görülən 

işlər haqqında məlumat verdi (12 aprel). 

 

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında 2014-cü ilin ədəbi yekunlarına həsr 



olunmuş «Ədəbi proses-2014» mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilmişdir. Tədbiri 

giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq, 

yaradıcılıq müşavirəsi Azərbaycan ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm 

hadisələrindən biri kimi dəyərləndirmişdir  (27 aprel).  

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim, 



filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədovun «Elm və təhsil» nəşriyyatında 

yenicə çapdan çıxmış «XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər» 

monoqrafiyasının təqdimat mərasimində çıxış etmişdir.  Nəşrin elmi redaktoru AMEA-nın vitse-

prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir (aprel).  

 

«Azərbaycan müasir dünyada» mövzusunda  Ümummilli Heydər Əliyevin anadan olmasının 92-ci 



ildönümünə həsr olunmuş konfransda  çıxış etmişdir (may).  

 

«Yeddi ulu ozan»: beynəlxalq  elmi simpoziumunda çıxış etmişdir (7 may) 



 

AMEA və Respublika Ağsaqqallar  Şurasının təşkilatçılığı ilə  Ümummilli lider Heydər Əliyevin 

92-ci ildönümünə həsr edilmiş «Respublikanın ictimai-siyasi həyatında AMEA, Respublika 

Ağsaqqallar Şurası və gənc alimlərin rolu» mövzusunda konfransda akademik İsa Həbibbəylinin 




 

- 61 - 

 

«Azərbaycan Respublikasının ictimai-siyasi həyatında  MEA-nın rolu» mövzusunda məruzəsi 



dinlənilmişdir (may).  

 

«Məxdimqulu Fəraqi » dostluq və həmrəyliyin  tərənnümçüsüdür » mövzusunda elmi-təcrübi 



konfransda Fəraqinin zəngin yaradıcılığı, türkmən ədəbiyyatında yeri və xidmətləri haqqında giriş 

nitqi söyləmişdir (19 may).  

 

Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin 10 illiyi münasibətilə təsis edilmiş «Böyük yurdsevər» 



mükafatı təqdim edilmişdir (20 may). 

 

«Azərbaycan-Türkiyə: yeddi ulu ozan» mövzusunda Beynəlxalq elmi simpoziumu giriş nitqi ilə 



AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli 

açmışdır.Akademik İ.Həbibbəyli bildirib ki, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd 

Füzuli, Əmini, Virani, Pir Sultan Abdal və Qul Himmət Anadoluda «Yeddi Ulu Ozan» kimi qəbul 

edilir və tanınırlar. Nəsimi, Xətai, Füzuli Azərbaycanda olduğu kimi, Türkiyədə də çox sevilən 

dahi sənətkarlardır (21 may). 

 

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının X konfransına həsr olunmuş hesabat 



seçki yığıncağında çıxış etmişdir (22 may) 

 

Filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim Vəli Osmanlının 80 illik yubileyinə həsr 



olunan anma mərasimində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, 

akademik İsa Həbibbəyli Vəli Osmanlının Azərbaycan ədəbiyyatşünaslıq elmindəki mövqeyi, 

elmi yaradıcılığı barədə məruzə ilə çıxış edib (2 iyun). 

 

«Milli dəyərlər və istiqlal uğrunda mübarizələr» mövzusunda respublika konfransında AMEA-nın 



vitse-prezidenti, akademik Isa Həbibbəyli çıxış edərək bildirib ki, xalq şairi Bəxtiyar Vahabzadə 

həm bədii yaradıcılığı, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanda milli 

şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin formalaşması sahəsində müstəsna xidmətlər göstərib 

(4 iyun). 

 

Azərbaycanın xalq şairi, ədəbiyyatşünas və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin 



anadan olmasının 90 illik yubileyinə həsr olunmuş «Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı 

və mədəniyyətinin fenomeni kimi» mövzusunda elmi konfransı giriş sözü ilə açan AMEA-nın 

vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik 

İsa Həbibbəyli

 B.Vahabzadənin 

həyat və yaradıcılığından, onun XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb (10 

iyun). 

 

Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dünyası Elmlər Akademiyaları İttifaqının təsis 



sessiyasında iştirak edib (29 iyun, Qazaxıstan, Astana). 

 

Milli mətbuatın yaranmasının 140 illiyinə həsr olunmuş elmi sessiyanı giriş nitqi ilə çıxış edib.  



(1iyul) 

 

« Elektron Naxçıvan – 10: Təhsil proseslərinin təkmilləşdirilməsində informasiya-kommunikasiya 



texnologiyalarının rolu» mövzusunda Naxçıvanda  keçirilən  beynəlxalq konfransda çıxış edib (6 

iyul). 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə