Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə24/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   20   21   22   23   24   25   26   27   ...   182

 

- 52 - 

 

 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Rəyasət  Heyətində  akademik  İsa  Həbibbəylinin  60 



illiyi qeyd olunmuidur. Akademik Bəkir Nəbiyev məruzə ilə çıxış etmişdir (11 noyabr). 

 

60  illik  yubileyi  elmi-ictimai  mühit  tərəfindən  yüksək  səviyyədə    qeyd  olunmuşdur.  Yubiley 



münasibəti  ilə  Naxçıvan  MR  Ali  Məclisi  Sədrinin  Fəxri  Fərmanı,  Beynəlxalq  İnforma-

siyalaşdırma    Akademiyasının  «XIX-XX  əsrlər  Azərbaycan  ədəbiyyatının  (Mirzə  Cəlilin)  və 

Azərbaycanda  müasir  elmi-bədii  fikrin  inkişafı  elmi  istiqamətinin  rəhbəri»  mükafatı  ilə  təltif 

olunmuşdur (oktyabr). 

 

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi Gürcüstan Respublikasının Axalsix, Türkiyə 



Respublikasının  Ərdahan  və  Qars  şəhərlərində  səfərdə  olan  heyətinə  rəhbərlik  etmişdir.  Bu 

şəhərlərdə  NDU-nun  Tələbə  Opera  Studiyası  Ü.Hacıbəyovun  «Arşın  mal  alan»  operettasını 

uğurla nümayiş etdirmişdir. Axalsix Dövlət Universitetinin rektoru, professor Tina Gelaşvili ilə 

universitetlərarası əlaqəyə dair müqavilə imzalanmışdır (noyabr). 

 

Avstriyanın Ştiriya vilayətində işgüzar səfərdə olmuş, Naxçıvan Dövlət Universiteti ilə Qras Karl 



Frantsenes Universiteti arasında ali məktəblərin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı əməkdaşlıq 

memarandumu imzalanmışdır. Səfər zamanı Ştiriya federal əyalət hökumətinin Avropa ölkələri 

və  xarici əlaqələr üzrə idarəsinin rəhbəri Lüdviq Raderlə  görüş keçirilmişdir. 

 

 «Elektron Naxçıvan - 4: Ucqar regionlara xas olan informasiya-kommunikasiya texnologiyaları 



problemləri» mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış etmişdir. 

 

Türk Dünyası Pediatrlarının VIII konqresində çıxış etmişdir. 



 

Rusiya  Federasiyasının  Novosibirsk  şəhərində  Azərbaycan    xalqının  ümummilli  lideri  Heydər 

Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar «Heydər Əliyev: lider və zaman» mövzusunda 

keçirilmiş beynəlxalq elmi konfransda iştirak və çıxış etmişdir. 

 

Uluslararası Türk kültürü konqresində məruzə ilə çıxış etmişdir. 



 

 Türkiyədə keçirilən Uluslararası Ağrıdağı simpoziumunda iştirak etmişdir. 

 

Bakı Dövlət Universitetinin 90 illik yubileyində iştirak və çıxış etmişdir (2 noyabr).  



 

Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar Naxçıvanda keçirilən yubiley 

yığıncağında məruzə ilə çıxış etmişdir (29 dекабр). 

2010-cu il   

 

Türkiyənin  Ərdəhan  şəhərində  Atatürk  Kültür  Mərkəzinin,  Ərdəhan  vilayətinin    və  Ərdəhan 



Universitetinin Naxçıvan Universiteti ilə birgə keçirdikləri «Azadlığın səsi Bətiyar Vahabzadə» 

beynəlxalq simpoziumunda iştirak etmişdir. Bölmə iclaslarından birinə sədrlik etmiş, «Xalq şairi 

Bəxtiyar  Vahabzadənin  yaradıcılığında  milli  istiqlal  düşüncəsi»  mövzusunda  məruzə  etmişdir.  

Ərdəhan küçələrindən birinə şairin adının verilməsi mərasimində nitq söyləmişdir. (13-14 fevral) 

 

Naxçıvan Dövlət  Universitetində  «Elektron Naxçıvan – 5: nəticələr və vəzifələr» mövzusunda 



keçirilən  beynəlxalq simpoziumda çıxış etmişdir (25-26 iyun). 

 

Macarıstanda keçirilmiş «Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu» V Beynəlxalq elmi 



konfransda «XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai fikrində Avropa» mövzusunda məruzə 

ilə çıxış etmiş, bölmə iclasının sədri olmuşdur (25-26 noyabr). 

 

Ukraynanın  Krım  Muxtar  Vilayətinin  Yalta  şəhərindəki  «Rossiya»  sanatoriyasında  müalicə 



olunmuşdur (30 iyul-10 avqust). 

 

Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş seçkilərdə iştirak etmiş, 



Milli Məclisin deputatı seçilmişdir (6 noyabr). 


 

- 53 - 

 

 

Amerika  Bioqrafiya  İnstitutunun  rəhbərliyi  tərəfindən  çoxcəhətli  fəaliyyəti  araşdırılaraq 



cəmiyyətə  mühüm  elmi  və  mədəni  uğurlar  təqdim  etdiyinə,  elm  sahəsində  böyük  nailiyyətlər 

qazandığına görə görkəmli alim kimi institutun akademiki seçilmişdir (14 dekabr). 



2011-ci il    

 

 Qars Qafqaz Universitetinin rektoru, professor-doktor Sami Özcanın rəhbərlik etdiyi 23 nəfərlik 

nümayəndə heyətini Naxçıvan Dövlət Universitetində qəbul etmişdir. Qars Qafqaz Universiteti 

ilə  Naxçıvan  Dövlət  Universiteti  arasında  əməkdaşlıq  müqaviləsinin  layihəsi  müzakirə 

olunmuşdur (23-24 yanvar). 

 

Şimali Qafqazın Yesentuki şəhərindəki «İstok» sanatoriyasında müalicə olunmuşdur (30 yanvar-



12 fevral). 

 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Naxçıvan  Bölməsinin  Bakıda  Akademiyanın  Rəyasət 



Heyətində keçirilən hesabat yığıncağında çıxış etmişdir (14 fevral). 

 

Türkiyə  Cümhuriyyətinin  Qars  şəhərində  Qars  Qafqaz  Universiteti  ilə  Naxçıvan  Dövlət 



Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır (22 mart). 

 

Naxçıvan    Dövlət    Universitetinin    nümayəndə  heyəti  Qars  şəhərində  görkəmli  dövlət  xadimi 



Heydər Əliyevin büstünü ziyarət etmiş, 1921-ci ildə Qars müqaviləsinin imzalandığı tarixi bina 

və  Osmanlı-Rusiya  müharibəsində  Türkiyə  ordusuna  rəhbərlik  etmiş  general  Əhməd  Muxtar 

Paşanın qərargah-muzeyi ilə tanış olmuşdur. 

 

Ankara Universitetinin  rektoru, professor Camal Taluq ilə birlikdə Naxçıvan Dövlət Universiteti 



ilə əlaqələr haqqında əməkdaşlıq müqaviləsi imzalamışdır (24 mart). 

 

Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurumu Başkanı, professor-doktor Yusif  Ziya Özcanla 



görüşmüş,  Naxçıvan  Dövlət  Universiteti  ilə    Türkiyə  ali  məktəblərinin  əlaqələrinin 

genişləndirilməsi  və  Türkiyədən  NDU-ya  tələbə  qəbulunu  artıran  ixtisasların  çoxaldılması  ilə 

əlaqədar məsələlər müzakirə olunmuşdur (24 mart). 

 

Bilkənd Universitetində olmuş, İhsan Doğramacının heykəlini ziyarət etmişdir (24 mart).  



 

Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsini qəbul etmişdir (aprel). 

 

ATƏT-in  Bakı  ofisinin  nümayəndələri  ilə  birlikdə  aparılan  danışıqlarda  NDU-da  Avropa 



məhkəmələrinin modelini təqdim edən bir layihənin həyata keçirilməsi müzakirə olunmuşdur. 

 

Azərbaycan Respublikası Milli Məclisinin iclasında «Miqrasiya Qanunu haqqında Əsasnamə»yə 



əlavə edilməsi məsələsinə dair çıxış etmişdir (9 aprel). 

 

Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetinin rektoru, professor-doktor  Abdullah 



Öztopraq  və  Türkiyə  Cümhuriyyətinin  Ərdahan  Universitetinin  rektoru,  professor-doktor 

Ramazan  Korkmaz  Naxçıvan  Dövlət  Universitetində  olmuşlar.  Qarşılıqlı  əməkdaşlıq  müqavi-

lələri imzalanmışdır (28-29 aprel). 

 

Azərbaycan  Respublikasının  Milli  Məclisində  «Naxçıvan  MR  Konstitusiyasına  dəyişikliklər 



haqqında» qanun layihəsinin müzakirəsində çıxış etmişdir (7 may). 

 

Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir.  



 

Tempus proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetinin heyəti rektor İsa Həbibbəylinin 

rəhbərliyi ilə İspaniyanın Alikante şəhərindəki universitetdə olmuş, icra edilməkdə olan «Sahib-

karlıq fəaliyyətində innovasiyaların tətbiqi» adlı layihənin həyata keçirilməsi məsələləri ətrafında 

iş aparılmışdır (20-25 may). 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə