Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə23/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   19   20   21   22   23   24   25   26   ...   182

 

- 50 - 

 

 

BMT  yanında  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyasının  Moskvadakı  iqamətgahında 



olmuş, Akademiyanın Prezidenti, akademik A.Q.Xaritonla görüşmüş, üzvlük sənədlərini  almışdır  

(4 avqust). 

 

Naxçıvan MR Ali Məcisinin nümayəndə heyətinin tərkibində İran İslam Respublikasının Qərbi 



Azərbaycan Ostandarlığında səfərdə olmuş, Urmiya Dövlət Universitetinin rəsmiləri ilə qarşılıqlı 

əməkdaşlıq məsələlərini müzakirə etmişdir (avqust). 

 

Azərbaycan  Respublikası  Milli  Məclisi  nümayəndə  heyətinin  tərkibində  Pakistan  İslam 



Respublikasının  paytaxtı  İslamabadda  olmuşdur  (28  noyabr  -  02  dekabr).  Səfər  çərçivəsində 

Pakistan  Parlamentinin  Beynəlxalq  Əlaqələr  Komitəsində  Qayd  Əzim  Dövlət  Universitetində 

keçirilmiş seminarda, İslamabad Müasir Dillər Milli Universitetində çıxışlar etmişdir.  

 

İslamabad Müasir Dillər Milli Universiteti  ilə Naxçıvan Dövlət  Universiteti  arasında qarşılıqlı 



əməkdaşlığa dair müqavilə imzalanmışdır (1 dekabr). 

 

Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Vəli Hüseynovla birlikdə hazırladığı 



«Tədris  prosesində  informasiya  və  kommu-nikasiya  texnologiyalarının  tətbiqi  imkanları»  adlı 

layihə Tempus proqramının İtaliyanın Turin şəhərindəki mərkəzi ofisinə təqdim olunmuşdur (15 

dekabr). 

2007-ci il       

 

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olun-muşdur. 



 

Naxçıvan Dövlət  Universitetində keçirilən beynəlxalq  simpoziumda  «Riyaziyyat,  mexanika və 

informatikanın müasir problemləri» mövzusunda çıxış etmişdir. 

 

Türkiyə Universitetləri rektorlarının ortaq toplantısında çıxış etmişdir. 



 

«Elektron Naxçıvan-3: İnformasiya cəmiyyəti: reallıqlar və perspektivlər» mövzusunda keçirilən 

elmi-praktik konfransda iştirak və məruzə etmişdir.  

 

«Azərbaycan-Misir  əlaqələri»  beynəlxalq  simpoziumunda  iştirak  və  məruzə  etmiş,  Naxçıvan 



Dövlət Universiteti və Qahirə  Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imza-

lanmışdır. 



2008-ci il      

 

BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir. 



 

Moskvada nəşr edilən «Beynəlxalq elmi jurnal»ın redaksiya heyətinin üzvü seçilmişdir. 

 

Şəxsi kitabxanasında olan 21 min ədəd kitabdan 5 min ədədini  universitet kitabxanasına hədiyyə  



etmişdir. 

 

Avropa Rektorlar Klubuna üzv qəbul edilmişdir.  



 

«Elektron  Naxçıvan-4:  Ucqar  regionlara  xas  olan  informasiya-kommunikasiya  texnologiyaları 

problemləri» mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir. 

 

Türk Dünyası Pediatrlarının VIII konqresində iştirak etmişdir. 



 

Rusiya  Federasiyasının  Novosibirsk  şəhərində  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 

Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar «Heydər Əliyev: lider və zaman» mövzusunda 

keçirilmiş beynəlxalq elmi konfransda iştirak və çıxış etmişdir. 

 

Naxçıvan  Dövlət  Universitetinin  İran  İslam  Respublikasının  Təbriz  şəhərində  olan  nümayəndə 



heyətinə  rəhbərlik  etmiş,  Təbriz  Universitetinin  rektoru  Məhəmməd  Ələvi  ilə  müqavilə 

imzalamışdır.  




 

- 51 - 

 

2009-cu il 

 

Moskvada «Prezident» otelində ali məktəblərə beynəlxalq mükafatların təqdimetmə mərasimində 



iştirak etmiş, Naxçıvan Dövlət Universitetinin layiq görüldüyü «Minilliyin universiteti» adlı bey-

nəlxalq mükafat  ona təqdim olunmuşdur. 

 

BMT-nin nəzdində fəaliyyət  göstərən Beynəlxalq  İnformasiyalaşdırma Akademiyası tərəfindən 



Beynəlxalq  «İnformasiya aləminin elitası» mükafatının diplomu, vəsiqəsi  və döş nişanı təqdim 

olunmuşdur (26 yanvar). 

 

Türkiyə Cümhuriyyətinin Elazığ şəhərindəki  Fırat  Universitetində Novruz şənliklərində iştirak 



etmiş, Ərdahan Universitetinin rektoru, professor-doktor Ramazan Korkmazla müqavilə imzalan-

mışdır.  

 

Naxçıvan Dövlət Universitetində Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurumu heyətini qəbul 



etmişdir (mart). 

 

Naxçıvan Dövlət Universitetində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 



«Biznesin və investisiya mühitinin inkişafı sahəsində müsbət təcrübələr» mövzusunda keçirdiyi 

beynəlxalq seminarda iştirak və məruzə etmişdir (20-22 may). 

 

Naxçıvan Dövlət Universiteti Asiya Universitetləri Assosiasiyasına üzv qəbul edilmişdir. 



 

YUNESKO-da keçirilən Ali təhsil üzrə beynəlxalq konqresdə iştirak etmişdir (Paris - 4-8 iyul). 

 

Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2009-cu il tarixli sərəncamı əsasında   «Şərəf» 



ordeni ilə təltif olunmuşdur. 

 

«Atatürkdən Heydər Əliyevə - Nizamidən Yunus İmrəyə: tarixi-ədəbi ənənələr və müasir dövr» 



beynəlxalq  simpoziumunda iştirak və məruzə etmişdir. 

 

Türkiyə  Cümhuriyyəti  Avrasiya  Kültür  və  Sənət  Qurumunun  rəmzi  mükafatını  almışdır  (11 



sentyabr). 

 

Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatına layiq görülmüşdür (11 



sentyabr). 

 

Türkmənistan şəhərində keçirilən beynəlxalq konfransda «Koroğlu süjetləri və Şərq ədəbiyyatı» 



mövzusunda çıxış etmişdir. 

 

NDU-da keçirilən  «Kəhriz sistemləri memarlıq abidəsi - dayanıqlı su sistemi, ictimai və iqtisadi 



inkişafın əsası kimi» mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak və məruzə etmişdir 

(25 sentyabr). 

 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Rəyasət  Heyəti  akademik  İsa  Həbibbəylinin  anadan 



olmasının 60 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul etmişdir (2 oktyabr). 

 

Naxçıvan  MR  Ali  Məclisinin  sərəncamı  ilə  anadan  olmasının  60  illiyi  münasibətilə  Fəxri 



Fərmanla təltif edilmişdir  (15 oktyabr). 

 

BMT-nin  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyası  tərəfindən  «Elmi  istiqamətin  rəhbəri» 



medalı ilə təltif olunmuşdur. 

 

Anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq NDU-da yubiley yığıncağı keçirilmişdir. AMEA-



nın  Naxçıvan  Bölməsinin  sədri,  akademik  İsmayıl  Hacıyev    onun  elmi-pedaqoji  fəaliyyəti 

haqqında məruzə etmişdir (16 oktyabr). 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur (10 noyabr) 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə