Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə25/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   21   22   23   24   25   26   27   28   ...   182

 

- 54 - 

 

 

AMEA  Naxçıvan  Bölməsində  Behbud  ağa  Şahtaxtinskinin  anadan  olmasının  130  illiyi 



münasibətilə keçirilən elmi konfransda «Behbud ağa Şahtaxtinskinin V.İ.Leninə məktubları» adlı 

məruzə ilə çıxış etmişdir (28 sentyabr). 

 

Qars Qafqaz Universiteti və Naxçıvan Dövlət  Universitetinin birgə keçirdikləri «Kars Antlaşması 



ve Bölgesel Etkileri» adlı III Uluslararası Kafkasya Tarih simpoziumunun əsas təşkilatçılarından 

olmuş və məruzə ilə çıxış etmişdir (14 oktyabr). 



2012-ci il   

 

İran  İslam  Respublikasının  Payyamnur  Universitetinin  rektoru  və  əməkdaşları  ilə  Naxçıvan 



Dövlət Universitetində görüşmüşdür (12 yanvar).  

 

Polşanın  Azərbaycandakı  fövqəladə  və  səlahiyyətli  səfiri  Mixal  Labenda,  Polşa  Baş  Ticarət 



Məktəbinin  rektoru  Adam  Budnikovski  və  səfirlik  əməkdaşları  ilə  Naxçıvan  Dövlət 

Universitetində görüşdə əməkdaşlıq əlaqəsi müaviləsini imzalamışdır (24-25 fevral).   

 

Yaponiyanın    Elm,    Təhsil,  Mədəniyyət  və  İdman  Nazirliyinin  təşkil  etdiyi  «Ali  məktəblərin 



səmərəli  idarə  olunmasında  Yapon  modeli»  mövzusuna  həsr  olunmuş  beynəlxalq  seminarda 

Naxçıvan Dövlət Universitetinin rektoru akade-mik İsa Həbibbəyli və Beynəlxalq Münasibətlər 

kafedrasının  baş  müəllimi  Seymur  Talıbov  iştirak  etmişlər.  Naxçıvan  Dövlət  Universitetinin 

rektoru, akademik İsa Həbibbəyli Yaponiya İdarəçilik Akademiyasında və Xosey Universitetində 

çıxış etmiş, mənsub olduğu universitetin inkişaf yolu haqqında məlumat vermiş, qarşılıqlı əmək-

daşlığa  dair  təkliflər  irəli  sürmüşdür.  Xosey  Universitetinin  prezidenti  rəsmi  olaraq  Naxçıvan 

Dövlət Universitetinə dəvət olunmuşdur (22-28 aprel). 

 

Avstriyaya  səfər  etmiş  və  Grats  Universitetində  Naxçıvan  Dövlət  Universitetinin  təqdimatı 



olmuşdur (6-9 may). 

 

Ağrı Çeçen İbrahim Universitetində 16 universitet rektorunun iştirak etdiyi «İşbirliyində öncelikli 



konular və geleceye yonelik planlar» toplantısında iştirak  və çıxış etmişdir (16 may).  

 

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko 



ilə  Naxçıvan  Dövlət  Universitetində  görüş  keçirilmiş,  görüş  zamanı  ikitərəfli  əməkdaşlıq 

məsələləri müzakirə olunmuşdur.  

 

Gürcüstanın  Acarıstan  Muxtar  Respublikası  hökumətinin  sədri  Levan  Varşalomidze  və  onun 



rəhbərlik  etdiyi  nümayəndə  heyəti  Naxçıvan  Dövlət  Universitetində  olmuşlar.  Görüş  zamanı 

Naxçıvan Dövlət Universiteti ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında elm, 

təhsil,  mədəniyyət  və  idman  üzrə  əlaqələri  geniş-ləndirmək  və  inkişaf  etdirmək  məqsədilə 

anlaşma memorandumu imzalanmışdır.  

 

Naxçıvan Dövlət Universitetində Türkiyə Respublikası XİN-in Strateji Araşdırmalar Mərkəzi və 



Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araşdırmalar  Mərkəzinin  birgə 

təşkilatçılığı  ilə  «Azərbaycan-Türkiyə  münasibətlərinin  aktual  məsələləri:  reallıqlar  və  pers-

pektivlər» adlı beynəlxalq konfransda çıxış etmişdir.  

 

Türkiyə Cümhuriyyətinin Ərzincan Universitetinin rektoru, professor İlyas Çapoğlunun başçılıq 



etdiyi  nümayəndə  heyətini  Naxçıvan  Dövlət  Universitetində  qəbul  etmiş  qarşılıqlı  əməkdaşlıq 

haqqında müqavilə imzalamışdır (20 iyun). 

 

Naxçıvan  Dövlət  Universitetində    «Elektron  Naxçıvan-7:  lokal  şəbəkədə  İKT-dən  istifadə 



imkanları»  mövzusunda    beynəlxalq  simpoziumda  iştirak  etmiş,  məruzəsi  dinlənilmişdir  (6-7 

iyul). 


 

«Naxçıvan: İlkin şəhər və Duzdağ» mövzusunda keçirilmiş beynəlxalq simpoziumda «Nuhdaban 

oturaq məkanı və Duzdağ şəhərətrafı mədəniyyəti» mövzusunda çıxış etmişdir (30 iyul). 



 

- 55 - 

 

 

Avstriyanın  «Gain&Sustan»  («Əldə  etmək  və  saxlamaq»)  təşkilatının  Naxçıvan  Dövlət 



Universiteti  ilə  birgə  hazırladığı    «Gənclər  fəaliyyətdə»  layihəsi    Avropa  İttifaqı  tərəfindən 

maliyyələşdirmə üçün qəbul olunmuşdur(26-30 avqust).  

 

 Naxçıvan Dövlət Universitetində  İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun 



Mədəniyyət  idarəsi    ilə  birgə    keçirdiyi  «Şəhriyar  –  müasir  dövrün  böyük  şairi»  mövzusunda 

beynəlxalq  elmi konfransda iştirak və çıxış etmişdir (6 oktyabr). 

 

Naxçıvan  Dövlət  Universitetində  «Türk  Akademiyasının  yaradılması  və  türkdilli  dövlətlərin 



Naxçıvan sammitinin qərarlarının həyata keçirilməsində böyük addım» mövzusunda beynəlxalq 

təqdimat mərasimində çıxış etmişdir. Tədbirdə NDU-nun rektoru, akademik İsa Həbibbəyliyə və 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə Türk Akademiyasının prezidenti 

adından fəal əməkdaşlığa və xidmətlərinə görə minnətdarlıq məktubu oxunmuşdur  (16 oktyabr). 

 

Koreya Respublikası Beynəlxalq   Əməkdaşlıq Agentliyinə təqdim olunmuş  «Naxçıvan Dövlət 



Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multmedia infrastrukturunun yaradılması» 

layihəsi müsabiqədə maliyyələşmə üçün tövsiyə olunmuşdur (15 noyabr). 

 

Naxçıvan  Dövlət  Universitetində  «Ümumi  orta  təhsilin  müasir  problemləri»    mövzusunda 



keçirilmiş beynəlxalq elmi konfrasda iştirak və çıxış etmişdir (24 noyabr). 

 

Türkiyənin  Ərzurum Atatürk  Universitetinin rektoru professor Hikmət Koçakın başçılıq etdiyi 



nümayəndə  heyəti    Naxçıvan  Dövlət  Universitetində  olmuş  hər  iki  universitet  arasında  

əməkdaşlqı müqaviləsi imzalanmışdır (17 dekabr). 

 

AMEA  Naxçıvan  Bölməsində  Azərbaycanın  tanınmış  ictimai-siyasi  xadimi,  əməkdar  jurnalist 



Nəsrulla  İmanquliyevin  anadan  olmasının  100  illik  yubileyinə  həsr  olunmuş  elmi  konfransda 

«Nəsrulla  İmanquliyevin  ömür  yolu  və  jurnalistlik  fəaliyyəti»  mövzusunda  məruzə  ilə  çıxış 

etmişdir  (27 dekabr). 

2013-cü il  

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir (24 aprel). 



 

Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilmişdir (25 aprel). 

 

Ədəbiyyat İnstitutunda Xalq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Elçin Əfəndiyevin 



anadan olmasının 70 illiyinə həsr edilən elmi sessiyada məruzəsi dinlənilmişdir (12 may). 

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutuna direktor təyin olunmuşdur (19 iyun). 



 

Akademik şərqşünas alim, Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş beynəlxalq 

konfransda çıxış etmişdir (27 iyun). 

 

Penza  Dövlət  Universitetində  keçirilən  VIII  Beynəlxalq  «Elektron  Naxçıvan»  konfransının  (9 



iyul, 2013) fəxri qonağı olmuş, məruzə ilə   çıxış etmişdir. 

 

Naxçıvan:  ilkin  şəhər  və  Duzdağ  beynəlxalq  simpoziumunda  iştirak  etmiş,  məruzəsi 



dinlənilmişdir  (27-28 iyul). 

 

Elm,  texnologiya,  təhsil  sahəsində  Beynəlxalq  Sokrat  Komitəsi,  Avropa  Biznes  Assambleyası, 



Avropa Rektorları Klubu və dünyanın 16 aparıcı dövlətinin ən mötəbər peşəkar və elmi-yaradıcı 

birliklərinin təsis etdiyi «The Name in Science Award» («Elmdə ad») mükafatına layiq görülmüş-

dür (sentyabr).   

 

AMEA Rəyasət Heyətində Rusiya Dövlət Ermitaj muzeyinin direktor müavini Georgi Vadimoviç 



Vilinbaxov ilə görüşmüşdür (2 noyabr). 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə