Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə27/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   23   24   25   26   27   28   29   30   ...   182

 

- 58 - 

 

Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasirlik» mövzusunda məruzə ilə çıxış 



etmişdir (14 iyul). 

 

Rostov  vilayətinin  Vyosenski  qəsəbəsində  Şoloxovşünasların  «Müasir  dövrdə  M.A.Şoloxovun  



yradaıcılığının öyrənilməsi: problemlər, konsepsiyalar, yanaşmalar» mövzusunda beynəlxalq elmi 

konfransda iştirak və çıxış  etmişdir (16 sentyabr). 

 

 AMEA-da «Söz mülkünün Şəhriyarı»  adlı tədbirdə  Məmmədhüseyn Şəhriyarın yaradıcılığından 



bəhs edən məruzəsi dinlənilmişdir (17 sentyabr). 

 

Nizami  adına  Ədəbiyyat  İnstitutunda  «Çanaqqala-zəfəri,  Bakının  qurtuluşu  şərəf  tariximizdir» 



mövzusunda keçirilən beynəlxalq konfransasədrlik və çıxış etmişdir (18 sentyabr). 

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu «Əsrin müqaviləs»nin 20 



illik  yubileyinə  həsr  edilmiş  «Ədəbiyyatda  və  sənətdə  neft  faktoru»  mövzusunda  elmi  konfransa 

sədrlik etmiş, «Azərbaycan ədəbiyyatının neft dünyası» mövzusunda geniş məruzəsi dinlənilmişdir 

(19 sentyabr). 

 

Mixail  Şoloxov  və  dünya  ədəbiyyatı    mövzusunda  beynəlxalq  elmi  konfransda  iştirak  etmişdir 



(Rostov vilayəti, Vyoşenski, sentyabr).  

 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  keçirilən Naxçıvan 



MR-nın  90  illiyinə  həsr  edilmiş  elmi-praktiki    konfransda  «Azərbaycan  dövlətçilik  tarixində 

Naxçıvan muxtariyyətinin rolu» mövzusunda məruzə etmişdir (30 sentyabr).  

 

AMEA  Rəyasət  Heyətində  Azərbaycan  Respublikası  Prezidenti  Administrasiyasının  rəhbəri, 



akademik  Ramiz  Mehdiyevin  «Dağlıq  Qarabağ:  məxəzlərdən  oxunmuş  tarix»  monoqrafiyasının 

müzakirəsində  «Dağlıq  Qarabağ:  məxəzlərdən  oxunmuş  tarix»  kitabında  tarixi  dərinlik  və 

müasirlik» mövzusunda məruzə ilə çıxış etmişdir (1 oktyabr). 

 

Nizami  adına  Ədəbiyyat  İnstitutunda    keçirilən  «Mirzə  Fətəli  Axundzadə  və  Azərbaycan 



ədəbiyyatinin  Qərbə  inteqrasiyasi»  adlı  beynəlxalq  elmi  konfransda  məruzə  ilə  çıxış  etmişdir  (3 

oktyabr). 

 

AMEA  Mərkəzi  Kitabxana-İnformasiya  Resursları  Mərkəzində  Bakı  Beynəlxalq  Humanitar 



Forumu çərçivəsində «Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında» mövzusunda 

V  «dəyirmi  masa»ya    rəhbərlik  edib.  «Oriyentalizm  və  postorientalizm:  elmi  tədqiqatların  yeni 

problematikası» adlı mövzu ətrafında məruzəsi dinlənilib (8 oktyabr). 

 

Aida İmanquliyevanın yubileyi ilə bağlı keçirilən beynəlxalq elmi konfransda «Görkəmli şərqşünas 



alim Aida İmanquliyeva haqqında söz» mövzusunda məruzə etmişdir (10 oktyabr).   

 

Qazaxıstan  Respublikasının  paytaxtı  Astana  şəhərində  fəaliyyət  göstərən  Türk  Akademiyasında 



«Türk  dünyasında  inteqrasiya:  humanitar  və  iqtisadi  aspektlər»  mövzusunda  beynəlxalq  elmi 

seminarda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, aka-

demik İsa Həbibbəyli   «Naxçıvan Sammiti və türk dünyasının inkişaf perspektivləri» mövzusunda 

məruzə ilə çıxış etmişdir (31oktyabr). 

 

 Qazaxıstan  Respublikasının  paytaxtı  Astana  şəhərində  Beynəlxalq  Türk  Akademiyasının 



təşkilatçılığı ilə  «Türk dünyası: Böyük şəxsiyyətlərin irsi» mövzusunda elmi konfransda  «Böyük 

mütəfəkkir Əli bəy Hüseynzadə və müasirlik» mövzusunda məruzə ilə çıxış etmişdir  (oktyabr). 

 

«Fizika  və  lirika:  dünya  təcrübəsi  və  Azərbaycan  reallıqları»  mövzusunda  keçirilmiş  elmi 



seminarda.  AMEA-nın  vitse-prezidenti,  akademik  İ.Həbibbəylinin  «Fizika  və  lirika:  elmi 

düşüncədə bədii fantaziya və lirikada kainat»  mövzusunda məruzəsi dinlənilmişdir (11 noyabr). 




 

- 59 - 

 

 

Nizami adına Ədəbiyyat İnstitutunda YAP Yasamal rayon təşkilatı ilə birlikdə Yeni Azərbaycan 



Partiyasının 22-ci ildönümünə həsr olunmuş tədbirdə «Yeni Azərbaycan Partiyası: Heydər 

Əliyevdən İlham Əliyevə» mövzusunda  məruzə etmişdir ( 25 noyabr).  

 

Ədəbiyyat İnstitutunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi sessiyada 



məruzəsi dinlənilmişdir (8 dekabr). 

 

Məmməd Arif Dadaşzadənin 110 illiyinə həsr həsr olunmuş «Böyük ədəbiyyatşünaslıq irsi və 



müasirlik» mövzusunda  elmi konfransda məruzə etmişdir (17 dekabr). 

2015-ci il 

 

Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən «Uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir 



problemləri» mövzusunda  yaradıcılıq müşavirəsində «Müstəqillik illərində Azərbaycan Uşaq 

ədəbiyyatı»  başlıqlı məruzəsi dinlənilmişdir (28 yanvar). 

 

Nizami adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin açılışında çıxış etmişdir. (4 



fevral)  

 

AMEA Rəyasət Heyətində «Azərbaycanlılara qarşı soyqırımların tədqiqi» Komissiyasının növbəti 



iclasında Komissiyanın sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 

soyqırım tədqiqatları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib  (9 fevral). 

 

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim, AMEA-



nın müxbir üzvü Əziz Mirəhmədovun 95 illik yubileyi ilə bağlı elmi sessiyanı giriş nitqi ilə açan 

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli  görkəmli alimin həyat 

və yaradıcılığı, ədəbiyyatşünaslıq elmi sahəsində zəngin fəaliyyəti haqqında ətraflı məlumat verib 

(11 fevral). 

 

Konfutsi İnstitutu ilə elmi əməkdaşlıq müqaviləsi (fevral). 



 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin Mətbuat 

tarixi və publisistika şöbəsi tərəfindən «Azərbaycan mətbuatının xronologiyası - Ziya» kitabının 

təqdimat mərasimi keçirildi.Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat 

İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan 

«Ziya» qəzetinin transliterasiyalı nəşrini mühüm hadisə kimi dəyərləndirdi (19 fevral). 

 

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Xocalı soyqırımının 23-cü ildönümünə 



həsr olunan anım mərasimdə «Ermənilərin törətdikləri soyqırımı XX əsrin ən dəhşətli faciəsidir» 

mövzusunda məruzəsi dinlənildi (24 fevral). 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron 



akt zalında ədəbiyyatşünas alim, tənqidçi, görkəmli nəzəriyyəçi Arif Hacıyevin 80 illik yubileyi 

ilə bağlı tədbirdə giriş nitqi ilə çıxış etmişdir (11 mart). 

 

Nizami adına Ədəbiyyat  İnstitutunun Elmi Şurasının növbəti iclasında  akademik  İsa Həbibbəyli 



müəllifi olduğu «Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası»nın layihəsini elmi 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə