Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə21/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   17   18   19   20   21   22   23   24   ...   182

 

- 46 - 

 

1986-cı il 

 

 



«Tələbələrin  elmi-tədqiqat  işi  sahəsindəki müvəffəqiyyətlərinə görə» Ümumittifaq döş nişanı 

ilə təltif olunmuşdur (21 oktyabr). 



1988-ci il 

 

 



Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmişdir. 

 

Odessada  və  Lev  Tolstoyun  Yasnaya  Polyanadakı  ev  muzeyində  elmi  axtarışlarla  məşğul  



olmuşdur. 

1989-cu il 

 

Cəlil  Məmmədquluzadənin  övladlarının  taleyini  öyrənmək  məqsədilə  «Odlar  yurdu»  qəzetində 



dərc  etdirdiyi  «Ənvəri  kim  tanıyır?»  adlı  məqalə  ilə  axtarışlara  başlamışdır.  Ədibin  nəslinin 

davamçılarının Fransada, İranda və Polşada yaşadıqları müəyyən etmişdir. 



1990-cı il 

 

 



Cəlil  Məmmədquluzadənin  yeni  tapılmış  «Ər»,  «Lənət»  və  «Oyunbazlar»  adlı  naməlum 

pyeslərini Bakı Dövlət Universitetinin nəşriyyatında kitab halında nəşr etdirmişdir. 

 

Naxçıvan  Dövlət  Universitetinin  elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 



1991-ci il   

 

İstanbulda keçirilən «Yayın konqresi və tatil haqları qurultayı»nda çıxış etmişdir. 



1992-ci il  

 

 



Türkiyənin  Atatürk  Universiteti  nəşriyyatında  «XX  yüzyılın  başlarında  yaşayan  Azerbaycan 

yazarlarının bioqrafileri» və «Nahçıvan Universitesi» adlı kitabları çapdan çıxmışdır. 

 

Cəlil Məmmədquluzadənin nəvələri Teymur, Midhət və İrena Cavanşirilərlə Tehranda görüşmüş-



dür (26 yanvar). 

1993-cü il  

 

 



Məmməd Araza həsr olunmuş albom –monoqrafiyaya görə  «Məmməd Araz mükafatı» laureatı 

adı almışdır. 

 

Cəlil  Məmmədquluzadənin  125  illik  yubileyini  keçirən  Dövlət  Komissiyasının  tərkibinə  daxil 



edilmişdir (17 dekabr). 

1994-cü il 

 

 



Azərbaycan nümayəndə heyətinin tərkibində İraqda keçirilən «Füzuli günləri»ndə iştirak etmiş, 

Bağdadda, Kərkükdə, Nəcəfdə, Mədaində olmuş, Kərbəlada Füzulinin məzarını ziyarət etmişdir. 



1995-ci il 

 

 



Şimali  Kipr  Türk  Cümhuriyyətində  keçirilən  III  Uluslararası  Atatürk  Simpoziumunda 

«Azərbaycan yazarı Əli bəy Hüseynzadənin yaradıcılığında Atatürk», İranın Marağa  şəhərindəki 

Beynəlxalq Əvhədi Konqresində «Əvhədi əsərlərinin tərcüməsi və nəşri məsələləri» mövzusunda 

məruzə ilə çıxış  etmişdir. 

 

Naxçıvan Atatürk Araşdırma Mərkəzinin rəhbəri seçilmişdir. 



1996-cı il 

 

 



Nizami adına Ədəbiyyat İnstitutunun  İxtisaslaşmış Şurasında  «Cəlil Məmmədquluzadə: mühiti 

və müasirləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir  (15mart). 




 

- 47 - 

 

 

Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur 



(16 oktyabr). 2013-cü ilə qədər bu vəzəfədə çalışmışdır.  

1997-ci il 

 

 



Başqırdıstanın  paytaxtı  Ufada  keçirilən  Türkoloqların  Beynəlxalq  Konqresində  «Əli  bəy 

Hüseynzadənin türkçülük ideyaları» mövzusunda, Türkiyədə və Qırğızıstanda keçirilən qurultay 

və konfranslarda məruzələrlə çıxış  etmişdir. 

 

Professor elmi adı almışdır. 



 

Azərbaycan    Dövlət    Nəşriyyatında    «Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri»  adlı 

monoqrafiyası nəşr olunmuşdur. 

 

Naxçıvan  MR  Ali  Məclisinin  deputatı seçilmişdir. 



1998-ci il 

 

 



Türkiyənin  Van  şəhərində  keçirilən  Uluslararası  Dədə-Qorqud  simpoziumunda  «Kitabi-Dədə 

Qorqud» dastanlarının tədqiqi yeni mərhələdə» mövzusunda məruzəsi dinlənilmişdir. 

 

Azərbaycan Respublikasının Prezident seçkilərində Heydər Əliyevin vəkili olmuşdur. 



 

Şimali    Kipr    Respublikasında    keçirilən  «Atatürk,  türk  dünyası  və  Kıbrıs»  simpoziumunda 

«Atatürk  Naxçıvan» mövzusunda  məruzə ilə çıxış etmişdir. 

 

Təhsil  Nazirliyi  nümayəndə  heyətinin tərkibində Fransada səfərdə olmuşdur. 



 

Azərbaycan  Jurnalistlər Birliyinə  üzv qəbul  edilmişdir.               



1999-cu il 

 

 



Moskvanın  «Nauka»  nəşriyyatında  «Djalil  Mamedkuluzade  (Molla  Nasreddin)»  adlı  kitabı 

çapdan çıxmışdır. 

 

Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə görkəmli 



dövlət xadimi Heydər Əliyevə fəxri doktor diplomunu təqdim  etmişdir. 

 

Parisdə YUNESKO-nun  iqamətgahında keçirilən Dədə Qorqud günlərində  «Basatın Təpəgözü 



öldürdüyü boy»da Azərbaycan» mövzusunda məruzə ilə çıxış etmişdir. 

 

«Ankara  Universitetinin  fəxri dostu» seçilmişdir. 



 

Atatürk Araşdırma Mərkəzi üzrə Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü seçilmiş-

dir. 

 

Azərbaycan  Respublikası  Prezidentinin  fərmanı  ilə  «Əməkdar  elm  xadimi»  fəxri  adına  layiq 



görülmüşdür. 

 

Anadan olmasının 50 illiyi münasibətilə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 



 

Türkiyədə  çıxan  «Qardaş  ədəbiyyatlar» jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. 

 

Hazırladığı «Müasir mərhələdə ali məktəbin idarə olunması və beynəlxalq əlaqələrin təşkili» adlı 



layihə Avropa Şurasının Tempus proqramı tərəfindən qəbul olunmuşdur. 

2000-ci il 

 

 



Tempus proqramı çərçivəsində Fransada, Almaniyada,  İngiltərədə, Belçikada olmuşdur. 

 

İkinci dəfə Naxçıvan MR Ali Məclisinin deputatı və «İnsan haqları, parlamentlərarası əlaqələr və 



beynəlxalq münasibətlər» komissiyasının sədri seçilmişdir. 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə