Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə22/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   18   19   20   21   22   23   24   25   ...   182

 

- 48 - 

 

 

«Naxçıvan    Dövlət    Universiteti»    kitabı  Azərbaycan,  ingilis,  fransız,  rus  və  alman  dillərində 



çapdan çıxmışdır. 

 

Təbriz Dövlət Universitetində olan Naxçıvan  Dövlət  Universiteti nin nümayəndə heyətinə baş-



çılıq etmişdir. 

 

Tehranda «Şəhriyar dünyası» kitabı çapdan çıxmışdır. 



2001-ci il 

 

 



Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar İranın Marağa şəhərində keçirilən simpoziumda 

çıxış  etmişdir. 

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 



 

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 

 

ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən «İlin adamı» adına layiq görülmüşdür. 



 

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası İdarə Heyətinin üzvü seçilmişdir. 

 

NDU-nun «Elmi əsərləri»nin və «Fikir» informasiya jurnalının baş  redaktoru olmuşdur. 



2002-ci il 

 

 



Bolqarıstanın  Şumen  Dövlət  Universitetində  keçirilən  beynəlxalq  elmi  konfransda  «Əli  bəy 

Hüseynzadənin Şərq-Qərb ideyaları» mövzusunda məruzə ilə çıxış etmişdir (oktyabr). 



2003-cü il 

 

 



Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir (22 aprel). 

 

ABŞ-da olmuş, Perdu Kalument Universiteti ilə Naxçıvan Dövlət Universitetinin əməkdaşlığına 



dair müqavilə imzalanmışdır (5 noyabr). 

 

Ernest  Heminqueyin  ev  muzeyini  və  oxuduğu  məktəbi  ziyarət  etmiş,  Heminquey  Elmi 



mərkəzində «Heminquey və Azərbaycan» mövzusunda məruzəsi dinlənilmişdir. 

 

Bolqarıstanda çıxan «Kaynak» dərgisində «Molla Nəsrəddin» və Türkiyə» adlı məqaləsi (İman 



Cəfərovla birlikdə)  çap edilmişdir. 

 

«Dialoq-Avrasiya» jurnalı redaksiyası heyətinin üzvü seçilmişdir. 



2004-cü il 

 

Fransada nəşr olunan  «Yeni ədəbiyyat» toplusunda Cəlil Məmmədquluzadə haqqında məqaləsi 



çap olunmuşdur. 

 

Avropa    Universitetlər    Assosiasiyasının  İspaniyanın  Barselona  şəhərində  keçirilən  beynəlxalq 



konqresində iştirak və məruzə etmişdir (18-21 oktyabr).           

 

AMEA-nın  «Xəbərlər» jurnalının (Dil, Ədəbiyyat, İncəsənət seriyası) redaksiya heyətinin üzvü 



seçilmişdir. 

 

Türkiyə Dil Qurumu türk dünyasında dil və ədəbiyyat sahəsindəki xidmətlərini nəzərə almaqla 



onu «Üstün Hizmət Baratı» mükafatına layiq  görmüşdür. 

2005-ci il       

 

 Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  nümayəndə  heyətinin  tərkibində  Misir  Ərəb 



Respublikasında səfərdə olmuşdur (14-22).  

 

Naxçıvan  Dövlət  Universitetinin  Qahirə  Hilvan  və  İskəndəriyyə  universitetləri  ilə  qarşılıqlı 



əlaqələrinə dair müqavilə imzalanmışdır. Məşhur Misir ehramlarını ziyarət etmişdir. 


 

- 49 - 

 

 

«Dialoq Avrasiya» qurumu tərəfindən Moskvada «Terrorizm və dinlərarası dialoq» mövzusunda 



keçirilən  beynəlxalq  simpoziumda  iştirak  etmişdir.  Dünya  şöhrətli  yazıçı  Çingiz  Aytmatovla 

görüşmüşdür (7-11 iyun).   

 

«Elektron  Naxçıvan:  Problemlər  və  həllər»  mövzusunda  keçirilən  beynəlxalq  elmi-praktik 



konfransda iştirak və məruzə etmişdir. 

 

Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi qeydə alınmışdır (6 avqust). 



 

«YUNESKO-Azərbaycan:  Gələcəyə  körpü» beynəlxalq konfransında iştirak etmişdir (Bakı, 24 

avqust). 

 

Türkiyə Cümhuriyyətinin Doğu Bayazit şəhərində keçirilən  «Birinci Uluslararası Ağrı dağı və 



Nuhun tufanı» simpoziumunda  çıxış etmişdir. 

 

Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir (7 noyabr). 



 

Tunis şəhərində keçirilən İnformasiya texnologiyaları  üzrə Dünya Sammitində iştirak  etmişdir 

(13-17 noyabr). Sammit çərçivəsində təşkil olunan Azərbaycan günündə çıxış etmişdir.   

 

Üçüncü çağırış Azərbaycan Milli Məclisinin birinci iclasında iştirak etmişdir (1 dekabr).   



2006-ci il  

 

Türkiyə  Cümhuriyyətinin  İqdır  şəhərində  keçirilmiş  «Xocalı  soyqırımı  paneli»ndə  «Xocalı 



faciəsinə tarixi-siyasi qiymət» adlı məruzə ilə çıxış etmişdir (26 fevral). 

 

Türkiyə Cümhuriyyətinin Kocaeli Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı 



əməkdaşlığa dair müqavilə bağlanılmışdır (5 aprel). 

 

«Dialoq Avrasiya» platformu və dərgisinin Türkiyənin Antalya şəhərində  keçirilmiş beynəlxalq 



seminarında iştirak və çıxış etmişdir (6-9 aprel). 

 

Naxçıvan Dövlət Universitetinin Baytarlıq ixtisası ilə Qars Qafqaz Universitetinin uyğun  ixtisası 



sahəsində əməkdaşlığı  haqqında müqavilə imzalanmışdır (30 may). 

 

Türkiyə  Cümhuriyyətinin  Qars  Qafqaz    Universitetində  «Molla  Nəsrəddin»  və  türk  dünyası» 



mövzusunda keçirilmiş beynəlxalq  simpoziumda  «Molla Nəsrəddin» jurnalının  türk dünyasına 

baxışı» adlı elmi məruzə ilə  çıxış etmişdir  (1 iyun). 

 

«Elektron  Naxçıvan-2»  proqramı  çərçivəsində    Naxçıvan  Dövlət  Universitetində  informasiya 



texnologiyalarına  həsr  edilmiş  beynəlxalq  konfransda  məruzə  ilə  çıxış  etmişdir.  Universitetdə 

İsveçrə,  Türkiyə  və  Azərbaycanın  7  universiteti  ilə  videokonfrans  bağlantısı  qurulmuşdur  (24 

iyun).          

 

Birləşmiş  Millətlər  Təşkilatı  yanında  Beynəlxalq  İnformasiyalaşdırma    Akademiyasının  həqiqi 



üzvü seçilmişdir  (26 iyun). 

 

Böyük Britaniyanın məşhur Oksford Universitetində keçirilən Dünya Universitetlərinin Dünya  



Forumunda iştirak etmişdir (03-05 iyul). Forumun bölmə iclasında «Ali məktəbdə müasir texn-

ologiyalardan  istifadə  və  yeni  təfəkkürün  formalaşdırılması»  mövzusunda  çıxışı  dinlənilmişdir 

(06 iyul).  

 

Londonda açılmış Azərbaycan məktəbinin birinci son zəng günündə iştirak və çıxış etmişdir 7 



iyul). 

 

Moskvada Rusiya Dövlət Kitabxanasının Arxivində Məhəmmədağa Şahtaxtlının XIX əsr Rusiya 



mətbuatında çap olunmuş məqalələrini aşkara çıxarmış və əldə etmişdir (2-10 avqust).  

 

Görkəmli yazıçı-publisist, tarixçi Rudolf İvanovla görüşmüşdür (avqust). 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə