Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə5/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   2   3   4   5   6   7   8   9   ...   182

 

- 12 - 

 

Читатели  могут  ознакомиться  с  информацией  о  научных  трудах  видного    литературоведа  - 



монографиях,  учебниках,  учебных  пособиях,  научных  и  публицистических  статьях, 

опубликованных  на  азербайджанском,  турецком,  русском,  английском  и  других  языках,  а  также  

сведениями    о  художественном    творчестве,  о  книгах,  составителем,  редактором  или  научным 

консультантом  которых  он является, о выступлениях,  интервью освещающих, отражающих его 

общественную и научно-педагогическую деятельность. 

Разделы  «Академик  Иса  Габиббейли:  жизнь,  основные  периоды  научно-педагогической  и 

общественной деятельности»,  «Видные государственные деятели и деятели науки и культуры об 

Исе Габиббейли», «Избранные из суждений академика Исы Габиббейли», «Генеалогия рода Исы 

Акпер  оглу  Габиббейли»,  «Награды  полученные  Исы  Габиббейли»  и  др.  содержат  интересную 

фактографическую информацию.  

Информация  о  диссертационных  работах,  научным  руководителем  или    официальным 

оппонентом  которых  он  являлся,  материалы    об  опубликованных  в  зарубежных  странах 

произведениях,  о  жизни  и  творчестве,  научно-общественной  деятельности  помещена  в 

соответствующих подразделах. 

Одной  из  важнейших  задач  современной  эпохи  информационных  технологий  является 

структуризация  поставляемой  интернет-сетями  потока  информации,  увеличивающегося  по  мере 

развития информационных средств. В разделе «Веблиография» систематизированы и представлены  

в алфавитном порядке материалы, информация о произведениях и деятельности Исы Габиббейли - 

как на языке оригинала, так и в алфавитном порядке  с подачей электронных  адресов. 

Материалы  о  страницах  жизни  Исы  Габиббейли,  его  научно-педагогической,  общественно-

культурной деятельности, научно-публицистическом и художественном творчестве, посвященных 

ему статьях и книгах представлены в библиографии в хронологическом порядке. 

Подобное расположение материалов позволяет проследить жизнь и творчество академика Исы 

Габиббейли  шаг  за  шагом    с  внутренней  алфавитной  последовательностью    и  играет  роль 

незаменимого  источника  для будущих исследователей научного наследия академика. 

В  целях  облегчить  доступ  к    библиографическим  источникам  в  указателе  дан  алфавитный 

список научных произведений И.Габиббейли и авторов, писавших о нем.   

Наше  литературоведении  на  протяжении  всей  своей  истории,  продолжая  традиции  своих 

предшественников, изучая научную суть  шедевров  современной  литературной среды, приобщая 

к ним  мирового читателя, достойно выполняет извечную миссию азербайджанской литературы. 

Хочется    надеется    что  данный  библиографический  справочник  посвященный  жизни  и 

деятельности  Исы  Габиббейли,  изданный  с  учетом  предыдущих  изданий,  дополненный  и 

представленный  в  новой  оригинальной  структуре,  послужит  образцом  служения  увековечивания 

заслуг корифеев. 

Мы  с  благодарностью    готовы  учесть    предложения  и  замечания,    связанные    с 

опубликованными  в  библиографическом  справочнике  материалами  и  учесть  их  в  следующих 

изданиях. 

 

Закира Алиева 



Доктор философии по  филологии

  

 

 


 

- 13 - 

 

BÖYÜK ÖMRÜN İLLƏRİ VƏ ƏSƏRLƏRİ 

 

Akademik İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında 

xüsusi  yeri  olan,  özünün  orijinal  axtarışları  ilə  elmimizə  sanballı  töhfələr  vermiş  görkəmli  alim-

lərimizdəndir.  Böyük  ədəbiyyatşünas  alimin,  tanınmış  ədəbiyyat  tarixçisi  və  nəzəriyyəçinin  elmi 

araşdırmaları  Azərbaycanda  ədəbiyyat haqqında elmin daha da inkişaf etdirilməsinə, ictimai fikrin əsas 

problemlərinin araşdırılıb ümumiləşdirilməsinə uğurla xidmət edir.  

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi İsa Həbibbəyli 1949-cu 

il oktyabrın 16-da Şərur rayonunun Danzik kəndində (etimoloji mənası Danyeri) müəllim ailəsində anadan 

olmuşdur. Atası Əkbər Əlibəy oğlu Həbibbəyli doğma kəndində 50 ildən artıq müəllimlik etmiş, tanınmış 

ziyalılardan biri olmuşdur.  

İsa  Həbibbəyli  ilk  təhsilini  Şərur  rayonundakı  Danzik  kənd  orta  məktəbində  almış,  1966-cı  ildə 

Oğlanqala (keçmiş Ulya Noraşen) kənd orta məktəbini bitirmişdir.  Hələ orta məktəbdə oxuduğu illərdə 

«Pambıqçı uşaqlar» adlı ilk məqaləsi  «Azərbaycan pioneri» qəzetində (1964), daha sonra isə məqalə və 

şeirləri  «Azərbaycan  gəncləri»,  «Şərq  qapısı»,  «İşıqlı  yol»  qəzetlərində  çap  olunmuşdur.  Azərbaycan 

Dövlət  Pedaqoji  İnstitutunun  Naxçıvan  filialının  Azərbaycan  dili  və  ədəbiyyatı  fakültəsini  fərqlənmə 

diplomu  ilə  bitirmişdir  (1971).  Ali  məktəb  illərində  Tələbə  Elmi  Cəmiyyətinin  sədri  olmuş,  Bakıda, 

Naxçıvanda və Tbilisidə tələbə elmi konfranslarında maraqlı məruzələrlə çıxış etmişdir. Dövri mətbuatda 

məqalə və şeirləri çap olunmuşdur.  

Zəhmətsevərlik,  nikbinlik,  dünyaya  bağlılıq  gənc  İsa  Həbibbəylini  elm  adlı  sahilsiz  bir  ümmanda 

yelkənini açmağa sövq etmişdir. Naxçıvanda 1970-ci ildə keçirilmiş «Elm günləri»ndə İsa Həbibbəylinin 

Azərbaycan  ədəbiyyatşünaslıq  elminin  görkəmli  nümayəndəsi,  dərin  zəka  sahibi  və  alicənab  şəxsiyyət, 

akademik  Məmməd  Cəfər  Cəfərovla  yaxından  tanış  olması  onun  ömür  yolunu  qəti  şəkildə,  birdəfəlik 

müəyyənləşdirmişdir. Beləliklə, dövri mətbuatda şeirləri və məqalələri ilə diqqəti cəlb edən İsa Həbibbəyli 

hələ tələbə ikən elm yoluna üstünlük verməyi qərara olmuşdur. 

Yaddaş dünyasında və mənəvi təkamülündə dərin izlər buraxmış böyük elm nəhəngi  Məmməd Cəfər 

Cəfərovun şəxsiyyətinə dərin hörmət İsa Həbibbəylinin sonralar yazdığı elmi əsərlərində, xüsusən də böyük 

alimə həsr edilmiş məqalələrində qabarıq şəkildə ifadə olunmuşdur. 

Akademik  Məmməd  Cəfər  Cəfərov  faktoru  İsa  Həbibbəylini  təkcə    elmi  yaradıcılığa 

həvəsləndirməmiş, həm də onun sadəlik və müdrikliyi özündə cəmləşdirən şəxsiyyət kimi formalaşmasına 

da nüfuz etmişdir. O, ustadı Məmməd Cəfər Cəfərovu böyük sadəlik nümunəsi kimi qəbul etmişdir. İsa 

Həbibbəylinin  fikrincə,  «sadəliyin  nə  qədər  böyük  mənəvi  sərvət  olduğunu  akademik  Məmməd  Cəfər 

Cəfərova məxsus klassik sadəlik isbat etdi. Yalnız özünü dərk etmiş, şəxsiyyət etibarilə kamil olan insanlar 

bu qədər sadə ola bilərlər». 

İsa Həbibbəyli 1973-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfə-

rovun rəhbərlik etdiyi «Ədəbiyyat nəzəriyyəsi» şöbəsinə aspiranturaya qəbul olur. 1975-ci ildən Naxçıvan 

Dövlət  Pedaqoji  İnstitutunun  «Ədəbiyyat»  kafedrasında  müəllimlik  edərkən  elmi  konfranslarda  maraqlı 

məruzə və çıxışları ilə diqqəti cəlb edir. Müxtəlif elmi konfranslarda «XX əsr Azərbaycan romantik liri-

kasında Füzuli ənənələri», «Qori seminariyası və Naxçıvan ziyalıları», «Məhəmməd Hadi lirikasının sənət-

karlıq xüsusiyyətləri» mövzularındakı məruzələri onun elmi bacarığı və müşahidələrindən xəbər verirdi. 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  aspiranturasında 

oxuduğu illərdə bu elm məbədində çalışan klassik ədəbiyyatşünaslardan Məmməd Cəfər Cəfərov, Mirzağa 

Quluzadə, Yaşar Qarayev,  Əziz Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov və başqaları ilə yaxın  

ünsiyyətdə olması gənc tədqiqatçının elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Məhz 

Məmməd Cəfər Cəfərova məxsus müdriklik, dərinlik və sadəlik, Abbas Zamanovun vətəndaşlıq mövqeyi, 

Əziz  Mirəhmədovun  dəqiqliyi  və  məsuliyyəti  İsa  Həbibbəylinin  elmi  fəaliyyətində  aydın  surətdə  ifadə 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə