- 46 -
1986-cı il
«Tələbələrin elmi-tədqiqat işi sahəsindəki müvəffəqiyyətlərinə görə» Ümumittifaq döş nişanı
ilə təltif olunmuşdur (21 oktyabr).
1988-ci il
Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmişdir.
Odessada və Lev Tolstoyun Yasnaya Polyanadakı ev muzeyində elmi axtarışlarla məşğul
olmuşdur.
1989-cu il
Cəlil Məmmədquluzadənin övladlarının taleyini öyrənmək məqsədilə «Odlar yurdu» qəzetində
dərc etdirdiyi «Ənvəri kim tanıyır?» adlı məqalə ilə axtarışlara başlamışdır. Ədibin nəslinin
davamçılarının Fransada, İranda və Polşada yaşadıqları müəyyən etmişdir.
1990-cı il
Cəlil Məmmədquluzadənin yeni tapılmış «Ər», «Lənət» və «Oyunbazlar» adlı naməlum
pyeslərini Bakı Dövlət Universitetinin nəşriyyatında kitab halında nəşr etdirmişdir.
Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.
1991-ci il
İstanbulda keçirilən «Yayın konqresi və tatil haqları qurultayı»nda çıxış etmişdir.
1992-ci il
Türkiyənin Atatürk Universiteti nəşriyyatında «XX yüzyılın başlarında yaşayan Azerbaycan
yazarlarının bioqrafileri» və «Nahçıvan Universitesi» adlı kitabları çapdan çıxmışdır.
Cəlil Məmmədquluzadənin nəvələri Teymur, Midhət və İrena Cavanşirilərlə Tehranda görüşmüş-
dür (26 yanvar).
1993-cü il
Məmməd Araza həsr olunmuş albom –monoqrafiyaya görə «Məmməd Araz mükafatı» laureatı
adı almışdır.
Cəlil Məmmədquluzadənin 125 illik yubileyini keçirən Dövlət Komissiyasının tərkibinə daxil
edilmişdir (17 dekabr).
1994-cü il
Azərbaycan nümayəndə heyətinin tərkibində İraqda keçirilən «Füzuli günləri»ndə iştirak etmiş,
Bağdadda, Kərkükdə, Nəcəfdə, Mədaində olmuş, Kərbəlada Füzulinin məzarını ziyarət etmişdir.
1995-ci il
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən III Uluslararası Atatürk Simpoziumunda
«Azərbaycan yazarı Əli bəy Hüseynzadənin yaradıcılığında Atatürk», İranın Marağa şəhərindəki
Beynəlxalq Əvhədi Konqresində «Əvhədi əsərlərinin tərcüməsi və nəşri məsələləri» mövzusunda
məruzə ilə çıxış etmişdir.
Naxçıvan Atatürk Araşdırma Mərkəzinin rəhbəri seçilmişdir.
1996-cı il
Nizami adına Ədəbiyyat İnstitutunun İxtisaslaşmış Şurasında «Cəlil Məmmədquluzadə: mühiti
və müasirləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (15mart).
- 47 -
Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur
(16 oktyabr). 2013-cü ilə qədər bu vəzəfədə çalışmışdır.
1997-ci il
Başqırdıstanın paytaxtı Ufada keçirilən Türkoloqların Beynəlxalq Konqresində «Əli bəy
Hüseynzadənin türkçülük ideyaları» mövzusunda, Türkiyədə və Qırğızıstanda keçirilən qurultay
və konfranslarda məruzələrlə çıxış etmişdir.
Professor elmi adı almışdır.
Azərbaycan Dövlət Nəşriyyatında «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» adlı
monoqrafiyası nəşr olunmuşdur.
Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir.
1998-ci il
Türkiyənin Van şəhərində keçirilən Uluslararası Dədə-Qorqud simpoziumunda «Kitabi-Dədə
Qorqud» dastanlarının tədqiqi yeni mərhələdə» mövzusunda məruzəsi dinlənilmişdir.
Azərbaycan Respublikasının Prezident seçkilərində Heydər Əliyevin vəkili olmuşdur.
Şimali Kipr Respublikasında keçirilən «Atatürk, türk dünyası və Kıbrıs» simpoziumunda
«Atatürk Naxçıvan» mövzusunda məruzə ilə çıxış etmişdir.
Təhsil Nazirliyi nümayəndə heyətinin tərkibində Fransada səfərdə olmuşdur.
Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilmişdir.
1999-cu il
Moskvanın «Nauka» nəşriyyatında «Djalil Mamedkuluzade (Molla Nasreddin)» adlı kitabı
çapdan çıxmışdır.
Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə görkəmli
dövlət xadimi Heydər Əliyevə fəxri doktor diplomunu təqdim etmişdir.
Parisdə YUNESKO-nun iqamətgahında keçirilən Dədə Qorqud günlərində «Basatın Təpəgözü
öldürdüyü boy»da Azərbaycan» mövzusunda məruzə ilə çıxış etmişdir.
«Ankara Universitetinin fəxri dostu» seçilmişdir.
Atatürk Araşdırma Mərkəzi üzrə Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü seçilmiş-
dir.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar elm xadimi» fəxri adına layiq
görülmüşdür.
Anadan olmasının 50 illiyi münasibətilə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Türkiyədə çıxan «Qardaş ədəbiyyatlar» jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
Hazırladığı «Müasir mərhələdə ali məktəbin idarə olunması və beynəlxalq əlaqələrin təşkili» adlı
layihə Avropa Şurasının Tempus proqramı tərəfindən qəbul olunmuşdur.
2000-ci il
Tempus proqramı çərçivəsində Fransada,
Almaniyada, İngiltərədə, Belçikada olmuşdur.
İkinci dəfə Naxçıvan MR Ali Məclisinin deputatı və «İnsan haqları, parlamentlərarası əlaqələr və
beynəlxalq münasibətlər» komissiyasının sədri seçilmişdir.