- 52 -
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində akademik İsa Həbibbəylinin 60
illiyi qeyd olunmuidur. Akademik Bəkir Nəbiyev məruzə ilə çıxış etmişdir (11 noyabr).
60 illik yubileyi elmi-ictimai mühit tərəfindən yüksək səviyyədə qeyd olunmuşdur. Yubiley
münasibəti ilə Naxçıvan MR Ali Məclisi Sədrinin Fəxri Fərmanı, Beynəlxalq İnforma-
siyalaşdırma Akademiyasının «XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının (Mirzə Cəlilin) və
Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri» mükafatı ilə təltif
olunmuşdur (oktyabr).
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi Gürcüstan Respublikasının Axalsix, Türkiyə
Respublikasının Ərdahan və Qars şəhərlərində səfərdə olan heyətinə rəhbərlik etmişdir. Bu
şəhərlərdə NDU-nun Tələbə Opera Studiyası Ü.Hacıbəyovun «Arşın mal alan» operettasını
uğurla nümayiş etdirmişdir. Axalsix Dövlət Universitetinin rektoru, professor Tina Gelaşvili ilə
universitetlərarası əlaqəyə dair müqavilə imzalanmışdır (noyabr).
Avstriyanın Ştiriya vilayətində işgüzar səfərdə olmuş, Naxçıvan Dövlət Universiteti ilə Qras Karl
Frantsenes Universiteti arasında ali məktəblərin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı əməkdaşlıq
memarandumu imzalanmışdır. Səfər zamanı Ştiriya federal əyalət hökumətinin Avropa ölkələri
və xarici əlaqələr üzrə idarəsinin rəhbəri Lüdviq Raderlə görüş keçirilmişdir.
«Elektron Naxçıvan - 4: Ucqar regionlara xas olan informasiya-kommunikasiya texnologiyaları
problemləri» mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış etmişdir.
Türk Dünyası Pediatrlarının VIII konqresində çıxış etmişdir.
Rusiya Federasiyasının Novosibirsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar «Heydər Əliyev: lider və zaman» mövzusunda
keçirilmiş beynəlxalq elmi konfransda iştirak və çıxış etmişdir.
Uluslararası Türk kültürü konqresində məruzə ilə çıxış etmişdir.
Türkiyədə keçirilən Uluslararası Ağrıdağı simpoziumunda iştirak etmişdir.
Bakı Dövlət Universitetinin 90 illik yubileyində iştirak və çıxış etmişdir (2 noyabr).
Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar Naxçıvanda keçirilən yubiley
yığıncağında məruzə ilə çıxış etmişdir (29 dекабр).
2010-cu il
Türkiyənin Ərdəhan şəhərində Atatürk Kültür Mərkəzinin, Ərdəhan vilayətinin və Ərdəhan
Universitetinin Naxçıvan Universiteti ilə birgə keçirdikləri «Azadlığın səsi Bətiyar Vahabzadə»
beynəlxalq simpoziumunda iştirak etmişdir. Bölmə iclaslarından birinə sədrlik etmiş, «Xalq şairi
Bəxtiyar Vahabzadənin yaradıcılığında milli istiqlal düşüncəsi» mövzusunda məruzə etmişdir.
Ərdəhan küçələrindən birinə şairin adının verilməsi mərasimində nitq söyləmişdir. (13-14 fevral)
Naxçıvan Dövlət Universitetində «Elektron Naxçıvan – 5: nəticələr və vəzifələr» mövzusunda
keçirilən beynəlxalq simpoziumda çıxış etmişdir (25-26 iyun).
Macarıstanda keçirilmiş «Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu» V Beynəlxalq elmi
konfransda «XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai fikrində Avropa» mövzusunda məruzə
ilə çıxış etmiş, bölmə iclasının sədri olmuşdur (25-26 noyabr).
Ukraynanın Krım Muxtar Vilayətinin Yalta şəhərindəki «Rossiya» sanatoriyasında müalicə
olunmuşdur (30 iyul-10 avqust).
Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş seçkilərdə iştirak etmiş,
Milli Məclisin deputatı seçilmişdir (6 noyabr).
- 53 -
Amerika Bioqrafiya İnstitutunun rəhbərliyi tərəfindən çoxcəhətli fəaliyyəti araşdırılaraq
cəmiyyətə mühüm elmi və mədəni uğurlar təqdim etdiyinə, elm sahəsində böyük nailiyyətlər
qazandığına görə görkəmli alim kimi institutun akademiki seçilmişdir (14 dekabr).
2011-ci il
Qars Qafqaz Universitetinin rektoru, professor-doktor Sami Özcanın rəhbərlik etdiyi 23 nəfərlik
nümayəndə heyətini Naxçıvan Dövlət Universitetində qəbul etmişdir. Qars Qafqaz Universiteti
ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsinin layihəsi müzakirə
olunmuşdur (23-24 yanvar).
Şimali Qafqazın Yesentuki şəhərindəki «İstok» sanatoriyasında müalicə olunmuşdur (30 yanvar-
12 fevral).
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bakıda Akademiyanın Rəyasət
Heyətində keçirilən hesabat yığıncağında çıxış etmişdir (14 fevral).
Türkiyə Cümhuriyyətinin Qars şəhərində Qars Qafqaz Universiteti ilə Naxçıvan Dövlət
Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır (22 mart).
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Qars şəhərində görkəmli dövlət xadimi
Heydər Əliyevin büstünü ziyarət etmiş, 1921-ci ildə Qars müqaviləsinin imzalandığı tarixi bina
və Osmanlı-Rusiya müharibəsində Türkiyə ordusuna rəhbərlik etmiş general Əhməd Muxtar
Paşanın qərargah-muzeyi ilə tanış olmuşdur.
Ankara Universitetinin rektoru, professor Camal Taluq ilə birlikdə Naxçıvan Dövlət Universiteti
ilə əlaqələr haqqında əməkdaşlıq müqaviləsi imzalamışdır (24 mart).
Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurumu Başkanı, professor-doktor Yusif Ziya Özcanla
görüşmüş, Naxçıvan Dövlət Universiteti ilə Türkiyə ali məktəblərinin əlaqələrinin
genişləndirilməsi və Türkiyədən NDU-ya tələbə qəbulunu artıran ixtisasların çoxaldılması ilə
əlaqədar məsələlər müzakirə olunmuşdur (24 mart).
Bilkənd Universitetində olmuş, İhsan Doğramacının heykəlini ziyarət etmişdir (24 mart).
Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsini qəbul etmişdir (aprel).
ATƏT-in Bakı ofisinin nümayəndələri ilə birlikdə aparılan danışıqlarda NDU-da Avropa
məhkəmələrinin modelini təqdim edən bir layihənin həyata keçirilməsi müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin iclasında «Miqrasiya Qanunu haqqında Əsasnamə»yə
əlavə edilməsi məsələsinə dair çıxış etmişdir (9 aprel).
Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetinin rektoru, professor-doktor Abdullah
Öztopraq və Türkiyə Cümhuriyyətinin Ərdahan Universitetinin rektoru, professor-doktor
Ramazan Korkmaz Naxçıvan Dövlət Universitetində olmuşlar. Qarşılıqlı əməkdaşlıq müqavi-
lələri imzalanmışdır (28-29 aprel).
Azərbaycan Respublikasının Milli Məclisində «Naxçıvan MR Konstitusiyasına dəyişikliklər
haqqında» qanun layihəsinin müzakirəsində çıxış etmişdir (7 may).
Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir.
Tempus proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetinin heyəti rektor İsa Həbibbəylinin
rəhbərliyi ilə İspaniyanın Alikante şəhərindəki universitetdə olmuş, icra edilməkdə olan «Sahib-
karlıq fəaliyyətində innovasiyaların tətbiqi» adlı layihənin həyata keçirilməsi məsələləri ətrafında
iş aparılmışdır (20-25 may).