- 50 -
BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının Moskvadakı iqamətgahında
olmuş, Akademiyanın Prezidenti, akademik A.Q.Xaritonla görüşmüş, üzvlük sənədlərini almışdır
(4 avqust).
Naxçıvan MR Ali Məcisinin nümayəndə heyətinin tərkibində İran İslam Respublikasının Qərbi
Azərbaycan Ostandarlığında səfərdə olmuş, Urmiya Dövlət Universitetinin rəsmiləri ilə qarşılıqlı
əməkdaşlıq məsələlərini müzakirə etmişdir (avqust).
Azərbaycan Respublikası Milli Məclisi nümayəndə heyətinin tərkibində Pakistan İslam
Respublikasının paytaxtı İslamabadda olmuşdur (28 noyabr - 02 dekabr). Səfər çərçivəsində
Pakistan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsində Qayd Əzim Dövlət Universitetində
keçirilmiş seminarda, İslamabad Müasir Dillər Milli Universitetində çıxışlar etmişdir.
İslamabad Müasir Dillər Milli Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı
əməkdaşlığa dair müqavilə imzalanmışdır (1 dekabr).
Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Vəli Hüseynovla birlikdə hazırladığı
«Tədris prosesində informasiya və kommu-nikasiya texnologiyalarının tətbiqi imkanları» adlı
layihə Tempus proqramının İtaliyanın Turin şəhərindəki mərkəzi ofisinə təqdim olunmuşdur (15
dekabr).
2007-ci il
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olun-muşdur.
Naxçıvan Dövlət Universitetində keçirilən beynəlxalq simpoziumda «Riyaziyyat, mexanika və
informatikanın müasir problemləri» mövzusunda çıxış etmişdir.
Türkiyə Universitetləri rektorlarının ortaq toplantısında çıxış etmişdir.
«Elektron Naxçıvan-3: İnformasiya cəmiyyəti: reallıqlar və perspektivlər» mövzusunda keçirilən
elmi-praktik konfransda iştirak və məruzə etmişdir.
«Azərbaycan-Misir əlaqələri» beynəlxalq simpoziumunda iştirak və məruzə etmiş, Naxçıvan
Dövlət Universiteti və Qahirə Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imza-
lanmışdır.
2008-ci il
BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir.
Moskvada nəşr edilən «Beynəlxalq elmi jurnal»ın redaksiya heyətinin üzvü seçilmişdir.
Şəxsi kitabxanasında olan 21 min ədəd kitabdan 5 min ədədini universitet kitabxanasına hədiyyə
etmişdir.
Avropa Rektorlar Klubuna üzv qəbul edilmişdir.
«Elektron Naxçıvan-4: Ucqar regionlara xas olan informasiya-kommunikasiya texnologiyaları
problemləri» mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.
Türk Dünyası Pediatrlarının VIII konqresində iştirak etmişdir.
Rusiya Federasiyasının Novosibirsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar «Heydər Əliyev: lider və zaman» mövzusunda
keçirilmiş beynəlxalq elmi konfransda iştirak və çıxış etmişdir.
Naxçıvan Dövlət Universitetinin İran İslam Respublikasının Təbriz şəhərində olan nümayəndə
heyətinə rəhbərlik etmiş, Təbriz Universitetinin rektoru Məhəmməd Ələvi ilə müqavilə
imzalamışdır.
- 51 -
2009-cu il
Moskvada «Prezident» otelində ali məktəblərə beynəlxalq mükafatların təqdimetmə mərasimində
iştirak etmiş, Naxçıvan Dövlət Universitetinin layiq görüldüyü «Minilliyin universiteti» adlı bey-
nəlxalq mükafat ona təqdim olunmuşdur.
BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnformasiyalaşdırma Akademiyası tərəfindən
Beynəlxalq «İnformasiya aləminin elitası» mükafatının diplomu, vəsiqəsi və döş nişanı təqdim
olunmuşdur (26 yanvar).
Türkiyə Cümhuriyyətinin Elazığ şəhərindəki Fırat Universitetində Novruz şənliklərində iştirak
etmiş, Ərdahan Universitetinin rektoru, professor-doktor Ramazan Korkmazla müqavilə imzalan-
mışdır.
Naxçıvan Dövlət Universitetində Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurumu heyətini qəbul
etmişdir (mart).
Naxçıvan Dövlət Universitetində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT)
«Biznesin və investisiya mühitinin inkişafı sahəsində müsbət təcrübələr» mövzusunda keçirdiyi
beynəlxalq seminarda iştirak və məruzə etmişdir (20-22 may).
Naxçıvan Dövlət Universiteti Asiya Universitetləri Assosiasiyasına üzv qəbul edilmişdir.
YUNESKO-da keçirilən Ali təhsil üzrə beynəlxalq konqresdə iştirak etmişdir (Paris - 4-8 iyul).
Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2009-cu il tarixli sərəncamı əsasında «Şərəf»
ordeni ilə təltif olunmuşdur.
«Atatürkdən Heydər Əliyevə - Nizamidən Yunus İmrəyə: tarixi-ədəbi ənənələr və müasir dövr»
beynəlxalq simpoziumunda iştirak və məruzə etmişdir.
Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun rəmzi mükafatını almışdır (11
sentyabr).
Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatına layiq görülmüşdür (11
sentyabr).
Türkmənistan şəhərində keçirilən beynəlxalq konfransda «Koroğlu süjetləri və Şərq ədəbiyyatı»
mövzusunda çıxış etmişdir.
NDU-da keçirilən «Kəhriz sistemləri memarlıq abidəsi - dayanıqlı su sistemi, ictimai və iqtisadi
inkişafın əsası kimi» mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak
və məruzə etmişdir
(25 sentyabr).
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti akademik İsa Həbibbəylinin anadan
olmasının 60 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul etmişdir (2 oktyabr).
Naxçıvan MR Ali Məclisinin sərəncamı ilə anadan olmasının 60 illiyi münasibətilə Fəxri
Fərmanla təltif edilmişdir (15 oktyabr).
BMT-nin Beynəlxalq İnformasiyalaşdırma Akademiyası tərəfindən «Elmi istiqamətin rəhbəri»
medalı ilə təltif olunmuşdur.
Anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq NDU-da yubiley yığıncağı keçirilmişdir. AMEA-
nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev onun elmi-pedaqoji fəaliyyəti
haqqında məruzə etmişdir (16 oktyabr).
Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur (10 noyabr)