- 54 -
AMEA Naxçıvan Bölməsində Behbud ağa Şahtaxtinskinin anadan olmasının 130 illiyi
münasibətilə keçirilən elmi konfransda «Behbud ağa Şahtaxtinskinin V.İ.Leninə məktubları» adlı
məruzə ilə çıxış etmişdir (28 sentyabr).
Qars Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetinin birgə keçirdikləri «Kars Antlaşması
ve Bölgesel Etkileri» adlı III Uluslararası Kafkasya Tarih simpoziumunun əsas təşkilatçılarından
olmuş və məruzə ilə çıxış etmişdir (14 oktyabr).
2012-ci il
İran İslam Respublikasının Payyamnur Universitetinin rektoru və əməkdaşları ilə Naxçıvan
Dövlət Universitetində görüşmüşdür (12 yanvar).
Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda, Polşa Baş Ticarət
Məktəbinin rektoru Adam Budnikovski və səfirlik əməkdaşları ilə Naxçıvan Dövlət
Universitetində görüşdə əməkdaşlıq əlaqəsi müaviləsini imzalamışdır (24-25 fevral).
Yaponiyanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi «Ali məktəblərin
səmərəli idarə olunmasında Yapon modeli» mövzusuna həsr olunmuş beynəlxalq seminarda
Naxçıvan Dövlət Universitetinin rektoru akade-mik İsa Həbibbəyli və Beynəlxalq Münasibətlər
kafedrasının baş müəllimi Seymur Talıbov iştirak etmişlər. Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik İsa Həbibbəyli Yaponiya İdarəçilik Akademiyasında və Xosey Universitetində
çıxış etmiş, mənsub olduğu universitetin inkişaf yolu haqqında məlumat vermiş, qarşılıqlı əmək-
daşlığa dair təkliflər irəli sürmüşdür. Xosey Universitetinin prezidenti rəsmi olaraq Naxçıvan
Dövlət Universitetinə dəvət olunmuşdur (22-28 aprel).
Avstriyaya səfər etmiş və Grats Universitetində Naxçıvan Dövlət Universitetinin təqdimatı
olmuşdur (6-9 may).
Ağrı Çeçen İbrahim Universitetində 16 universitet rektorunun iştirak etdiyi «İşbirliyində öncelikli
konular və geleceye yonelik planlar» toplantısında iştirak və çıxış etmişdir (16 may).
Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko
ilə Naxçıvan Dövlət Universitetində görüş keçirilmiş, görüş zamanı ikitərəfli əməkdaşlıq
məsələləri müzakirə olunmuşdur.
Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze və onun
rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuşlar. Görüş zamanı
Naxçıvan Dövlət Universiteti ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında elm,
təhsil, mədəniyyət və idman üzrə əlaqələri geniş-ləndirmək və inkişaf etdirmək məqsədilə
anlaşma memorandumu imzalanmışdır.
Naxçıvan Dövlət Universitetində Türkiyə Respublikası XİN-in Strateji Araşdırmalar Mərkəzi və
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə
təşkilatçılığı ilə «Azərbaycan-Türkiyə münasibətlərinin aktual məsələləri: reallıqlar və pers-
pektivlər» adlı beynəlxalq konfransda çıxış etmişdir.
Türkiyə Cümhuriyyətinin Ərzincan Universitetinin rektoru, professor İlyas Çapoğlunun başçılıq
etdiyi nümayəndə heyətini Naxçıvan Dövlət Universitetində qəbul etmiş qarşılıqlı əməkdaşlıq
haqqında müqavilə imzalamışdır (20 iyun).
Naxçıvan Dövlət Universitetində «Elektron Naxçıvan-7: lokal şəbəkədə İKT-dən istifadə
imkanları» mövzusunda beynəlxalq simpoziumda iştirak etmiş, məruzəsi dinlənilmişdir (6-7
iyul).
«Naxçıvan: İlkin şəhər və Duzdağ» mövzusunda keçirilmiş beynəlxalq simpoziumda «Nuhdaban
oturaq məkanı və Duzdağ şəhərətrafı mədəniyyəti» mövzusunda çıxış etmişdir (30 iyul).
- 55 -
Avstriyanın «Gain&Sustan» («Əldə etmək və saxlamaq») təşkilatının Naxçıvan Dövlət
Universiteti ilə birgə hazırladığı «Gənclər fəaliyyətdə» layihəsi Avropa İttifaqı tərəfindən
maliyyələşdirmə üçün qəbul olunmuşdur(26-30 avqust).
Naxçıvan Dövlət Universitetində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun
Mədəniyyət idarəsi ilə birgə keçirdiyi «Şəhriyar – müasir dövrün böyük şairi» mövzusunda
beynəlxalq elmi konfransda iştirak və çıxış etmişdir (6 oktyabr).
Naxçıvan Dövlət Universitetində «Türk Akademiyasının yaradılması və türkdilli dövlətlərin
Naxçıvan sammitinin qərarlarının həyata keçirilməsində böyük addım» mövzusunda beynəlxalq
təqdimat mərasimində çıxış etmişdir. Tədbirdə NDU-nun rektoru, akademik İsa Həbibbəyliyə və
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə Türk Akademiyasının prezidenti
adından fəal əməkdaşlığa və xidmətlərinə görə minnətdarlıq məktubu oxunmuşdur (16 oktyabr).
Koreya Respublikası Beynəlxalq Əməkdaşlıq Agentliyinə təqdim olunmuş «Naxçıvan Dövlət
Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multmedia infrastrukturunun yaradılması»
layihəsi müsabiqədə maliyyələşmə üçün tövsiyə olunmuşdur (15 noyabr).
Naxçıvan Dövlət Universitetində «Ümumi orta təhsilin müasir problemləri» mövzusunda
keçirilmiş beynəlxalq elmi konfrasda iştirak və çıxış etmişdir (24 noyabr).
Türkiyənin Ərzurum Atatürk Universitetinin rektoru professor Hikmət Koçakın başçılıq etdiyi
nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuş hər iki universitet arasında
əməkdaşlqı müqaviləsi imzalanmışdır (17 dekabr).
AMEA Naxçıvan Bölməsində Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, əməkdar jurnalist
Nəsrulla İmanquliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfransda
«Nəsrulla İmanquliyevin ömür yolu və jurnalistlik fəaliyyəti» mövzusunda məruzə ilə çıxış
etmişdir (27 dekabr).
2013-cü il
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir (24 aprel).
Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilmişdir (25 aprel).
Ədəbiyyat İnstitutunda Xalq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Elçin Əfəndiyevin
anadan olmasının 70 illiyinə həsr edilən elmi sessiyada məruzəsi dinlənilmişdir (12 may).
AMEA Nizami adına Ədəbiyyat İnstitutuna direktor təyin olunmuşdur (19 iyun).
Akademik şərqşünas alim, Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş beynəlxalq
konfransda çıxış etmişdir (27 iyun).
Penza Dövlət Universitetində keçirilən VIII Beynəlxalq «Elektron Naxçıvan» konfransının (9
iyul, 2013) fəxri qonağı olmuş, məruzə ilə çıxış etmişdir.
Naxçıvan: ilkin şəhər və Duzdağ beynəlxalq simpoziumunda iştirak etmiş, məruzəsi
dinlənilmişdir (27-28 iyul).
Elm, texnologiya, təhsil sahəsində Beynəlxalq Sokrat Komitəsi, Avropa Biznes Assambleyası,
Avropa Rektorları Klubu və dünyanın 16 aparıcı dövlətinin ən mötəbər peşəkar və elmi-yaradıcı
birliklərinin təsis etdiyi «The Name in Science Award» («Elmdə ad») mükafatına layiq görülmüş-
dür (sentyabr).
AMEA Rəyasət Heyətində Rusiya Dövlət Ermitaj muzeyinin direktor müavini Georgi Vadimoviç
Vilinbaxov ilə görüşmüşdür (2 noyabr).