_________Milli Kitabxana_________
223
mi (1845-1914) idi. O, M.F.Axundovun təsiri altında erməni hərf-
ləri ilə Azərbaycan dilində yazdığı “Qırt-qırt”, “Tamahkarlıq düş-
mən qazanır” və “Gözə görünməyən şal” adlı pyeslərini yazıb çap
etdirmişdir. Şair və dramaturq kimi tanınan V.H. Mədətov “Molla
Nəsrəddinin lətifələri”ndən doxsan dördünü erməni dilinə çevir-
mişdir. Azərbaycan müəllimləri və erməni ziyalı qadınlarının kö-
məyi ilə “Qırt-qırt” əsəri Dilicanda oynanılmış və toplanan pul
M.Ə.Sabirin əsərlərinin nəşrinin yardımına yönəldilmişdir.
Ermənistanın əməkdar incəsənət adamları İrəvan Dövlət
Azərbaycan Dram Teatrının tarixinə həsr edilən “Ermənistanda
Azərbaycan teatrı tarixindən səhifələr” məqalələrində “Teatr şə-
hər müəllimlərini maraqlandırır. Onlar Azərbaycanın müxtəlif
yerlərində ana dilində göstərilən pyeslər haqqında tez-tez xəbər
tutur, ruhlanır və öz qüvvələri ilə tamaşa verməyi qərara alırlar.
1884-cü ildə İrəvan gimnaziyasının müəllimi, məşhur maarifçi və
ədəbiyyatşünas Firudin bəy Köçərlinin rəhbərliyi altında Irəvanda
birinci dəfə olaraq Azərbaycan dilində tamaşa verilir”.
Sonralar 1898-1903-cü illərdə İrəvanda yaşayan ölməz yazı-
çı, böyük inqilabçı-demokrat Cəlil Məmmədquluzadə azərbay-
canlı teatr həvəskarlarını çox ruhlandırırdı”.[68] [121] Həmin
sözlərin müəllifi öz tədqiqatında 1896-cı ildə M.F.Axundovun
Irəvanda göstərilən “Müsyö Jordan və dərviş Məstəli şah” kome-
diyası haqqında da oxuculara məlumat verir: “M.F.Axundovun
dramaturgiyası istər Azərbaycanda(1873), istərsə də Ermənistan-
da (1896) Azərbaycan teatrının yaranması işində əsas olmuşdur.
[67-52] ”Əslində həmin komediya on il əvvəl İrəvanda oynanıl-
mışdır. Müsyo Jordan və dərviş Məstəli Şahın 1825-ci ildə Peter-
burqda ev tamaşalarından birində tamaşaya qoyulması, 1877-ci
ildə İranda, 1883-cü ildə Naxçıvanda, 1885-ci ildə Tiflisdə oy-
nanılması[137-13]məlum faktdır.
M.F.Axundovun anadan olmasının 150 illiyi ilə əlaqədar ola-
raq yubiley təntənələri keçirildiyi bir vaxtda 1962-ci ildə Ermənis-
tanda da “Bilik” Cəmiyyəti tərəfindən “M.F.Axundov və erməni-
lər” adlı bir monoqrafiya çap edilmişdir. Əsərin müəllifi, filoloq
_________Milli Kitabxana_________
224
alim Avetis Şahsuvaryan qeyd edir ki, “Təəccüblü də olsa, hələ in-
diyədək 1850-ci ildə Peterburq universitetini bitirib Tiflisə qayıdan
və M.S.Voronsovun dəftərxanasında tərcüməçi vəzifəsində çalışan
görkəmli erməni dramaturqu Qabriel eyni dəftərxanada tərcüməçi
işləyən Mirzə Fətəli Axundovun qardaşlıq və dostluq münasibətləri
barədə istedadlı dramaturqların həyat və yaradıcılığından ətraflı
söhbət açılmır. M.F.Axundov Q. Sundukyanla birlikdə, həm də
Stepanos Nersesyan Tiflisdəki erməni seminariyasında müəllim
işləyirdilər. Müəllif bunların dostluğu barədə digər erməni ədəbiy-
yatşünaslarının əsərlərində də söhbət açılmadığını qeyd edir. Gös-
tərir ki, Mirzə Fətəlinin komediyalarını Q.Sundukyan “Qafqaz”
qəzetinin səhifələrində rus və Azərbaycan dillərində oxumuş, bu
səhnə əsərləri erməni dramaturquna ilham vermiş, onu yeni səhnə
əsərləri yaratmağa ruhlandırmışdır. Bu erməni sənətkarının hər bir
əsəri Azərbaycan yazıçılarının diqqətini cəlb etmişdir. Ədibin ko-
medialarından “Axşam səbri xeyir olar” Sultanməcid Qənizadə tə-
rəfindən, “Pepo” isə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən tər-
cümə edilmiş və uzun müddət Azərbayan teatrlarının səhnələrində
oynanılmışdır. Bu əsərlərdəki əsas rolları – Məşədi Şəban rolunda
səhnəmizin peşəkar aktyoru Cahangir Zeynalov çıxış etmişdir.
“Xatabala” əsərinin əsas rolunu – İsa rolunu Ermənistanın əməkdar
artisti Yunis Nuri məharətlə oynamışdır.
“Sovet Ermənistanı” qəzetinin 6 avqust 1981-ci il sayında
görkəmli filoloq alim və tanınmış tədqiqatçı Sadıq Şükürov Firu-
din bəy Köçərli ilə Qabriel Sundukyan arasındakı münasibətlər-
dən söhbət açarkən onun Azərbaycan xalqına bəslədiyi səmimi
münasibəti vurğulamaqla, uzun müddət “ədəbi ictimaiyyətin diq-
qətindən yayınan əhəmiyyətli bir məsələnin aydınlaşdırılmasın-
dan – “Qabriel Sundukyanın Firudin bəy Köçərliyə məktubu”
cavab olaraq yazırdı: “Puşkin, Lermantov, Şevçenko və başqa rus
şairləri ilə yanaşı Mirzə Şəfinin də alman dilinə tərcümə edən
Fridrix Fon Bodenştet 1871-ci ildən başlayaraq Mirzə Şəfi Vaze-
hin şeirlərini öz adına çıxdı. Avropa ədəbiyyatşünasları arasında
ikitirəlik yaratdı. Fransız F. Makler bu məsələni aydınlaşdırmaq
_________Milli Kitabxana_________
225
üçün 1912-ci ilin fevral ayının 15-də dostu Sundukyana aşağıdakı
məzmunda bir məktub göndərdi: “Mənim əziz və hörmətli usta-
dım, icazə verin Sizdən ədəbi mühitdə olan bir məlumat xahiş
edim. Şübhəsiz, almaniyalı F.Bodenştet və onun ...“Mirzə Şəfinin
nəğmələri adlandırdığı poemalar haqqında eşitmisiniz? 1840-
1850-ci illərdə Tiflisdə Mirzə Şəfi adlı bir şair həqiqətən olmuş-
durmu? Yaxud onun haqqında eşitmisinizmi? Bizim burada onun
haqqında çox az məlumatımız var. Ondan bəhs edən müəlliflər-
dən bəziləri deyirlər ki, Bodenşdet Mirzə Şəfinin şeirlərini tər-
cümə etmişdir. Bəziləri isə bildirirlər ki, bu şeirlərin hamısını
Bodenştedin özü yazmışdır. Mirzə Şəfi adı isə tamamilə xəyaldır.
Mən çox tərəddüd içərisindəyəm, bu qaranlıq məsələnin işıq-
landırılması üçün Sizin böyük xeyirxahlığınızdan bir az kömək
gözləyirəm.
Əziz və hörmətli ustad, mənim səmimi hörmət və hərarətli
təşəkkürümü lütfən qəbul edin” [164].
1937-ci ildən indiyədək ədəbiyyatşünaslarln dönə-dönə xatır-
ladıqları bu məktuba cavab verib-vermədiyi aydın deyildir. Lakin
F.Köçərlinin yeni tipli məktubu bu mühüm məsələni aydınlaşdırır.
Bu barədə F.Köçərli “Tiflisski listok” qəzetinin 1912-ci il 29 mart
tarixli 72-ci nömrəsində “Redaksiyaya məktub” rubrikası altında
gedən bir məqalədə Q.Sundukyanın ona göndərdiyi məktubu çap
etdirmişdir. F.Köçərli yazır: “Martın 10-da mərhum Sundukyandan
aşağıdakı məzmunda məktub aldım: hörmətli cənab Firidun bəy,
icazə verin. Sizi bir iş üçün narahat edim.əziyyət olsa da mənə
bildirin görüm, Sizə Mirzə Şəfi adlı şair məlumdurmu? Onun çap
olunmuş şeirlər kitabı varmı? Əgər varsa həmin kitabı haradan əldə
etmək olar? Bu məlumatı parisli professor bilmək istəyir. Çalışı-
ram onun xahişini yerinə yetirim və bu sahədə Sizə borclu olaram”
[164]... Firudin bəy dövrünün ən istedadlı, ən bacarıqlı ədəbiyyat-
şünası tanındığı üçün ona müraciət edilmişdir.
Mirzə Şəfi Vazehin tədqiqatçısı Akif Bayramov “Mirzə Şəfi
Vazehin ədəbi irsi”monoqrafiyasında XIX əsrin 40-cı illərində Mir-
zə Şəfinin Tiflisdə keçmiş tələbəsi M.F.Axundovun köməyi ilə Tif-
Dostları ilə paylaş: |