182
Gözlüklü ilanlara
yaraşan çeşməyindən.
Kim dayanıb dalında,
xəbərdaram, xəbərdar:
Səni düşünən başa
toppuz kimi vuranlar.
Kimdir səni yemləyən,
xəbərdaram, xəbərdar:
Səni düz yolumuzda
tələ kimi quranlar.
Kimlər fitləyir səni,
xəbərdaram, xəbərdar:
Səni tüpürcək kimi
Təmiz, pak insanların
arxasınca atanlar!
Sən ey nifrətə belə
layiq olmayan xilqət!
Sahibinin əlində
küt alətsən, küt alət!
(“Minsifət”)
X.R.Ulutürkün tənqid hədəfinin təfərrüatlı təsvirinə, real və
təfsilatlı baxım xüsusiyyətinə “Nökər” (1974), “Düşüncələr”
(1978) əsərində daha konkret diqqət yetirilmişdir:
Şöhrətə mübtəla, sərvətə əsir,
Başı qan çanağı, əlləri bıçaq.
Özündən kiçiyi həmişə əzir,
Özündən böyüyə yalmanan alçaq.
(“Nökər”)
Şair tənqid obyekti ilə sadəcə üz-üzə durmur, o, həm də
etirazlarını bildirə-bildirə ona yol göstərir, mühakimələr edir. Həm
göstərmə - əks etdirmə, həm də müdaxilə və münasibət əsasında
həyat, ömür, yaşayış haqqında daxili dialoqlara, düşüncələrə dalır
(“Düşüncələr”, “Gözəl yaşamaq” əsərlərində olduğu kimi):
183
Gözəl yaşamağın tapsan yolunu,
Birdən duyacaqsan: misilsiz, təksən.
Ayağın altında qızıl külçəsi,
Yanmda qəhrəman kəşf edəcəksən.
(“Gözəl yaşamaq”)
Haqsızlığa göz yumanlar öz gözünü oğurlayır,
Zaval görüb lal olanlar öz səsini oğurlayır.
Mübarizə meydanından kim sivişib yayınırsa,
Yavaş-yavaş bu dünyadan öz sözünü oğurlayır.
(“Düşüncələr”)
Şairin, lirik qəhrəmanın ictimai etirazları asan başa gəlmir;
ictimai etirazlar gücləndikcə ona qarşı müqavimət də artır:
Namərdlərin qarşısında
dağlar kimi durmaq gərək!
Bu dünyada ən çətin iş – saf yaşamaq,
mərd yaşamaq!
Bəzən şərəf bayrağım
tək daşımaq!
Qara bir əl evimizdən
Ağ günləri almaq istər.
Bu kainat komamıza
qəm kölgəsi salmaq istər.
Soruş kimdir?
üzü bozlar,
Yarımdüşmən, yarımdostlar.
İnsanların gör nə qədər
növləri var.
Ən iyrənci simasızlar...
(“Mənim polad körpülərim”)
Lirik qəhrəman öyrədir ki, həyat müqavimətləri nə qədər
çoxalırsa, insan öz etirazlarında bir o qədər səbrli, qətiyyətli və
mübariz olur (“Sarsılma”, “Sənin qüdrətin” (1977) şeirlərində
olduğu kimi):
184
Bəs sən nə bilmisən? Qaymaqmı həyat?
Zahıya verilən quymaqmı həyat?
Burda ildırım da, sıldırım da var,
Həyata yaraşır sarsılmayanlar.
Bəs sən nə bilirdin, elə bilirdin,
Həyat şərbəl dolu qızıl kuzədir?
Xeyr. Bambaşqadır onun düsturu
Beşikdən qəbrəcən mübarizədir!
(“Sarsılma”)
X.R.Ulutürkün ictimai etirazları gah lirik təhkiyədə, gah da
lirik-patetik, lirik-publisistik intonasiyada ifadə olunur. Belə
müxtəliflik təbii olaraq, lirik qəhrəmanın gah narahat, çılğın, gah
da müdrik, sakit təbiətindən irəli gəlir. O, etirazlarında həmcinsinə
nifrətlə yanaşmır, ona etiraz etməklə, əslində öz məmnunluğunu,
rəğbət və şəfqətini ifadə edir. O, insaniyyətliyi təbliğ və tərbiyə
etməklə bəşəri ləyaqəti, məhəbbəti düşünür:
Üz-üzə durmuşuq. Görək kim kimi?
Hədəf bir. Məqsədlər başqadır lakin.
Mənim silahımdır sənə məhəbbət,
Sənin silahınsa yırtıcı bir kin.
(“Üz-üzə durmuşuq”)
Lirik qəhrəman haqsızlığa, ədalətsizliyə, ləyaqətsizliyə etiraz
edəndə də mənən yetkinləşir, kamala, səbata dolur:
Nadanı, nakəsi başda görəndə
Əsla sustalmasın əlin, ayağın.
Bir az da ucalsın dumanda, çəndə
Sənin qüdrət dağın, ləyaqət dağın!
(“Sənin qüdrətin”)
Şairin, lirik qəhrəmanın tənqid hədəfləri kimlərdir: “minsifətli
insanlar”, “yüzünə yalmanan savadlı nökərlər”, “vəzifə başında
dahiləşənlər”, “bircə üskük şöhrət üçün sinov gedən, yerikləyən,
ayaq öpən, vəzifəni gözlərinə təpənlər”, “qorxaqlığı, əfəlüyi
ürəyini basıb yeyən-
185
lər”, “xəsislər, dargözlər”, “başda görünən nakəslər, nadanlar”,
“kişiliyini itirib qadın hesabına yaşayanlar”, orda-burda girlənən
“millət mücahidləri” və başqaları. Akad. B.Nəbiyev yazır: “Xalq
səadətinə biganələr, simasızlar, böyük ideallardan uzaq düşənlər ...
Xəlil Rza poeziyasının başlıca qəzəb və ifşa obyektidir:
Ziyasız “ziyalı” necə yazıqdı,
Sənətsiz “sənətkar” - yazda yağan qar.
Axırına çıxdı, evini yıxdı.
Aldı sağlığını saxta sağlıqlar.
Ürəksiz, beyinsiz qafillər xumar,
Hay salan, küy salan necə bifərdi
Tərif kölgəsində daldalananlar
Ön cəbhədən qaçan fərarilərdi. {146, s. 7} Lirik qəhrəman
antipodları, obıvatelləri güclü kinayə və sarkazmla, tənqid və ifşa
pafosu ilə damğalayır. O, tənqid hədəflərini təkcə öz mövqeyi ilə
deyil, başqa subyektlərin vasitəsilə də ifşa edir, ictimai
yaramazlıqlar həm də onların öz dili ilə verilir:
Orda-burda girlənir millət mücahidləri,
Əslində sağalmayan illət mücahidləri.
Biri deyir: - Daldayıq. Gör nə qədərdi nadan.
Biri deyir; - Seçmir el hələ ağı qaradan,
Biri deyir: - Çoxdur qurd, azdı quran, yaradan.
(“Millət mücahidləri”)
X.R.Ulutürk doğma ana dilinə, millətin ərazi-mənəvi birliyinə
xor baxanlara, İran, rus şovinizminin “ayır-buyur” siyasətlərinə
qarşı kəskin mövqedə dayanır, vətənpərvər şair missiyasını güclü
ifadə edir (“Laylam mənim, nərəm mənim (1961-79), “Xiyabani
yurdunda” (1975), “Yaxşı ki bu yurdun balasıyam mən” (1978),
“Mən -Azərbaycanam” (1979):
Dostları ilə paylaş: |