193
san” (1969), “Tələsin insanlar, gecikin insanlar” (1969),
“Sağlığında qiymət verin insanlara”, M.Arazın “İnsan monoloqu”,
H.Arifin “İnsan” “N.Hikmət”, Ə.Kərimin “Heykəl və heykəlin
qardaşı”, B.Vahabzadənin “Dayan, insan” (1970), “İnsan ömrü”,
F.Qocanın “Adi insan”, “Mən torpağam”, “İnsan” və başqa
səciyyəvidir.
X.R.Ulutürk realizminin romantik uçuş qanadları var.
“Romantik keyfiyyət, romantik üsul, romantik manera yalnız
romantizmə aid olmayıb, ümumiyyətlə, bədii yaradıcılığa xas olan
ümumi estetik keyfiyyətdir” [130, s.99]. M.Müşfiq
romantikasından yazanda prof. X.Əlimirzəyev onu qeyd edirdi ki,
daxili hərarət, xüsusi vüsət, əlvanlıq, emosionallıq, ideal və qayə
həm də romantika üçün səciyyəvi keyfiyyətdir [51, s.90]. Daha
lakonik desək, X.R.Ulutürk romantikası da şeirlərinin xüsusiyyəti,
qəlibi, ruhu ilə bərabər, mühitin şairə verdiyi əhvali-ruhiyyədən,
ictimai-siyasi haqsızlıqlardan da irəli gəlirdi. Bu romantika həm də
şairin ictimai idealları, milli taleyi ilə əlaqəli olmuşdur:
Başımın üstündə ağappaq bulud,
Bilmirəm yelkənmi, ya bir cüt qayıq.
Deyir: - Xəlil Rza, gəlmisən, sağ ol,
Qalx uçaq, biz sənin qanadlarınıq.
(“İlham qaynağım”)
Xəlil Rza Ulutürk yaradıcılığına əkslik fəlsəfəsi həyatın
özündən gəlir. Lirik qəhrəman daxili müvazinətini də onda görür.
“Heç bir zaman sarsılmaz öz içindən güc alan”:
Sevsən...
biləcəksən nədir bu cahan?
Dolanmaq, sürünmək, yaşamaq nədir?
Ən gözəl yaşamaq əslinə baxsan
Gözəllik uğrunda mübarizədir
Gözəllik aləmin genişlənəcək,
Almasdan bahalı şeh görəcəksən.
194
Sevincdən dəyərli insan kədəri
Qılıncdan kəsərli ah görəcəksən.
(“Hər şeyin yaxşısı”)
Nə cür yalayırsan tüpürdüyünü,
Lənət dediyini alqışlayırsan.
Dünən bu həyatdan süpürdüyünü
Bu gün bəzəyirsən, naxışlayırsan.
Lənət dediyini alqışlayırsan.
(“Mərdlər və dərdlər”)
Əksliklərin birliyi X.R.Ulutürk poeziyasında mahiyyətdir.
Həmin fəlsəfi ikilik (dualizm) şairin poeziyasında güclü çalarlarla
bədiiləşdirilmişdir. Tanrının yaratdıqlarında ehtiva olunan ikilik
xeyir-şər, yaxşı-pis, axşam-səhər, işıq-qaranlıq, haqq-nahaqq,
ölüm-həyat kimi əbədi olanlar X.Rza poeziyasında da ifadə
etdirilir. Nizami, Füzuli, Nəsimi, H.Cavid, Sabir, Vurğun, M.Araz,
B.Vahabzadə, Ə.Kərim, C.Novruz, N.Həsənzadə kimi Xəlil Rza da
“Sarsılma”, “Ömür”, “İgidlər, dahilər”, “Babək”, “Nizami”, “Sən
mənə bir silah verdin” və başqa əsərlərində həmin əksliklərin
parlaq nümunələrini yaratmışdır:
Hansı vaxt asanca doğubdur işıq,
Hansı vaxt zülmətlə çarpışmamışıq.
(“Sarsılma”)
Bəlkə elə əbədidir bu dünyada Xeyirlə Şər,
Təzadları qıra-qıra özünə yol açır bəşər.
(“Sən mənə bir silah verdin”)
Beləliklə, 80-ci illərin poeziyası X.R.Ulutürkün mənəvi-
psixoloji aləmi ilə daha çox bağlı olduğundan onu məqam və
məramın poeziyası kimi səciyyələndirmək olar.
Xəlil Rzanın “Taparam səni” [229], “Ömürdən uzun gecələr”
[245], “Hara gedir bu dünya” [252], “Daşdan çıxan bulaq” [261],
“Məndən başlanır Vətən” [271] kitabları 80-ci illərdə nəşr
olunmuşdur.
Həmin illərdə diqqəti cəlb edən poetik özünəməxsus-
195
luq ilk növbədə mövzuların şairi ciddi narahat edən problemlərlə
bağlı mənəvi-psixoloji düşüncələrdən başlanğıc almasıdır. Həmin
mənəvi-psixoloji ideyalar mövcud ictimai quruluşun təzadlarından,
insanların həyat, yaşayış tərzindən, onların varlıqları ilə bağlı olan
mənəvi-psixoloji naqisliklərdən irəli gəlmişdir. 80-ci illərin
əsərlərində ictimai etiraz, mövcud haqsızlıqlara, ədalətsizliklərə
qarşı dayanmaq, mübarizlik, inqilabçılıq əhvali-ruhiyyəsinin
təzahürü sənətkarın lirik qəhrəmanı üçün əsas olmuşdur. Bu
əsərləri bir məcrada birləşdirən ümumi bir bədii keyfiyyət
poeziyasında məqam və məramın daha ciddi inikas etdirilməsidir.
Bunun mənbəyi şairin özüdür, onun şəxsiyyəti, mənəvi
bütövlüyüdür.
80-ci illərin əsərlərində vahid bədii üslubun inkişafı aşkar
görünür. X.R.Ulutürk 80-ci illərə qədərki əsərlərində, əsasən, lirik-
epik üslubda cəmiyyətə, ictimai quruluşa baxış etmişdirsə, 80-ci
illərin əsərlərində cəmiyyətə qarşı üsyankar, inkarçı şair
mövqeyinə görə onun lirik-epik üslubuna güclü bədii publisistika
imkanları və patetik intonasiya çalarları daxil olmuşdur. Xəlil Rza
Ulutürkün ictimai etirazları 80-ci illərin poeziyasında bir məqama,
bir mərama doğru tuşlanır; əsasən, bəşəri humanizmin ifadəsi, rus
sovet və beynəlxalq imperializmin ifşası, milli hərəkatların təsvir
və tərənnümü. Bu baxımdan 1980 -1990-cı illərin poetik
əsərlərində səciyyəvi üslub, yaradıcılıq xüsusiyyətləri vardır.
Ümumən, humanizmin tərənnümü, antihumanizmin ifşası şairin
lirikasında zəngin təsvir və intonasiya çalarları doğurmuşdur.
“Ömürdən uzun gecələr” kitabında vətəndaşlıq, milli ləyaqət,
bəşəri ideallar və humanist duyğuların tərənnümü ön plana
çəkilmişdir. “Mayakovski işığında” başlığı altında toplanan
şeirlərdə daha çox satirik ruh hakimdir. Həyatı təsdiq və
tərənnümlə yanaşı mənfiliklərə qarşı ciddi etiraz, qəzəb və hiddət
pafosu bu əsərlərdə mühüm yer tutur. Başlıcası budur ki, Sabir,
Mayakovski, S.Vur-