190
Əsərdə fəlsəfi mənalandırma genişdir: “Daşlar parçalanıb, sınıb,
ovulub, Ciyərlər dağlayan hönkürtülərlə. Dodaqla öpülüb, gözlə
öpülüb, Ağaclar göyərib həsrət yerinə”. Şairə görə dünyəvilik,
daimi yaşantı hər kəsin öz əlindədir. Yalnız öz fəaliyyəti,
xidmətləri onu yaşada bilər: “Ölən öz-özünü yaşatmayırsa, onu heç
bir qüvvə yaşada bilmir”. Yer, torpaq var ki, dərd, qubar gətirir.
Yer də, torpaq da var ki, şöhrətə dönür! Bu şöhrət torpağa düşən
məzarlara görədir; məzar var mamır, yosun basır, məzar da var...
Nizami, Sabir torpağın qoynunda xəzinə olub! Şairin gəldiyi fəlsəfi
qənaət belədir: “Tarix ölməzləri yetirənlərin göstərdiyi yolla
gedib... gedəcəkdir”.
“Cahana sığmayan şair” Nəsiminin yubileyi münasibətilə
yazılmışdır. Fəlsəfi qənaət budur ki, dünya sədəfdirsə, insan onun
gövhəridir. O, insan kimi yaşayanda, kamilləşəndə Tanrıya
yaxınlaşır. Dünya yalnız ruh, ağıl və hikməti olanındır. “Sultanlara
qalmadı yox, Nəsimiyə qaldı Dünya!”
“Kentavr” kimi şeirlərdə başlıca fəlsəfi qənaət “Cahana
sığmayan şair” şeirinin davamıdır: dünyanın cövhərində, fitrətində
işıq dayanır. Yalnız ağıl və idrakın işığı insanı kamilləşdirə,
Tanrıya yaxınlaşdıra bilər!
“Düzlük” əxlaqi-estetik dəyərlərlə aşılanmış şeirdir. İnsan
ömrünün mənəvi-əxlaqi dəyərləri ülviləşdirilir. Həmin ülviyyətin
daşıyıcısı lirik qəhrəmandır. O özü ilə dünya arasında bağlar arayır,
əzəmət və vüqarını təcəssüm etdirmək üçün tapıntılara cəhd edir:
Körpə uşağa da bircə soyuq söz,
Bircə kəlmə desəm qeyri-səmimi,
Elə bil düzlüyün polad əlləri
Köksümdən qopardar ciyərlərimi.
Lirik qəhrəmanda ən qiymətli xəzinə - əxlaqi dəyər təmiz
yaşamaqdır, düzlük və ləyaqətdir:
Görünür, dünyada təmiz yaşamaq
Çörəyim, suyumdur, havamdır mənim.
191
Paxır götürməyən düzlük, açıqlıq
Sarsılmaz qalamdır, yuvamdır mənim.
Sevirəm qasırğa, tufan içində
Kişi yerişini əyməyənləri
Hətta zirzəmidə gün keçirsə də
Saflığı gül kimi iyləyənləri.
“Silkələnmə” şeirində fəlsəfi-əxlaqi dəyər ifadə olunsa da,
fikirlər bədii forma tutumuna, obrazlılığa zəif daxil olduğundan
güclü təsir bağışlamır, X.R.Ulutürk yaradıcılığından aşağı
səviyyədə görünür.
Poeziyada “od” mövzusu bir silsilə təşkil edir. 50-ci illərdən
başlayaraq “daş”, “od” obrazları poeziyada intensivləşmişdir.
“Poeziyanın “daşlarla” görüşü Əli Kərimin “Daş” şeiri ilə
başlamışdır. Sonralar “daş” xüsusən fəlsəfi lirikada yayılmış, ötən
poeziya ilinin səciyyəvi bədii detalına çevrilmişdir” [99, s.38].
“Od” və “daş” mövzuları M.Araz, H.Arif, Ə.Kərim, R.Rza,
F.Qoca, İ.İsmayılzadə, Ə.Kürçaylı poeziyasında fərdilik tapmışdır
(F.Qoca “Tanış səslər”, M.Araz “Daş qartal”, “Ərim gəldi qayası”,
“İnsan qayalar”, “Ağlayan qayalar”, H.Arif “Daş ürək”,
İ.İsmayılzadə “Od”, Ə.Kürçaylı “Daşlar” silsiləsi və s.).
X.R.Ulutürkün “Günəşi içənlərin türküsü”, “Sarsılma”,
“Yanardağ”, “Mərdlik məktəbi”, “Mən diplomat deyiləm”, “Od”
kimi əsərlərində “od” poetikləşdirilmiş-dir. Həmin şeirlərdə Od -
vətən, şüur, məfkurə, vətəndaş, yanğı, sevgi anlamlarında
mənalandırılır; “od” və “daş” mövzuları tarixə, dünyaya, yaradana
fəlsəfi, simvolik baxışdır. “Günəşi içənlərin türküsü”ndə
N.Hikmətə söykənən şair Şuşada, Daşaltıda müşahidə etdiyi
Günəşi, onun tanrısal nurunu poetikləşdirir. “Yanardağ” əsərində
hər şeyin təbiətində od dayandığını ifadə edən sənətkar odu çıxış
nöqtəsi kimi alaraq, Vətənimizin, tariximizin ilkinliyinə üz tutur,
mühakimələr yürüdür. Bizi odumuza-oca-
192
ğımıza tapındıraraq mənalandırır ki:
Deyirəm dünyanın özəyi oddur,
Bəlkə buna görə tab etmədi buz.
Bəlkə buna görə bizə bu qədər
Əzizdi, doğmadı Odlar yurdumuz.
“Yanardağ”ın ideyasında Vətən və onun tarixi keçmişinə “od”
misalında fəlsəfi baxış vardırsa, “Mən diplomat deyiləm”,
“Mərdlik məktəbi” şeirlərinin məzmununda “od” lirik qəhrəmanın
varlığı təsirini bağışlayır. Yəni lirik qəhrəmanda təcəssüm olunan
“od” qanını dolaşan çınqı, qələmin ucundakı işıq, dəmirçi
zindanından qopan qığılcımdır. “Od” lirik qəhrəmanda yanmış
ciyərdir, kirpiklə açılan səhərdir, gecədir, tufanlar qoynundakı
addımlardır, göz nurudur, oğullara qalan dədə qürurudur,
qaraqartımış çaxmaq daşını yaran toxumdur, Babəkin qaldırdığı
bayraqdır, Füzuliyə od vuran “Baba-Gurgur”un simvoludur,
rəmzdir. Lakin:
Günəşin də işığı yetə bilməz dadına
Kişinin öz varlığı əgər şölə saçmasa.
Od, səmimiyyət insanın fitrətindən gələndə yalana, riyaya yer
qalmır. Buna görə də “dahi ozanları yetirən bir xalq diplomat
ozanlar yetirməyibdir”:
Gəlin, alqış deyək büllur fitrətə,
Mən də bir günəşəm, qaram, yağışam.
Bəşər can atırsa, səmimiyyətə,
Mən o səadətə çoxdan çatmışam.
“Od” “Mən diplomat deyiləm”, “Mərdlik məktəbi” şeirlərindəki
ideyanın davamı, inkişafıdır: Ürəyi, zəkası nur saçanları tufan da,
səmum da söndürə bilməz!”.
XX əsr Azərbaycan poeziyasında əsasən 60-cı illərdən
başlanğıc götürən İnsan mövzusu geniş planda, orijinal poetik
təsvirdə, zəngin bədii mündəricədə ifadə olunmuşdur. Bu
baxımdan R.Rzanın “Mən insanam” (1957), “Vaxt var ikən”
(1961), N.Həsənzadənin “Cavabdehəm”, “Ata sərvəti”,
C.Novruzun “İnsan himnləri”, “İnsan, in-
Dostları ilə paylaş: |