202
xüsusiyyət idi kı, bu da xalqda milli-məfkurəvi şüurun, azadlığa
olan meyllərin güclənməsi ilə əlaqədar olmuşdur. Xəlil Rza dərk
edirdi ki, “hamıya “bərabərlik”, “xalqın rifahı naminə”, “hər
kəsdən əməyinə görə, hər kəsə tələbatına görə”, şüar və
plakatlarıyla pərdələnən “sosializm” cəmiyyətində əslində
haqsızlıqlar, ədalətsizliklər, zəifi istismar, mövqedən sui-istifadə,
vəzifəpərəstlik, şöhrətpərəstlik xəstəlikləri günbəgün artır, çayır
kimi çoxalıb cəmiyyəti bürüyür. Buna görə də şairdə mövcud
mühitə qarşı etiraz güclənirdi. “Çaylarımız”, “Dördlüklər”,
“Ürəyindən istə mükafatını”, “Dincəliş”, “Qorxu”, “Məmməd
Araza” və başqa əsərlərində naqis cəmiyyətin yaramazlıqlarına
qarşı mübariz şair “Mən”i dayanırdı.
Xəlil Rza Ulutürkün milli intibahla ehtiva olunmuş mənlik
şüurunda mənəvi dəyərlərin mizan və meyarı kimi İnsanın
tərənnümü mühüm yer tutur. Bu, Vətən əxlaqının tərənnümüdür.
Bu, elə bir ləyaqətdir ki, bütünlükdə şairin “iç” dünyasına
çevrilərək, onu əhatə edən ictimai dəyərsizliklərin inkarı uğrunda
mübarizəyə qaldırmışdır. Bu ləyaqət bir fərdin ləyaqəti deyil, bütöv
bir millətin, Vətənin boyuna “biçilmiş” şair idealıdır. Bu elə bir
ləyaqətdir ki, şairin, mövcud “Mən”in timsalında xalqı istiqlal,
müstəqillik məfkurəsinə doğru aparır. Bu ləyaqət istismar
dünyasındakı bütün ləyaqətsizliklərin doğurduğu, boy verdiyi
ləyaqətdir! Belə bir mənəvi müqəddəslik şairin zəngin bədii
yaradıcılığının mayasına, cövhərinə çevrilir. Bu baxımdan
“Əyilmə”, “Rastlaşma”, “Qəhrəmanlıq”, “Qorxaqlar, cəsurlar”,
“Qürur mənim, qəm mənim”, “Gözəl yaşamaq”, “Həqiqət”, “Geri
qaldım”, “Kor”, “Təbrizim mənim”, “Qorx, qorxma”, “Sağlıq,
yaxud vəsiyyət”, “Simasız”, “Kişilər”, “Şəlalə kibi”, “Min bir
dərdin dərmanı”, “Məmməd Araza”, “Ləyaqət”, “Hər şeyin
yaxşısı”, “Mərdlər və dərdlər”, “Düzlük”, “Məsləklə yaşayanda”,
“Saçlara dən düşür”, “Nə qədər ki
203
macal var” şeirləri səciyyəvidir.
“Əyilmə”, “Rastlaşma”, “Qəhrəmanlıq” əsərlərində insan
ləyaqəti kimi mərd yaşamaq; “Qorxaqlar, cəsurlar”, “Min bir
dərdin dərmanı” şeirlərində əxlaqi-mənəvi dəyər kimi cəsurluq;
“Qürur mənim, qəm mənim”, “Gözəl yaşamaq” şeirlərində qürur,
mənlik, gözəl yaşamaq bacarığı, dəyanət; “Həqiqət” şeirində
həqiqətin ən böyük yaradan olduğu, yalana nifrət, haqqa, ədalətə
qiymət, ona çağırış, “Kor” şeirində Füzuliyə qiymət; “Qorx,
qorxma” şeirində millətin, insanların tərbiyəsinə xidmət edən
qorxmazlıq, cəsurluq, ucalıq, Azərbaycan çörəyinin dadına, duzuna
layiq olmaq amalı, “Sağlıq, yaxud vəsiyyət” şeirində R.Rza,
Ə.Kərim sayağı qəbri üstünə Vətənin Arazından götürülmüş bir
ovuc su çiləmək vəsiyyəti, rəhmət diləmək isteyi, “Simasız”,
“Kişilər” şeirlərində əxlaq və tərbiyənin mənbəyi kimi kişilik,
mərdlik, təfəkkür azadlığı, “Şəlalə kibi” şeirində kişilik istedadı
olan cəsarət; “Məmməd Araza” şeirində vətənə, cəmiyyətə borcunu
ödəmək; “Ləyaqət” şeirində əməyə istinad edərək, vətəndaşlıq,
şəxsi-ictimai borc, insan ləyaqəti və qayğılarına, fədakar əməyə,
insan taleyinə, milli adət-ənənələrə, əxlaq normalarına qayıdış,
“Hər şeyin yaxşısı” şeirində gözəllik uğrunda mübarizə, öyüd-
nəsihət; “Mərdlər və dərdlər” şeirində sözübütövlük, alicənablıq;
“Düzlük” şeirində həqiqət uğrunda gündəlik, güzəştsiz mübarizə,
“Məsləklə yaşayanda” “Saçlara dən düşür” şeirlərində məslək; “Nə
qədər ki, macal var” şeirində yaxşılıq kimi fikirlər qaynağı ifadə
olunmuşdur. Belə əsərlərdə “içdən” gələn “Mən” yanğısı çoxqatlı
mətləbləri, sosial-mənəvi dəyər və naqislikləri özündə birləşdirirdi.
Prof. Y.Qarayev demişkən, “bədii təfəkkürün axarı İnsanı,
Dünyanı, Zamanı vəhdətdə dəfk etməyə kömək göstərən sosial-
fəlsəfi axtarışların məcrasına doğru yönəlirdi” [118, s.43].
X.R.Ulutürkün 80-ci illər əsərlərində də İnsan obrazı davam
etdirilmişdir (“İnsanlığı düşünürəm” (1980);
204
“Borcluyam” (1981). Şair mücərrəd-fəlsəfi olaraq insan və insanlıq
haqqında mühakimələr yürüdür. İnsan təzadların, mühitin özündən
“doğulur”:
Bir yanda Ovsensim - bəşər tabutu,
Bir yanda Fərqanə - bahar qoxulu.
İnsan - kainatdan min dəfə ulu,
Timsahdan, əqrəbdən qat-qat qorxulu.
(“İnsanlığı düşünürəm”)
X.R.Ulutürkün İnsanı (bədii obrazı) o insandır ki, ictimai etiraz
məqamlarından güc alır, yetişir, yetkinləşir:
Çoxdan borcum var mənim hər gülə, hər gülzara,
İllah ki, məğrur, cəsur, qəlbi nur insanlara!
Şanlara, ad-sanlara heç bir məhəl qoymadan
Qandallar qıranlara, ehkamlar qıranlara!
(“Borcluyam”)
Şairin İnsan obrazı, mənəvi eybəcərliklər, dəyərsizliklər
prosesində boy verir, buna görə də o, ictimai haqsızlıqlara çəpər
kimi görünür; X.R.Ulutürkün ictimai etirazları açıq-aşkar, birbaşa
təzahürünü 80-ci illərin əsərlərində göstərir:
Hazırın naziri var, hər şeyi də ovcunda,
Onlar yaşar həyatla ölümün ayrıcında.
Bu mərdlərə borcluyam.
Özündən - qat-qat, yekə təpəgözlə döyüşən
İgidlərə borcluyam.
Mən onlara dəmirdən qanad olmaq istərəm.
Şirindirsə uğrunda Fərhad olmaq istərəm
Düşsələr dara, bəndə
Dünyanın sinəsində fəryad olmaq istərəm.
Tunc maneə görsələr, polad olmaq istərəm.
(“Borcluyam”)
X.R.Ulutürkün İnsanı yalnız müsbət idealın, mərd insanın
obrazı deyil: o, insana ümumiləşdirici, təfərrüatlı diqqət yetirir.
Oxucu hiss edir ki, bu insan sanki folklordan, xalq
qəhrəmanlarından üzü bəri mənəvi-əfsanəvi