205
dəyərlərdən güc alır, onların sehrini özündə təcəssüm etdirir:
Borcluyam saniyənin cövhərini sıxana,
Ölümün qucağına atılıb sağ çıxana,
Yeddi ildırım ikən bir buludda çaxana,
Yetmiş iki nəhr ikən bir məcrada axana.
Mərd ikən... dara düşən... nə dinən, nə bağıran,
Dadına heç kəsi yox, mənliyini çağıran
Mətinlərə borcluyam.
(“Borcluyam”)
İnsan mühitə, varlığa bağlı olduğundan tarixi borc və
məsuliyyət hissindən qaça bilməz. X.Rzanın humanist görüşlərində
bu, əxlaqi keyfiyyətdir:
Borcumu vermək üçün
Dağ qaldıran fəhləyəm... Dərdliyəm, fərəhliyəm,
Borc ödəmək uğrunda mən bir can məşəliyəm.
Borclu ölsəm, dünyaya təzədən gəlməliyəm.
(“Borcluyam”)
X.R.Ulutürkün vətənpərvərliyində, humanizmində İnsan obrazı
əlahiddə olaraq, “Kişi” səciyyəsi ilə də əlamətdardır. Kişi obrazı
şairin yaradıcılığında tutumlu ideya və fikir qaynağıdır. “Başıaçıq
dayanan kişi” (1980), “Könlümlə söhbət” (1980), “Qorxaqlar,
cəsurlar” (1980), “Kişilərə arxalanaq”, “Göylərdən gələn kişi”
(1980), “Bəs niyə susdun?”, “Qədir-qiymət” (1983), “Məndən
başlanır Vətən” (1983), “Şöhrət” (1984), “Sarsılma, qardaşım”
(1984) əsərlərində obrazlaşan kişilik geniş mənada mənəvi-vicdani
oyanışdır.
Şair göstərir ki, kişiliyin əsası doğruya, həqiqətə arxalanmaqdır,
haqq yolunda bağrı yanmaqdır, dindir, inancdır, Boz qurddur,
öygüdür, kişilik sal qaya, ulu dağlardır! (“Kişilərə arxalanaq”).
Səmimiyyət kişiliyin rəhmidir. İnsan həm də öz “içinə”
özündən baxmalı, özünü sərəkli bilməlidir. Onda in-
206
sanın böyük olduğuna şübhə yeri qalmır:
Hamı gözləyir ki, çıxsın ortaya
Yeni bir qəhrəman, müdrik bir dədə.
Xeyr! İgidliyi gəzmə uzaqda,
Özünsən Koroğlu, Şah Xətayi də
(“Könlümlə söhbət”)
İnsan obrazı şairin humanist və vətənpərvərlik görüşlərindən
sıyrılmış şəkildə deyildir; onlarla vəhdətdə, əlaqə və
münasibətdədir, tamda fərd, fərddə tam kimidir. X.R.Ulutürkü
müəyyən mənada mənəvi tənhalıq şairi, şeirlərini isə tənhalığın
poeziyası da adlandırmaq olar. “Qüvvətli, böyük İnsan ideyası”
Y.Qarayev demişkən, onun hər bir ciddi əsərinə aiddir.
X.R.Ulutürkün humanizmində, vətənpərvərliyində rüşvətxorluq,
vəzifəpərəstlik, məddahlıq mövzusu güclü tənqid hədəflərindəndir.
Şair rübailərindən birində yazır:
İlbiz işıldayar, nur yaya bilməz,
Rütbə düşkünləri parlaya bilməz.
Yalnız stolunu qoruyan gəda
Xalqın şərəfini qoruya bilməz.
Müzür ünsürləri, vəzifəpərəstləri tənqid X.R.Ulutürk
yaradıcılığında həcv, sarkazm, pamflet ilə daha çox müəyyənləşir.
Şairin tənqidi yüngül, güzəştli tənqid deyildir, konkret, ünvanlı
olub güclü ümumiləşdirmə keyfiyyəti olan tənqiddir. Bu baxımdan
“Sən neçin tutmusan bu vəzifəni” (1980), “Sən inanma
məddahlara” (1986), “Türk sözündən qorxan gəda” (1986),
“Vəzifə ölüsü” (1987) şeirleri diqqəti cəlb edir. Bu əsərlərdə
vəzifəpərəstliyin səciyyəvi xüsusiyyətləri real ifadəsini tapmışdır:
Demək, hörmət sənin, şan-şöhrət sənin,
Təzə süd, təzə bal, təzə ət sənin.
Bağ sənin, ağ “Volqa”, eyş-işrət sənin,
Kafelli, mərmərli səltənət sənin
Sifarişlə hürən neçə it sənin,
Bərkdən çal zurnanı, qızdır dəfini, -
207
Bununçün tutmusan sən vəzifəni!
(“Sən neçin tutmusan bu vəzifəni”)
Şairin antihumanizminin əlamətlərindən biri də satqınlıqdır,
Şair bunu millət üçün bəla hesab edir, onun səbəblərini saxta
şöhrətdə, ad-sanda, vəzifəpərəstlikdə görür (“Satqın”, 1980). Şair
antihumanizmin xüsusiyyətlərindən olan qorxaqlığı da vətən və
vətəndaş əxlaqının mənəvi aşınmalarından hesab edir, nəticə
etibarilə o, milli idealı da korşaldır:
Baxar kor kimidir qorxaq həyatda,
Min günəş doğsa da, köməyi olmaz.
Gözüqıpıq yurdun, ağciyər elin
Yalnız yemi olar, mənliyi olmaz!
(“Qorxaqlar, cəsurlar”)
Nadanlıq, eybəcərlik, buqeləmunluq və təslimçiliyin ifşası
“Palıd gövdəsində” (1980), “Qalan sənətdir ancaq” (1980),
“Təslimçilik” (1980), “Buqələmun” (1980) əsərlərində tutarlı
tənqid edilmişdir. Şair ikiüzlülüyü, saxtakarlığı, bədxahlığı,
etinasızlığı, məddahlığı mənəvi eybəcərliyin, antihumanizmin
xüsusiyyətlərindən hesab edir (“Xeyirxah yolunda”, /1980/; “Susa-
susa” (1980); “Bir dosta açıq məktub” (1980); “Süpürgəçi və şair”
(1981); “Şerbaz” (1982); “Mən sənə güvənirdim” (1987).
X.R.Ulutürk mənəvi eybəcərliyə, antihumanizmə qarşı
humanist qayə və məramları qoyur. “Göylərdən gələn kişi” (1980)
əsərində vətəndaş qayəsini poetikləşdirən sənətkar ictimai
naqisliklərdən, davam etməkdə olan zülmkarlıqdan qəzəblənir,
milli dəyərlər itəndə tarixi öndərləri xatırlayır. Vətəndaşlıqda milli
vicdanı oyadış yüksək mənəvi-əxlaqi ləyaqət və ənənə kimi
ideyalanır:
Fəqət sönməz, qaralmaz xalqın, haqqın vicdanı -
Şah İsmayıl Xətai, Xiyabani, Ərani.
Şərəfsizlik, vicdansızlıq şair nəzərində mənəvi varisliyin
kəsilməsi, “zati-qırıqlığın” yaranmasıdır, bu isə mil-
Dostları ilə paylaş: |