58
təkrarsızlığına, Azərbaycan dilinin saflığını qorumağın
zəruriliyinə... gətirib çıxarmışdır” (Mənbə: Bax., B.Nəbiyev.
“İstiqlal şairi”, B., Elm, 2001, s.25).
Şairin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I
katibi Heydər Əliyev yoldaşa 9 oktyabr 1969-cu il tarixli
məktubundan: “Azərbaycan dilinin təsir dairəsini genişləndirmək,
milli simasını itirmişlərə qarşı amansız olmaq, qənimətçilərə,
rüşvətxorlara qarşı mübarizədə əsla güzəştə getmədən döyüşmək...
Sizinlə birlikdə mənim də məramımdır” (Şairin arxivindən. 9
oktyabr 1969) [318].
Millilik Xəlil Rza Ulutürk yaradıcılığının ruhudur, varlığıdır.
Onun insanların şüur və mənəviyyatına təsir göstərən əsərlərini,
ana dili, vətən məhəbbəti, vətənpərvərliklə bağlı “Ata borcu”,
“Ehkamçıya”, “Səttar Bəhlulzadəyə”, “Vətən”, “Xiyabani
yurdunda”, “Yurdum sənin sağlığına”, “Laylam mənim, nərəm
mənim”, “Qoca arxeoloq”, “Mən nəyəm ki, ey Vətən”, “Yetkinləş,
Xəlil”, xalqı mübarizəyə çağırış ruhu ilə aşılanmış “Ayağa qalx,
Azərbaycan”, “Bahar kibi”, “Xalqımın səsi”, folklor qaynaqlarına
bağlı olan “Beşik türküsü”, “Apardı Sellər Saranı”, “Gedər”,
“Əlindən gələni edərsə hər kəs”, ilkinliyə, soykökü söykənən
“Qalx ayağa, Azərbaycan”, “Sən mənim vüqarımsan”, “Saz”
əsərlərini qeyd etmək olar. Onlarca belə əsərlərdə milli şüuru, milli
vicdanı oyadan ideya qaynaqları güclüdür. Həmin ədəbi
nümunələrdə müxtəlif tarixi şərait, sosial mühit müəyyən cəhətləri
ilə bədii əksini tapmaqla yanaşı, xalq psixologiyasını,
mənəviyyatını, milli dil və ənənə xüsusiyyətlərini də qabarıq
təzahür etdirir.
Zəngin folklordan, klassik poeziyadan, “Əkinçi”, “Kəşkül”,
“Molla Nəsrəddin”dən üzü bəri dil məsələsi həmişə vacib
problemlərdən olmuşdur. C.Məmmədquluzadənin məşhur
“Azərbaycan”, “Meymunlar”, Əliqulu Qəmküsarın “Qatış-bulaş”,
Ö.F.Nemanzadənin “Dərya-
59
dan qətrə”, “Yazımız, dilimiz, ikinci ilimiz”,
Y.V.Çəmənzəminlinin “Milli və mədəni işlərimiz”, “Kiyevdə
“Müsavat şöbəsi” kimi məqalə və felyetonları doğma ana dili və
vətənçiliklə bağlı ideyaları canlı inikas etdirmişdir. Ölməz
klassiklər ana dilini yaşamaq vasitəsi yox, namus dili, milli varlıq,
həyat dili hesab etmişlər. B.Vahabzadə yazır: “Nədir ana dili?
Anamın dili, atamın dili, ulu əcdadımın dili, Dədəm Qorqudun boy
boylayıb, soy söylədiyi dil! Məni Nəsimimə, Füzulimə, Sabirimə
bağlayan, ulu keçmişimi bu günümə, sabahıma calayan min illik
mədəniyyətimizin xəzinəsi, Babəkimin, Koroğlumun,
Səttarxanımın üsyan səsi, Ana Kürümün, Xan Arazımın nəğməsi,
mənim milli varlığım, bəxtiyarlığım, sərvətim, qeyrətim,
Anadilim!”[311,s.89].
Xəlil Rzanın milli mənlik şüur və məfkurəsinin ilkin təzahürü
ana dilinə ciddi münasibətlə bağlıdır. Dil məsələsi gah kənardan
dolayısı ilə, gah da daxilən, iç mahiyyətlə ifadə olunmuşdur. Dil
ulu əcdad, Vətən bütövlüyünün, milli varlıq və qeyrət
müəyyənliyinin əsası kimi təbliğ olunmuş, mənəvi-milli
simasızlığa, özülsüzlüyə ciddi etiraz edilmişdir.
Şəhriyar (“Hədyani-dil”, “Türkün dili”, “Heydər baba...”),
B.Vahabzadə (“Latın dili”, “Anamın kitabı”, “Yollar və oğullar”,
“Təzadlar”), S.Rüstəm (“Təbriz”, “Ürəyimi verərəm”), S.Tahir
(“Ana dili”), F.Qoca (“Azəriyəm”), S.Rüstəmxanlı (“Sağ ol, ana
dilim”) və başqalarının əsərlərində dil milli varlıq, ruhun və əqlin
birliyi, tarixi mahiyyət, müasirlik və özünüdərk kimi təcəssüm
olunmuşdur.
“1954-cü ildə görkəmli şair M.Şəhriyar “Heydərbabaya salam”
poemasının birinci hissəsini Azərbaycan dilində çap etdirmişdir.
Bu əsər bir tərəfdən azərbaycanlıların öz dili, ədəbiyyatı,
mədəniyyəti, vətənimizə olan münasibətinin poetik inikası idisə,
digər tərəfdən etnik birlik hissini əks etdirməklə bu hissin daha da
dərinləşməsinə səbəb olmuş-
60
dur. Məhz həmin əsərin təsiri ilə Azərbaycan dilində yazmaq meyli
güclənmiş, poemaya yazılmış nəzirə, cavablardan başqa
Azərbaycan dilində bir sıra kitablar nəşr edilmişdir” [146,s.l78].
Cənubi Azərbaycan şairlərindən Ə.Fitrət, İ.Zakir, M.Niknam,
M.Səfvət, B.Azəroğlu, F.Məhzun, Ə.Tudə, M.Çavuşi, H.Nasiri,
M.Gülgün, A.Pənahi, H.Billuri, A.H.Cavad, F.X.Xoşginabi,
İ.Cəfərpur, S.Tahir, Q.Cahani və başqaları da milli azadlıq və
demokratik ruhlu şeirlər yazmışlar.
60-cı illərdə ümumazərbaycan ədəbiyyatının inkişafında yeni
mərhələ olduğu kimi, Cənubi Azərbaycan ictimai-bədii fikrində də
milli özünəqayıdış, milli özünüdərk və folklor ənənələri
güclənmişdir. “H.Məcidzadənin (Savalanın) “Türkcə təranələr”
(1962), S.Cavidin “Azərbaycan dili bilgisindən yazı qaydaları”
(1964), “Azərbaycan folklor nümunələri” (1955), B.Q.Səhəndin
“Sazımın sözü”, M.Fərzanənin “Bayatılar” (1965), S.Behrəngilə
B.Dehqaninin “Azərbaycan əfsanələri” (1965) və başqalarının
kitabları həmin dövrün məhsullarıdır. B.Q.Səhəndin 1965-ci ildə
çapdan çıxmış “Sazımın sözü” poeması “Azərbaycan xalqının milli
şüurunun inkişafında əhəmiyyətli rol oynamışdır... Səhənd İranda
ilk dəfə olaraq, bədii formada türk (Azərbaycan) dili ilə türk
(Azərbaycan) etnosunun tarixi-irsi birliyi problemini bərpa və həll
etməyə çalışmışdır” [142, s. 179-180].
Ana dilinə münasibətin poetik ifadəsi yalnız milli mahiyyətdən,
milli hüquqdan qaynaq, güc almamış, o ümumən, bəşəri sənətkarın
dil haqqında poetik qaynaqlarını öz içinə çəkmiş, ana dilinin
ölməz, əyilməz və bütöv ruhunu dərk olunmuş həqiqət kimi idraki
qavrayışda poetikləşdirmişdir.
Z.Göyalp türk dilini dil birliyi kimi ifadə edərək demişdir:
Dostları ilə paylaş: |