55
san, öz ərizənlə...”.
O vaxt təhlükənin bu dərəcədə qatı olduğunu anlamadığım üçün
bu humanist təklifi qəbul etmədim, məni axıra qədər qorumağa
redaktorun mərdliyi çatmadı və bu il yanvarın 3-də verməyə
məcbur olduğu saxta ömrlə mənim guya “məşğələlərə vaxtında
gəlmədiyimi” “əsas” tutdu, işdən azad etdi. Kafedradan, həmkarlar
və partiya təşkilatından, tələbələrdən xəbərsiz bir növ gizli verilən
bu “saxta” əmrə etiraz ərizəmi partiya özəyinə təqdim etdikdən
sonra mən təmkin və səbr yolunu seçdim. Sizinlə anlaşmağa
çalışdım və ailəmi dolandırmaq üçün “Bi-lik” toplumu xətti ilə
mühazirələr oxumağa başladım...”.
Bundan sonra martın 12-də Yazıçılar Birliyinin V.İ.Leninə həsr
olunmuş açıq plenum iclasında mənim barəmdə dediyiniz
üstüörtülü tənqidi bir cümlə öz karyerası üstündə əsim-əsim
əsənləri təşvişə saldı. Mənim APİ partiya təşkilatına yanvarın 9-da
verdiyim ərizəni yalnız martın 18-də “müzakirə etməyə” başladılar,
buna uyğun olaraq Yazıçılar İttifaqında da martın 25-də mənim
“məsələm” ilə bağlı iclas keçirildi. Əslində “mənim məsələm”
deyilən iş yox idi. Bu qondarma məsələ və gərəksiz iclaslar yalnız
mənim barəmdə sizin tənqidi cümlənizdən sonra başlamışdı.
Buna etiraz olaraq mən işsizlik günlərimdə Dövlət
Təhlükəsizlik Komitəsinə ərizə verməyə məcbur oldum. Ərizədən
üç ay sonra məni qəbul edən DTK başçıları, Ramiz Məmmədzadə
və Maqsud Məmmədov yoldaşlar məni inandırmağa çalışdılar ki,
şübhəniz əbəsdir, DTK sizinlə maraqlanmayıb, əgər belə olsaydı
siz keçən il Türkiyə səfərinə buraxılmazdınız.
Əlbəttə, bu nəzakətli cümlələr məni az inandırsa da bircə şeyə
əminəm ki, əgər doğrudan da Ə.Vəliyevin dediyi kimi DTK
mənimlə maraqlanıbsa, bu maraq fıs çıxıb, başqa cür ola da bilməz.
Ancaq bu maraqlanma mənə baha başa gəlib, yeddi ay işsiz
qalmışam, həyatda ən böyük
56
zövqdən - dərs deməkdən, tələbə-müəllim təmasının verdiyi
səadətdən məhrum edilmişəm, on ildən bəri nəfəsini, qayğısını
duyduğum institut kollektivindən, mənim üçün son dərəcə əziz,
doğma insanlardan ayrı salınmışam. Mənə vurulan zərbə əslində
məndən daha çox tələbə-gənclərin inamına, onların ədalət,
humanist və düzlük haqqında qənaətlərinə vurulmuş zərbə idi...
...Hələ mətbuat dərdləri.... “Ədəbiyyat” qəzetinin redaktoru
bəhanə gətirir ki, senzor sənin şeirlərini buraxmaz, MK-dan izn
almalısan. Sizə üz tuturam. Bildirirsiniz ki, Yazıçılar İttifaqına
müraciət et. Əlbəttə, mən Mirzə İbrahimov kimi adamlara ağız
açmağın faydasız olduğunu bilməyəcək qədər təcrübəsiz deyiləm.
İki il bundan qabaq verdiyim adicə bir yaradıcılıq ezamiyyəti
ərizəsinə hələ də cavab ala bilmədiyim halda, sözünüzü yerə
salmamaq üçün onun stolu qarşısında dayanmağa vadar oldum.
-Bala (?!), sənin şeirlərini İmran Qasımov da oxuyub, bəyənib,
məndən soruşsalar, öz müsbət rəyimi deyərəm, ancaq senzuranın,
MK-nın işinə qarışa bilmərəm...
...Müxtəlif xalqlara və müxtəlif əsrlərə mənsub bu
sənətkarlardan etdiyim tərcümələrin bir qismi mətbuatdan sizə
tanışdır. Az-çox tərcümə dəyərini, ədəbi əhəmiyyətini hələ bir
kənara qoysaq, axı bu qədər çevirmələr hər hansı tərcüməçi,
tədqiqatçı və oxucu üçün hər şeydən öncə böyük bir
beynəlmiləlçilik məktəbidir. Belə bir ağır, şərəfli zəhməti boynuna
götürən, gecəsini gündüzə qatan, səadətini gözlərinin işığından,
ürəyinin alovundan qoparan bu şairin gözdən salınması, yaxud
izlənməsi nə dərəcədə insaflıdır və ya gülünc deyilmi?..
Mən hələ 1962-ci ildə “Ana dili” şeirim üstündə Vəli Axundov
yoldaş tərəfindən milli məhdudluqda, lovğalıqda ittiham
olunduğum üçün bu tənqidin obyektiv olmadığını bir daha yada
salmaq üçün MK-ya məhz həmin kitabı göndərməyi lazım
bilmişdim. Rus, belarus, ukraynalı anaların dərdlərini öz dərdi
bilən, onların göz yaşlarını
57
ovcuna toplayan bir şairin ürəyində cılız duyğular axtarmayın -
demək istəmişdim. Sözümün canı budur ki, Azərbaycandakı milli
geriliyə, qayğısızlığa, milli simasını itirmişlərə qarşı apardığımız
mübarizə, yaxud ana dilinin hüdudlarını genişləndirmək,
təmizliyini qorumaq, zənginliyini təmin etmək uğrunda
cəhdlərimiz əslində partiyamıza, ideallarımıza məhəbbətdən,
sədaqətdən irəli gəlir. Hətta, bu yolda qüsurlarımız da inamımızın
dərinliyi, idealımızın ucalığı ilə mövcud yaramazlıqlar arasındakı
uçurumdan doğur (Şairin arxivindən. 14 sentyabr 1969) [318].
Xəlil Rza 30 iyun 1969-cu ildə Azərbaycan KP MK-nın birinci
katibi Vəli Axundov yoldaşa ərizə ilə müraciət etmişdir: “Yeddinci
aydır işsizəm. Sanki qəsdən, bilə-bilə mənim ailəmi, uşaqlarımı
aclıq halqasında boğmağa çalışırlar. İş o yerə çatıb ki, ev kirayəsi,
uşaq bağçası haqqı vermək, çörək və duz almaq belə mənim üçün
ciddi problemə çevrilmişdir. Belə getsə mənim özüm aclıq elan
etmək məcburiyyətində qalacağam. Mən qətiyyən inana bilmirəm
ki, Az.KP MK - bu yüksək partiya aparatı bu dərəcədə süst, biganə,
qayğısız, bürokrat əllərə tapşırılmış olsun...
...Vaxtilə bizim Qulu Xəlilov ilə şərikli yazdığımız və
“Azərbaycan” jurnalında çap etdirdiyimiz “Yaşamaq istəyirəm”
povestinin yalnız Q.Xəlilovun adına kitab halında buraxılmasına
Cəfər Cəfərov yoldaşın razılıq verməsi məndə oğurluğa qarşı
böyük üsyankar ruh doğurmuşdur. Ümumi milli gerilik,
qənimətçilik, rüşvətxorluq şəbəkəsinin bu dərəcədə güclü olması
da, əlbəttə, bu ruhu alovlandırmaya bilməz. Nöqsanım,
səbirsizliyim bəlkə də bundan doğur...” (Şairin arxivindən. 30 iyun
1969) [318].
5.X.Rza “elə faktlara, elə mətləblərə üstünlük vermişdir ki,
həmin fakt və mətləblər axır nəticədə söhbəti milli özünüdərk
probleminə, Azərbaycan mədəniyyətinin, onun ümumtürk
qaynaqlarının qədimliyinə və özünəxas
Dostları ilə paylaş: |