82
Ya baş girləməli, ya baş olmalı!
Cahana arkadaş, qardaş olmalı!
Döyüş amansızdır, yoxdur orta yol,
Bir azca kişi ol, ürəyim, mərd ol!
(“Mərdləş, ürəyim”)
Şairin milli istiqlal məfkurəsində hələ qorxu ilə qorxusuzluq
məsafəsi vardır. Milli “Mən” həmin qorxu məsafəsini qət etmək,
qorxusuzluq mövqeyində dayanmaq istəyir:
Mən qorxuyla qorxusuzluq arasında yaşayıram,
Sanki bəbir bəbəyində, şir ağzında yaşayıram.
Mövcud “Mən”in qorxuları “Azərbaycan çörəyinə, onun
dadına, duzuna layiq ola bilməmək qorxusudur”. Belə təzaddan
sənətkar fikrinin, idealının psixoloji, hissi-məntiqi halları başlayır.
Şair oxucusuna, vətəndaşlara ibrət dərsləri verir:
Qorxu hər mikrobdan təhlükəlidir,
Söndürür idrakı, korşaldır beyni.
Ac qal, yalavac qal, daş ye, dəmir ye,
Yedirmə qorxuya şir ürəyini!
(“Qorx,
qorxma”)
Naqis, yarımçıq olan mövcud psixologiyanı şüurdan
uzaqlaşdırmaq asan deyildir. Sənətkar milli istiqlalı psixoloji-
mənəvi olaraq yenidən doğmaq, tərbiyə etmək üçün ciddi
məqamlar üzərində dayanır:
Qorxma qiymətini ala bilməsən,
Ömrünü məşəl tək tulla zülmətə.
Qorx - haram şöhrətə başın qarışa,
Tamarzı qalasan halal şöhrətə.
Qorxma hörmətini itirməyindən,
Lap səni söysə də nakəs, naqabil.
Alçaqlar yanında hörmətsiz olmaq
Ülvilər yanında hörmətindi, bil!
Qorxaqlıq, gözüqıpıqlıq şair nəzərində qarasudur, tra-
83
xomadır. Nə
qədər ki, milli heysiyyətimizdə, canımızda qorxu
yaşayır, o qədər özümüzdən əvvəl mənliyimizi, mərdliyimizi,
insanlığımızı öldürürük. No qədər ki, qəzəbimizi, qeyzimizi
uduruq, bir o qodər nifrətimizi öldürürük; biganələşirik,
arxayınlaşırıq, adiləşirik. Sənətkar həqiqət sərvətini oxucusuna
təzad şəklində təqdim edir. Bu təzad əslində şərəfli həyatla
şərəfsizliyin barışmazlığıdır:
Qorxma, təzək üstdə görəndə bəzək,
Qranit deyil ki, iradən sına.
Qorx ki, cah-cəlah ayaq topu tək
Vura bilməyəsən yad qapısına.
...Qorxma vəzifəni itirməyindən,
Ucalıq uğrunda enməkdən qorxma!
(“Qorx,
qorxma”)
Şairin milli “Mən”i idealı yolunda ölümdən qorxmur. Buna
görə də məfkurə mövqeyi onda obyektiv həsəd qayğısı doğurur:
“Müşfiqdənmi artığam, ya Şandor Petefidən?!”. Əlbəttə, onu ölüm
yox, ideal təşnəsi düşündürür:
Min gözəl nigar gedib,
Əbədi yaşamağa qadir oğullar gedib!
Günəş kimi işıqlı, parlaq ağıllar gedib!
Vaxtsız gedib... çox erkən...
Hansından artığam mən?
Pulemyot mağzalını sinəsilə qapayan
ərlər gedib könüllü!
Həqiqəti bağrında dustaq edə bilməyən
mərdlər gedib könüllü!
(“Müşfiqdənmi artığam, ya Şandor Petefidən”)
Mövcud “Mən”in istiqlalçılıq şüuru çox güclüdür. 80-ci illərin
ədəbi məhsulu olan “Məndən başlanır Vətən” şeirlər kitabının
səhifələri həyat eşqi, vətənpərvərlik və mübarizlik, vətəndaşlıq və
ziyalılıq baxışları ilə zəngindir. Həyat eşqi, vətənpərvərlik elə bir
qüvvədir ki, insan təbiətindəki qorxu hissi onu nə qədər izləyirsə
də, həmin səddi keçə bilmir; şair “Mən”i inkarı inkar etmək əzmin-
84
də, qətiyyətində qalır. “Məndən başlanır Vətən” (1983), “Gözəl
yaşamaqdan əl çəkmək olmaz” (1984) şeirlərində belədir:
Hər insan varlığında
uyuyur iki xislət
Göz-gözədir elə bil
qorxaqlıqla cəsarət
Acizliklə dəyanət.
Xəsisliklə səxavət.
Tərəddüdlə qətiyyət.
Qalx ayağa, özünü kəşfet bir do təzədən
Əl çəkə bilməzsən mübarizədən.
Atılar üstünə bir qırpımdaca
Boynunda qalstuk gəzdirən əfi.
Süstlük - həyatın kəfi.
Odur, yanır dan yeri...
Addımla Günəşlə tən.
Torpaqdan başlanmır yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən haşlanır Vətən,
Məndən başlanır Vətən!
(“Məndən başlanır Vətən”)
“Məndən başlanır Vətən”, “Heç bir ehtiyat” (1986), “Heç
olmasa bircə nəfər” (1986) şeirlərində tərəddüdlər yox olur; şair
“Mən”i qətiyyətli hökmü, andı ilə məqamlaşır. Sənətkarın həyat
mövqeyində səbatın, qətiyyətin rəhni özünün dərk etdiyi kimi
xalqın gücüdür (“Xalq qüdrəti” /1986/), yalnız həqiqəti dayaq
sayan, haqq üçün döyüşlərdə bağrı yanan, hər biri bir dağ, bir ordu,
bir Boz qurd olan Kişilərdir (“Kişilərə arxalanaq” /1982/).
80-ci illərin şeirlərində şair “Mən”inin mənəvi-psixoloji
məqamları ilk əvvəl daxilə, mövcud mühitə tənqidi, ifşaçı baxışdan
müəyyənlik alırsa, həmin tənqid və ifşa bir çox hallarda həcvləşir,
daha nifrətli şair mövqeyi ilə reallaşırsa ( “Bilmirsən, deyim öyrən”
(1980), “Açıq