76
Bir məslək ardınca çıxdım yollara,
Getdik Səmərqəndə, Ankaraya da.
Gördüm beş dənizə, iki qitəyə
Sığışmır sinəmdə əl boyda ürək.
Haqsızlıq və ədalətsizliklər güc-qüdrət kimi Xəlil Rzanın
damarlarına sıxılmış, onun ruhunu, emosiyasını gərgin saxlamış və
mübarizələrə hazırlamışdır.
Sənətkar ruhunda və məmləkətində gördüyü azadlığı körpə
yaşlarından vətən övladlarına da öyrətmək istəmişdir. Bunu
mücərrəd yox, həyat, təbiət hadisələri əsasında predmetli təlqin
etmiş, azadlıq ruhunu onlara geydirmək istəmişdir:
- Gətir xərəyi, oğlum,
- Gətir qayçını da, gətir beli də.
Gətirdi saçında ətirli külək
- Ala, neyləyək?
Oğlum, bu yazığa azadlıq verək:
Əncir ağacının əsarətində
Qalmasın tənək.
(“Müstəqillik”)
Şair əyani, predmetli olanı hazırlayıb sonra ideya, məqamı
şəklində oxucuya çatdırır:
Müstəqillik-bağımsızlıq,
Yəni əlin, qolun bağlı olmasın.
Qucağa, qoltuğa qısılmayasan
Kiminsə boynundan asılmayasan.
Oğlum, yadda saxla, bu sözüm haqdır:
Qoltuqda yaşamaq - yaşamamaqdır.
Şairin azadlıq haqqında fikirləri yalnız müasirlik mənasında
müəyyənlik tapmamış qədim, tarixi, əfsanəvi hadisələrdə belə
təcəssüm etdirilmişdir. Spartak, Babək, Koroğlu cəngisi, Nəbi
nərəsi, Misri qılınc X.Rza idealının hərəkətverici qüvvəsidir.
“Babək”, “Gedər”, “Əbədi məşəl” (1963-64) “Məşəl silahlar”
(1977) və başqa şeirlərdə azadlıq ideyası tarixi motivlər əsasında
ümumiləşdi-
77
rilir. Həmin şeirlərdə milli şüur və mənəvi məfkurəni oyadan
rəmzlər Cavanşir, Babək, Misri qılnıc, Nəsimi, Sabir, Od, Təbriz
xalısı, Dədə Qorquddur:
Romadan Kapuya şəhərinədək
Çaparlar uçdular, atlı çaparlar.
Çaparlar bilmədi:
bir azca öndə
Azadlıq havalı bir köhlən də var.
(“Əbədi məşəl”)
Məlumdur ki, e.ə.74-71-ci illərdə Spartakın başçılığı ilə qullar
Kapuya şəhərindəki qladiator məktəbində qiyam qaldırmış, 74
nəfər azad olmuş, sonra bunların sayı çoxalmış, onlar romalılara
qarşı azadlıq mübarizəsi aparmış, Vezuvi dağının zirvəsində
düşərgə salmış, cır üzüm tənəklərindən uzun nərdivanlar hörüb
gccə ikən aşağı enərək, Roma qoşunlarının üzərinə atılmışlar.
Romalılarla 3 il silahlı mübarizə getmişdir. Xəlil Rza həmin
hadisələri əsas tutaraq mühakimələr irəli sürür:
Qışqırdı on bir min qladiator:
- Silah!!!
Silahsızlıq - hər şeyin sonu
... Yanır qaranlıqda bir məşəl, odur,
bəlkə nişan verir nicat yolunu?!
- Varmı məşəlimiz? - sordu Spartak –
Bu yağlı kəndirdən tapmaq olarmı?
- Olarl
- Tez yandırın!
Mumlu, qətranlı
Məşəl silahlara sarıldı hamı.
(“Məşəl silahlar”)
Sənətkar tarixin dərinliklərindən üzü bəri gələn azadlıq
məfkurəsinə müasir baxışını belə ifadə edir:
Mənimsə beynimdə bir fikir gəzir
Əgər qeyrət olsa, silah tapılar.
(“Əbədi məşəl”)
78
Xəlil Rzada belə bir məfkurə hələ mücərrəd məna daşıyır, həyat
hadisəsindən gəlmir, faktlaşmır; sadəcə, təfəkkür, məzmunu
daşıyır, kişiləri məsləkə, əqidəyə hazırlayır. “Əbədi məşəl”,
“Kişilər” şeirlərində olduğu kimi:
Kişilər başını əyməmiş yada,
Xosrova göstərmiş fərhadlığını.
Qolları zəncirli dustaq olsa da,
Qorumuş təfəkkür azadlığını.
(“Kişilər”)
Yaxud:
Ustadın Cəziri, ustadın Qoran!
Xalqın biləyindən qandallar qıran,
Bir yandan dağıdan, bir yandan quran
Memar düşüncəndə ahəgdi şeirin.
(“Kürd şairinə məktub”)
Sənətkar milli azadlıq, əsarətdən qurtuluş düşüncələrini 70-ci
illərin şeirlərində, milli hüdudlarda ifadə etməmişdir; o,
beynəlxalq, qlobal mövzuda yazdığı şeirlərində belə özünün milli
ruhunu əks etdirmişdir; bəşəridə milli, millidə bəşəri ideal
axtarmışdır:
Bu gün qəzəb vahəsidir, Şirvanım da, Muğanım da,
Təndirdənmi, ya bağrımdan qopub gəlir səda, nida,
Gühar olsun, raketlərə yurd olmasın Qrenada!
(“Qrenada,
Qrenada”
)
X.R.Ulutürkün istiqlal məfkurəsi öz başlanğıcını onu milli
“Mən”ə, məfkurəyə doğru aparan müqəddəs mənəvi-bəşəri
dəyərlərdən götürür: düzlük kimi saflıq da milli məfkurəyə
(istiqlala) doğru aparan psixoloji od, işıq və enerjidir. O, insanı
düşündürür, onun milli-fərdi ehtiyatını hərəkətə gətirir (“Ürək qızıl
gülə bənzər” (1962), “Saflıq”, “Təmizlik uğrunda” (1973),
“Düzlük” (1976), “Yaşamaq” (1977) və başqaları):
Mən saflıq uğrunda döyüşə çıxdım,
Elə ki, nakəsə süləmi sıxdım,
Dostları ilə paylaş: |