70
şair təkrarən ana dilinin saflığını, müqəddəsliyini bütün millətlərin
mədəni tərəqqisində başlıca meyl hesab edir; bəşəri problemlər
qaldırır. Tariximizin, xalqın milli varlığının, soyunun, kökünün
kəşfiyyatçısına çevrilir” [55].
Məsul vəzifələrdə, dövlət idarələrində çalışanların hər şeyə
tutuquşu tək “hə, hə” demələrinə, nəfslərinin qulu olmalarına etiraz
edən şair antihumanist xislətləri lənətləyir.
Mənlik - cəsurluqdur, qorxaqlara, qorxaqlığa döyüş elan
etməkdir, - çünki qorxaqlıq olan yerdə millət özü də mənliyindən
məhrum olur:
Gözüqıpıq yurdun, ağciyər elin,
Yeməyi olsa da, mənliyi olmaz.
( “Qorxaqlar, cəsurlar”)
Mənlik ləyaqəti - X.R.Ulutürk poeziyasında milli müəyyənliyi
göstərən başlıca göstəricidir:
Vətənini deyirsən, elmi deyirsən?
Kişi mənliyindən başlanır Vətən.
Mənlik ləyaqəti yetişməyibsə
Millət yox, qarşında tayfa görərsən.
XIX əsrin 50-ci illərindən başlayaraq, ilk rüşeymləri görünən,
70-80-cı illərdə inkişaf edən milli şüur həm də özündə milli
məfkurə və idealı yetişdirməyə başlamışdır. Həmin məfkurə
erməni-rus şovinizmi, separatizm və nihilizminə qarşı mübarizə
şəraitində məqsəd aydınlığına çevrilmişdir. XX əsrin əvvəllərindən
istiqlal məfkurəsinin ideya daşıyıcıları, ideoloqları, siyasi
təsisatları, milli mətbuat və ədəbi məktəbləri sülh, demokratiya və
milli azadlıq uğrunda mübarizənin subyektlərinə çevrilmişlər.
M.Ə.Rəsulzadənin yazdığı kimi, “Azərbaycanın bu qədər fəlakətlər
nəticəsində əldə etdiyi bir qazancı varsa, o da bu istiqlal fikrinin
rüsuxi” [153, s.95] olmuşdur.
İkinci Dünya müharibəsindən sonra da Azərbaycanda
müstəqillik, azadlıq mümkün olmamış, onun ərazi bütövlüyünə
qəsdlər edilmişdir.
71
Azərbaycan hər dəfə millətçi damğası ilə damğalanmışdır.
Doğma dil, millət və dini dəyərlər sıxışdırılmış, Azərbaycandan
ərazi qoparılması, Naxçıvan, Dağlıq Qarabağ muxtariyyətinin
Ermənistana birləşdirilməsi üçün cəhdlər olmuşdur.
X.Rzanın arxivindən:
“Xatırlayıram ki, təxminən altı il bundan qabaq Akademiyanın
böyük salonunda Səməd Vurğun gecəsində Abbas Zaman
müəllimin qopardığı tufanda az-çox mən də “taqsırkaram”. Öz
çıxışı ərəfəsində dərin mənəvi həyəcan keçirən Abbas müəllim
onda lap qabaqda, bəlkə də birinci cərgədə mənimlə yanaşı
əyləşmişdi.
-Xəlil, bu gecə sənə Vurğun haqqında xatirə söyləyəcəm.
Axırda Naxçıvan məsələsinə də toxunacam. Məsləhət bilirsən?
-Əlbəttə, - deyə mən sevimli müəllimimizi alqışladım. Onda 28-
29 yaşlı bir gənc olan Xəlil, onsuz da fitrətinə görə qızğın olan bu
gənc alışmaq üçün bir cınqıya bənd idi. Abbas müəllimin sözü
ürəyimi dağa döndərdi.
-Əgər bu məsələ şayiə deyilsə, əgər bu məsələnin ciddiliyinə
tam əmin-arxayınsınızsa, əgər doğrudan da, erməni qardaşlarımızın
arasında belə şərəfsiz niyyətə düşənlər, təhlükə törədənlər varsa,
onda deyin...
Abbas Zaman müəllim o gecə öz sözünü dedi. Söz veriləndə
xitabət kürsüsünə qalxmadı. Əlini kürsüyə söykəyib dərya kimi
ləngər vuran salona üz tutdu. Səməd Vurğun barədə gözəl, səmimi
bir xatirə söylədikdən sonra əsil mətləbə keçdiyi zaman Abbas
müəllimin necə gərgin dəqiqələr keçirdiyini, onun alovlu, mərd
sözlərinin salonda necə təlatüm qopardığını unutmaq mümkün
deyil. Sədrlik edən Məmməd Arif dözmədi. Onun sözünü yarımçıq
kəsməyə çalışdı. Ancaq Abbas müəllim axıra kimi mərd dayana
bildi.
-Mənə elə gəlir ki, - dedi, - S.Vurğun sağ olsaydı bu gün
Naxçıvan məsələsi barədə şərəfsiz söhbətləri eşit-
72
səydi, məhz bu cür deyərdi: Naxçıvan Azərbaycan torpağının
müqəddəs bir parçasıdır. Onu qara niyyətli dargözlərə, millətçilik,
şovinizm mərəzinə tutulmuşlara tərk etməyə bizim heç bir mənəvi
haqqımız yoxdur. Naxçıvandan əl çəkmək hər şeydən əvvəl bizim
çoxmillətli Qafqazda dostlara böyük beynəlmiləlçilik ənənələrinə
endirilən zərbə ola bilər. Hər şeydən əvvəl erməni-azəri dostluğunu
qıra bilər. Bizim üçün dostlardan, xalqların Lenin qardaşlığından
müqəddəs heç nə yoxdur. Ona görə də mən təklif edirəm ki, erməni
və azəri xalqlarının bütün ağıllı hissəsi bu məsələdə yekdil, ayıq,
mərd olmalı, bir ovuc daşnak tör-töküntülərini alovlandırmağı
bacarmalıdır.
Ancaq, heyhat! Biz dağılışandan sonra da ürəklərin odu
keçmədi. Abbas Zaman min-min könüldəki milli ləyaqət
duyğusunu silkələmişdi. Mürgüləyən qüvvələri oyatmışdı. Əlbəttə,
onun dalınca deyinən, dargözlük edən, Abbas Zamanı milli
lovğalıqda, şöhrətpərəstlikdə ittiham edənlər də yox deyildi... Çox
keçmədən eşitdik ki, Abbas Zamanı universitetdən, müəllimlikdən
azad ediblər. Abbas Zaman yoldaşı milli məhdudluqda ittiham
edən Vəli Axundovun məruzələrindən sonra onun, hətta partiya
üzvlüyündən çıxarılması faktı da acı bir xatirə kimi yadımdadır.
Maraqlıdır, bu dövrdə mən Abbas müəllimi heç vaxt sarsılmış,
sustalmış görməmişdim...” (Şairin arxivindən. 15 oktyabr 1967-ci
il) [318].
60-cı illər dünyada Şərqdən Qərbə qapıların açılması, bəşəri-
qlobal münasibətlərin yaranması, Avropa, Asiya və Afrika
ölkələrinin əldə etdikləri istiqlalla əlaqədar olaraq başlayan
səfərlər, millətin öz daxilinə mənəvi-yaradıcı baxışı, milli ideal və
məfkurəni gücləndirmişdir.
Milli ruh 50-60-cı illərdə B.Vahabzadənin “Gülüstan” poeması,
“Ana dili” şeiri X.R.Ulutürkün “Ana dili”, “Dilim mənim, nərəm
mənim”, S.Tahirin “Ana dili”, M.Şəhriyarın “Heydər baba”,
H.Savalanın “Türkcə təranələr”
Dostları ilə paylaş: |