85
konuşma” (1984), “Barı tanıya bil” (1984), “Bədxaha açıq
məktub” (1984), “Mənim işim səndən keçir” (1984), “Sənin
ölümünü gözləyənlər var” (1986), “Toxunmadım ilana” (1986),
“Son inanma məddahlara” (1986), “Türk sözündən qorxan gəda”
(1986), “Lənət” (1986), “Hər şey gəldi-gedərdi...”, “Təslimçi”
(1986), “Bəs niyə susdun” (1986), “Yunsaqqal” (1986), “Sən
alçaqsan”, “Sağlıq dilərəm sənə” (1987), “Mən sənə güvənirdim”
(1987), “Məddah” (1987), “Başkəsən” (1987), “Haçan, hansı
yerdə?” (1987) və s.), 80-ci illərin axırlarına doğru Azərbaycanın
milli heyatında mürəkkəb ictimai-siyasi hadisələrin baş verməsi ilə
əlaqədar olaraq, milli “Mən” bilavasitə, istiqlalçı, yəni sovet
imperiyasına qarşı mübariz kimi konkretlik alır. Bu illərin
poeziyasında şairin “Mən”i təlatümlü, qaynar lirik polifoniyadan
çıxaraq, onlarla birlikdə üsyankar, patetik-publisistik
özünəməxsusluğu doğurur. Sənətkarın milli “Mən”i sərt, ağır
günlərdə Ali Baş Komandan olsa da, olmasa da, Azərbaycan
adından əmr edir: Silahlan! Fərsiz rəhbərliklərin göstərişləri
nəticəsində ov tüfəngləri belə əllərindən alınmış xalqına qərar
verir: “Topdan, tüfəngdən üstün, tankdan, raketdən güclü
qeyrətinlə silahlan!”.
Qərar verir ki, “Xiyabani ruhunu nəfəsinlə alışdıran cürətinlə,
düşmənə nifrətinlə silahlan! Çünki o, “36-da batmış, 46-da
vurulmuş nəsillərdən güclüdür!”. İstiqlalçı şair bu səbəbdən də
dünyaya məhəbbəti ilə silahlanan xalqını “hayqıra-hayqıra”
səsləyir. Səsləyir ki, “sən tək deyilsən, yer də, göy də sənindir.
Bayraq elə özünsən. Qalx döyüşə silahlan! Sən qalib gələcəksən!”
Beləliklə, Xəlil Rza Ulutürkün, qəhrəmanın idealından, kişi
bağrından Vətənin mənəvi övladları doğulur. Şairdən Azərbaycan
başlayır!
Xəlil Rza Ulutürk yaradıcılığında milli özünüdərkin
mənbələrindən biri də türkçülük məfkurəsidir. Türk milli mənlik
şüuruna qayıdış zaman-zaman imperiya siya-
86
sətçilərini, xristianlığı narahat etmiş, onlar həmin ideyalara görə
Azərbaycan ziyalılarını pantürkist, panislamist kimi qələmə
verərək, nəzəriyyələr uydurmuş, müsəlman Şərqini xristianlığa
qarşı qoymuş, ümumən, türkləşmək ideologiyasını, dövlət və millət
müəyyənliyini inkar etməyə çalışmışlar.
Turan dedikdə türk ellərinin Adriatik dənizi sahillərindən
tutmuş Çin dənizinə qədər böyük tarixi Vətəni başa düşülür. Bu
tarixi ərazi hələ fərdi vətənçilikdən və azərbaycançılıqdan irəli
olandır. Türkçülüyün böyük ideoloqu Ziya Göyalpın da yazdığı
kimi “Turan türklərin oturduğu, türkcənin qonuşulduğu bütün
ölkelərin toplamıdır” [90, s.63]. Z.Göyalp türkçülüyün son
məqsədini də Turançılıq kimi sonuclamışdır: Türkçülüyün uzaq
ülgüsü Turan adı altında birləşən oğuzları, özbəkləri, yakutları
dildə, ədəbiyyatda, kültürdə birləşdirməkdir” [90, s.63]. Turan-
çılığı biz həm də ümumtürk, ümumislam mədəniyyəti, mənəviyyatı
kimi qavrayırıq.
Vətənçilik və azərbaycançılıq şüuru böyük ümumtürk genindən,
dilindən və dinindən nəşət almışdır. Ümumtürk vəhdətində mövcud
milli “Mən” özünü dərk etdikcə Türkçülük və İslamçılıq baxışları
da dərinləşmişdir.
M.Ə.Rəsulzadə 1930-cu ildə Parisdə çap etdirdiyi “Panturanizm
haqqında” (Qafqaz problemi ilə əlaqədar) ciddi məqaləsində
türkçülüyün ideya-nəzəri əsaslarına əhəmiyyətli münasibət
bildirmişdir.
Rusiyanın kölələrindən biri, erməni jurnalisti A.Xondkaryan
“panturanizm”i təhrif etməyə çahşaraq, məsləkdaşı Zarevandın
“Türkiyə və panturanizm” kitabından istifadə edir. Kitabın
ideyasına görə guya türk-tatar separatistləri güzəranlarını
yaxşılaşdırmaq yox, Rusiyadan ayrılaraq, Türkiyəyə birləşmək
istəyirlər. Həmin təhriflərə ciddi etiraz edən M.Ə.Rəsulzadə
yazmışdır: “Bizim rus xalqına qarşı heç bir ədavətimiz yoxdur,
əksinə, bizim qəlbimiz ona qarşı ən xoş niyyətləriə doludur. Lakin
bununla yana-
87
şı, biz həqiqətən zor və qəsbkarlıq yolu ilə bizi də öz arabasına
qoşaraq həyatımızı və mədəniyyətimizi istədiyimiz formada inkişaf
etdirməyimizə mane olan rus imperializminin düşməniyik” [154,
s.106].
M.Ə.Rəsulzadə qeyd edir ki, slavyan xalqlarında olduğu kimi,
türk xalqlarında da milli birlik ideyası yaranmışdır və o, romantik
səciyyə daşıyır. Həmin birləşmədə Türkiyə mühüm rol oynamışdır.
Türk mütəfəkkirləri və ictimai-siyasi xadimləri də bunu öz
siyasətlərində müdafiə etmişlər. Konsepsiyaya görə “türk
millətçiliyi” tek-milləşdirilmişdir. Məşhur tarixçi Mükrimin Xəlil
bəy başda olmaqla təbliğ etdikləri ideyaya əsasən “türklük” bir
millət deyil, “irsi” mənada anlaşılmışdır. “Anadolular” belə hesab
edirdilər ki, vahid türk milləti deyil, ayrı-ayrı türk millətləri vardır.
Böyük öndərə görə Türkiyədəki müasir millətçilik də
“panturanizm” və pantürkçülük” deyil, sadəcə “türkçülükdür”.
Azərbaycanda da həmin ideya belə qəbul olunur və dərk edilir.
Rəsulzadə yazır: “Türklərin birləşməsi ideyasının Azərbaycanın
müstəqilliyinin təşəkkül tapmasına müəyyən dərəcədə təsir
göstərdiyini inkar etmədən biz israr edirik ki, siyasətdə realist olan
Azərbaycan millətləri üçün bu ideyanın yalnız mədəni məsələlər
sahəsində əhəmiyyəti olduğu gün kimi aydındır: buna görə də biz
müstəqil Qafqaz federasiyasını zəruri sayır və tam səmimiyyətlə bu
tezisi müdafiə edirik” [154, s.106] “Xodkaryan kimi Rusiyanın
dərdini çəkənlər belə bir halı indi də Türkiyəyə birləşmək kimi
qələmə verirlər. Rusiyaya sədaqətlə Qafqazın müstəqilliyi bir araya
sığa bilməz”[154, s.107].
M.Ə.Rəsulzadə milli hərəkatları milli özünüdərkin nəticəsi
hesab edir. Bu səbəbdən də özünü demokrat, radikal sosialist
adlandıran Kerenski və onun nəzəri baxışlarına irad tutur. Kerenski
Rusiyanın bölüşdürülməsi haqqında yazmışdır: “Qafqaz gürcülərə,
dağlılara və azər-
Dostları ilə paylaş: |