Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə40/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   36   37   38   39   40   41   42   43   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Böyük xaqanımız Əbülmüzəffər,
Zəfər çalanların önündə gedər. 
Xəzran ordusuna qələbə çalmış,
Boynuna Xizəran kəməndi salmış.
Əlindən dəryalar göhərlə dolmuş, 
Gövhər taclıların gövhəri olmuş [2, s. 200]. 
Axsitanın hünəri sayəsində Şəbran, Dərbəndi işğal etməsini 
tərifləyir. Yürüşləri nəticəsində xeyli mal-dövlət əldə etmiş, ərazilərə 
sahib çıxmışdır. Klassik qəsidə ənənələrinə sadiq qalaraq, eyni for-
mada, məzmunda Axsitanın apardığı işğalçılıq siyasətinə bəraət qa-
zandırmışdır. 
Rey ilə Xəzranı, Zirəgəranı, 
Bakı istər etsin şahın qurbanı.
Göylər qılıncına göstərdi mədəd,
Fəth oldu əliylə Şəbəran, Dərbənd [2, s. 201]. 
Xaqani Şirvaninin "Şirvanşah Mənüçöhrün tərifi" adlı qəsidə-
sində şahı tərif edərək onun zəfərlə başa vurduğu döyüşlərin, əldə 
etdiyi torpaqların böyük qələbə olduğunu qeyd edir. Tarixdə ad 
qoymuş şahların axıtdıqları düşmən qanının qazanılan zəfər qarşısında 
olduqca adi görünməsi sənətkarın mədhi zamanı ortaya çıxır, hətta 
Xaqani Şirvani düşmənə kinayə ilə yanaşaraq, tökülən düşmən 
qanının torpaqda yenidən cücərəcəyinə eyham vurur: 
Axıtdı qanını qıpçaqların bu meydanda
Boyandı Çin ipəyi tək-qılıncı al qanda.
Təəccüb etmə, o torpaqda ki, bitir otlar, 
Bitərsə başları qıpçaqların olanda bahar [2, s. 210]. 
Görkəmli dövlət xadimi, ana dilində yaranan şeirin inkişafına 
xüsusi qayğı ilə yanaşan, özü bu dildə ölməz sənət inciləri yaradan 
Şah İsmayıl Xətai Azərbaycan xalqının ictimai-siyasi və mədəni yük-
səlişində müstəsna xidmətləri оlan nadir şəxsiyyətlərdəndir.
Geniş siyasi fəaliyyəti, apardığı yürüşlər onu daha soyuqqanlı 


107 
döyüş xarakterli əsərlər yazmağa sövq etməli idi. Ancaq sənətkarın 
yaradıcılığında məhəbbət, təriqət məzmunlu nümunələr çoxluq təşkil 
edir. Təbii ki, ictimai-siyasi məsələlər, döyüş ruhu bu və ya digər 
şəkildə yaradıcılığında öz yerini almışdır.
Sənətkarın yaradıcılığında panteizm ruhu çox güclü olmuşdur. 
Onun sənət nümunələrindəki hərb ruhlu, məzmunlu şeirlər nisbətən 
fərqli yönümdədir. Döyüşən əsgərlərin döyüşkən ruhunu qoruyub 
saxlamaq, həvəsləndirmək onun şeirlərində öz yerini almışdır. Belə ki, 
Xətai təriqət məzmunlu şeirlərində din uğrunda şəhid olmuş ərən-
lərdən, bu yolun böyüklüyündən, şərəfli olmasından bəhs edir. Sanki 
bu şeirləri ilə xalqı ruhlandırmaq, döyüşən əsgərlərin döyüş ruhunu 
qaldırmağı qarşısına böyük məqsəd olaraq qoymuşdur: 
Şaha qurban gətirdik biz bu canı, 
Şahın sözü bizim imanımızdır. 
Həsudə yоxdurur, yalansıya mərg 
Ki, gerçək söhbəti bürhanımızdır. 
 
Şahı hər deyibən girdik bu yоla, 
Hüseyniyüz, bu gün dövranımızdır. 
Biz imam qullariyüz sadiqanə, 
Şəhidlik, qazilik nişanımızdır [3, s. 53]. 
Şah İsmayıl Xətai poeziyasındakı çağırış dolayı yolla sufi pər-
dəsi altında, nəsihətlərində, ya da birbaşa döyüşə çağırış motivləri ilə 
zəngindir. Xüsusilə də, ilahi sevginin tərənnümü zamanı imamların 
(əsas etibarilə İmam Hüseynin) tökdüyü qanın, şəhidlik zirvəsinə ucal-
masına eyham edir, bu yolun döyüşən ərənlər üçün də ruhlandırıcı 
amil olaraq dolayı şəkildə təqdim etmişdir.
XIV əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi və dövlət xadimi 
Qazi Bürhanəddin sənət nümunələrində hərb motivli misralar, eyni 
zamanda döyüş ruhu hiss olunan şeirləri də az deyildir.
Qazi Bürhanəddinin yazdığı tuyuqlarında igidliyə, mərdliyə 
həvəsləndirən, döyüş zamanı ər olub, qorxmadan meydana atılmağı 
təbliğ edən nümunələri vardır.
Ərənlər öz yolunda ər tək gərək, 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə