Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə39/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   35   36   37   38   39   40   41   42   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
ORTA ƏSRLƏR AZƏRBAYCAN
ŞEİRİNDƏ HƏRB MÖVZUSU
 
 
Açar sözlər:
orta əsrlər, hərb mövzusu, ədəbiyyat, tarix, siyasət 
Key words:
middle ages, military poetry, literature, history, policy 
Ключевые слова:
средневековье, военная тема, литература, история, 
политика
Orta əsrlər Azərbaycan ədəbiyyatı müəyyən ictimai-siyasi çətin-
liklərlə yadda qalmışdır. Baş verən tarixi proseslər mövcud ədəbiyya-
tımızdan yan keçə bilməmiş, bu və ya digər şəkildə öz təsirini gös-
tərmişdi. XIII əsrin əvvəllərindən başlayan ağır monqol əsarəti bir 
müddət ədəbiyyat, incəsənət və elmin inkişafını ləngitmişdi. Lakin 
işğalçılar da tarixi zərurətlə hesablaşmaya bilməzdilər. Yerli əhali ilə 
müqayisədə maddi və mənəvi inkişaf səviyyəsi xeyli aşağı olan 
monqollar azərbaycanlıları dövlət idarələrinə cəlb etməyə, onların 
mədəniyyət və həyat tərzini qəbul etməyə məcbur oldular. Beləliklə
monqollar nəinki Azərbaycan mədəniyyətinə və dilinə təsir göstərə 
bilmədilər, əksinə, özləri tezliklə assimilyasiyaya uğrayıb, yerli əha-
liyə qarışdılar.
Həm tarixi, həm də ədəbi-mədəni şərait qədim və orta dövrlər 
Azərbaycan ədəbiyyatına təsirini göstərirdi. Belə bir zamanda Azər-
baycan ədəbi mühitində hərb poeziyasının hansı səpkidə formalaşması 
olduqca böyük maraq doğurur. Qeyd etdiyimiz kimi, XI-XII əsrlər 
ərəb-fars dilinin üstünlüyü, XIII əsrdən başlayaraq monqol istilası, 
XIV əsr Əmir Teymurun işğalçı yürüşləri xalqın mənəvi-mədəni həya-
tına təsirsiz ötüşmədi. Bu tarixi şərait birbaşa ədəbi nümunələrdə öz 
əksini tapmalı idi. 
XI əsrdən Qətran Təbrizinin (1012-1088-ci illər) yaradıcılığı ilə 


105 
Azərbaycan poeziya məktəbi başqa bir dildən – dari dilindən istifadə 
etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətran Təbrizinin 
müasir dövrə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdar-
larına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş 
hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azər-
baycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamış-
dır. Klassik poeziyamızın qüdrətli sənətkarlarından hesab edilən Qət-
ran Təbrizi yaradıcılığında hökmdarlara həsr etdiyi qəsidələrində dö-
yüşə səsləyən, tərif xarakterli döyüş ab-havası yaradan nümunələr də 
az deyil. Qəsidələrində birbaşa döyüş səhnələri və ya hər hansı tarixi 
döyüşlərin təsvirinə rast gəlməsək də, sənətkarın müşahidə etdiyi
yaşadığı ictimai-tarixi mühitin kiçik işartılarını sezmək mümkündür. 
Məsələn, "Əbu Mənsurun mədhi"ndə də onun iştirak etdiyi döyüşlərə, 
savaşlarda göstərdiyi hünərə heyranlıq tərənnüm olunur. Bu nümu-
nələr Əbu Mənsurun igidliyi ilə bağlı ümumi bir mənzərə yaratmış 
olur: 
Sən əmr versən, əməl etməmək olar üsyan, 
Sənin əməllərini hər danan olar kafər. 
Qılıncını yada saldıqda ruh qanla dolar, 
Əlindən ad çəkənin ağzı kimyaya dönər. 
Sənin döyüşlərinin vəsfi də igidlikdir, 
Səxavətindən açan bəhs, həqqi var, öyünər [1, s. 56]. 
Onun apardığı döyüşlərin təsvirini verməklə, sənətkar həm özü-
nü, həm də şahın qiymətini qaldırmağa çalışmışdır. Qəsidələrdə 
döyüşlərin adı, tarixi faktlar verilməsə də, döyüş ruhu yaratmaq, eyni 
zamanda işğalçılıq siyasətinin daha da gücləndirilməsinə yönləndi-
rilmiş tərifnamə kimi qəbul etmək mümkündür. 
Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nüma-
yəndəsi dahi şair Xaqani Şirvanidir. O, Nizamiyə qədər ədəbiyyata 
güclü ictimai-humanist məzmun və yüksək sənətkarlıq gətirmişdir.
Xaqani Şirvani yaradıcılığında qəsidələr önəmli yer tutmuşdur. 
Təbii ki, şahlara, sayılıb-seçilən insanlara həsr etdiyi mədhiyyələri heç 
vaxt yersiz olmayıb. İctimai-siyasi hadisələr, tarixi faktlar mədhiy-
yələrin yazılmasına şərait yaradırdı. Heç bir zaman təsadüfi mədhlər 
sənətkarın yaradıcılığını bəzəməmişdir. Şirvanşah Mənuçöhrə, onun 
oğlu Axsitana, Qızıl Arslana və başqa hökmdarlara, əsilzadələrə xeyli 
mədhiyyələr yazılmışdır. Bu cür mədhlərdə biz şahların həyata keçir-
diyi müxtəlif səpkili səfərlər, döyüşlərdən məlumat əldə bilirik. Mə-


106 
sələn, "Şirvanşah Axsitanın tərifi" başlığı altında Xaqani Şirvani şahın 
qazandığı qələbələrin böyüklüyündən, onun şücaətindən söhbət açır. 
Sənətkar konkret döyüşün təsvirini vermir, apardığı döyüşlərin nəticə-
sindən danışaraq, zəfərlərinin aliliyinə tərif yağdırmışdır. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə