269
Üz-üzə söhbətdaşım kimi aldığım bu suala cavab vermək istə-
yirəm: “Orxan Paşa, həm tədqiqatçı,
həm də oxucu kimi-bəli, Mə-
hərrəm bəy, həm şeirlərinin “yağmur qoxusu”, həm də şeirlərinin
bədii ətri ürəyimcə oldu” [2, s. 5-6].
Ədəbiyyat İnstitutunun əməkdaşlarının şeir yaradıcılığı poetik
mövqelərin, mövzuların, üslubların əlvanlığı ilə diqqəti cəlb edir.
Həqiqəti etiraf edək ki, Azərbaycanımızın istiqlal qazanması poezi-
yada sərbəstlik yaratmışdır və bu, qələmə alınan
poetik nümunələrdə
də öz bədii təzahürünü göstərməkdədir.
“Azərbaycan şeirinin müasir uğuru milli varlığın ifadəsini poetik
palitra ilə verə bilməsindədir. Milli şeir doğma xalq vəzni heca,
klassik əruz və XX əsrin sərbəst şeiri zəminində inkişaf etdiyindən,
poetik məcazların, fiqurların, ritm
və tədqiqlərin bolluğundan, janr-
üslub çalarları, forma və struktur çevikliyindən, şeir dilinin sərrast-
lığından şikayətlənməyə dəyməz. Bunun nəticəsidir ki,
Azərbaycan
şeiri bu gün fərdi üslub və dəst-xətlərin parlaqlığı, təkrarsızlığı ilə
seçilir, müasir oxucuların zövqünü oxşaya bilir” [3, s. 22].
Xədicə Murad (İsgəndərli) İnstitutun Yeni dövr Azərbaycan
ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi vəzifəsində çalışır, filologiya
üzrə fəlsəfə doktoru, dosentdir, «Məlhəm» Humanist Qadınlar İctimai
Birliyinin sədridir. AYB-nın və AJB-nin üzvü, 9 kitab müəllifidir:
1. Nizami və türklük. Bakı, “Nafta-Press” nəşriyyatı, 2004, 78 s.
2. Yuxulardan başlayır qocalıq. Bakı, “Gənclik”, 2005, 302 s.
3. Xeyirxah ömrün işığı. Bakı,
Azərnəşr, 2006, 102 s.
4. O ilahi işıq, o tanrı nuru. Bakı, “Əbilov, Zeynalov və oğul-
ları”, 2006, 184 s.
5. Bulaq üstə bitən susuz laləyəm. Bakı, “Ozan”, 2009, 106 s.
6. Nağıl dünyamızın nağıl şahzadəsi. Bakı, “Qanun”, 2010,
136s.
7. Dupduru bulaq kimi. Bakı, “Qanun”, 2010, 225 s.
8. Səni kimdən soruşum. Bakı, “Nurlan”, 2011, 80 s.
9. Analı günlərin davamı.... Bakı, 2014, 112 s.
Filologiya elmləri doktoru, professor Nizami Tağısoyun poetik
yaradıcılığı da diqqətəlayiqdir. Vaxtilə Nizami müəllimin “Axtara-
caqsan məni” (2000) və “Bəlkə dünya öz yolunu çaşıbdı” (2004) şeir
kitabları nəşr edilmişdir. Bu gün də yazıb-yaradan alimin poetik dün-
yası zəngindir. N.Tağısoy qələmini müxtəlif
mövzularda və irili-
xırdalı lirik-epik janrlarda sərbəst işlədir. Onun poemaları yüksək
ideya-bədii məziyyətləri ilə oxucu zövqünü oxşayır. Nizami müəlli-
min çap olunmuş şeirləri “onun poeziya aləmində daha da püxtələş-