Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə97/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   93   94   95   96   97   98   99   100   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Ədəbi tənqid 
 
Salidə
ŞƏRİFOVA 
Filologiya üzrə elmlər doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
salidasharifova@yahoo.com
 
YAŞAR QARAYEVİN ELMİ İRSİNƏ BAXIŞ
 
 
Açar söz:
ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat fəlsəfəsi, İntibah 
konsepsiyası, fəlsəfi məsələlər, realizm 
Key words:
history of literature, literary theory, philosophy of literature, 
concept of the Renaissance, philosophical problems, the realism
 
Ключевые слова
: история литературы, теория литературы, философия 
литературы, концепция Возрождения, философские проблемы, реализм 
Y.Qarayev ədəbiyyat tarixinin bir sıra problemlərini tədqiq 
etmişdir, elmi yeniliyi və əhəmiyyəti ilə seçilən nəzəri konsepsiya və 
tezislər irəli sürmüşdür: Şərqdə çoxetaplı intibah konsepsiyası, «Tə-
səvvüf intibahı»nın Şərq ədəbiyyatına təsir formaları, Nizaminin Şərq 
İntibahında xüsusi yer tutması, Şərq İntibahı və Avropa İntibahı ara-
sında əlaqələrin və tipoloji həmahəngliyin olması, Füzuli yaradıcılı-
ğının Şərq İntibahı çərçivəsində türkcənin Şərqdə hakim dil səviy-
yəsinə qaldırılmasına təsiri, M.F.Axundovun Azərbaycanda realizmin 
inkişafında fərdi və milli konkretlik gətirməsi, o cümlədən latın əlif-
basına keçməsi probleminin ictimai və elmi dairələr qarşısında qal-
dırılmasında rolu, milli ədəbiyyatın «Ən yeni dövrü»nü ADR-lə baş-
lamaq təklifi. 
Y.Qarayev həyat ehtiraslarının nikbin təsdiqini İntibah realiz-
minin fərqləndirici xüsusiyyətlərindən biri hesab etmişdir. Ədib Av-
ropada İntibahın meydana çıxmasını keçmişin, indinin və gələcəyin 
vəhdət təşkil etdiyi, Şərqdə isə orta əsrlərdə formalaşdığını düşün-
müşdür. Y.Qarayev Şərq orta əsrlərini Avropanın orta əsrləri ilə deyil, 


257 
məhz İntibah dövrü ilə qarşılıqlı analoq təşkil etməsi faktını bir ziyalı 
kimi də görə bilmişdir. 
Dini-mənəvi dəyər olan «Təsəvvüf intibahı» – yəsəvilik Y.Qara-
yevə görə, «islamdan sonrakı şeir, musiqi, rəssamlıq, memarlıq ilk 
bədii kültürü intibahını» [1, s. 128] özündə əxz etdirən təlim idi. 
Y.Qarayev təsəvvüfün humanizm, əxlaq saflığına, elmə, maarifə me-
yil etməsini, yalan və harama isə nifrət tərbiyə etməsini göstərmişdir. 
«Əslində, yəsəvilik – folklorla, xalqla eyniyyət epoxasının təcəssümü 
və hadisəsi olmuşdur» [1, s. 142], – deyən professor Y.Qarayev yə-
səviliyin yaranması tarixinə toxunarkən, onun «son böyük köç»dən 
sonra meydana çıxdığını qeyd etmişdir. 
Y.Qarayev İslam intibahı «xilafətinin» beşiyi başında dayanmış 
Nizamidə həyata rasional münasibət və insanın mənəvi dünyasının 
dərindən təqdiminin özünü göstərdiyini qeyd etmişdir. Y.Qarayev 
Nizamidə İntibah dünyagörüşünün xəlqilik və demokratizm, huma-
nizm və əqlə hörmət, zəngin mənəviyyatlı insan axtarışları kimi bir 
çox əsas xüsusiyyətlərinin cəmləşdiyini qeyd etmişdir. Y.Qarayev ilk 
mənzum roman-epopeya müəllifi Nizamini novator, həmçinin islahat-
çı – şair kimi dəyərləndirmişdir. 
XIV əsrin əvvəlləri və XVI əsrin sonlarında İntibah dövrü və ya 
Renesans Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr 
mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi 
Avropada meydana çıxmışdır. Türk bədii məkanında Şərq-islam 
intibahının Avropa intibahından əvvəl meydana çıxması mübahisələr 
doğurmuşdur. Adam Mets qeyd etmişdir ki, X-XII əsrləri əhatə edən 
Müsəlman İntibah Dövrü Avropa İntibahına zəmin yaratmışdır. Bu 
baxımdan, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah 
Dövrü anlayışı da istifadə olunması labüddür. Y.Qarayev isə türk 
bədii məkanında Şərq-islam intibahının Qədim Ellada, həmçinin Av-
ropa İntibahı arasında tipoloji həmahənglik olmasını qabardır. Şərq-
İslam İntibahının Avropa intibahına təsirini açıqlayan ədib yazmışdır: 
«Neçə əsr sonradan Qərbdə Avropa İntibahının və hazırda müasir elmi 
dünyanın davam və inkişaf etdirdiyi humanist cəmiyyət və ədalətli 
rəhbər (şah) ideyası Nizamini bütün həyat və yaradıcılığı boyu məşğul 
etmişdir» [1, s. 155]. 
Y.Qarayev Avropa İntibahı və Şərq-islam İntibahı arasındakı 
fərqli cəhətləri izah etmişdir. Y.Qarayev Avropa İntibahını xristian-
lıqla antik ənənənin sintezi kimi meydana çıxdığını qeyd edirsə, Şərq-
islam İntibahının islamla sufizmin qaynağı kimi formalaşdığını gös-
tərmişdir. 


258 
Y.Qarayev Füzulinin milli-ədəbi tarixi missiyasının «poeziyada 
və nəsrdə türkcəni də Şərqdə hakim elitar-genel dil səviyyəsinə qal-
dırmaq!» [1, s. 177] olmasını qeyd etmişdir. Milli dilin təşəkkül tap-
masında şairin rolu və missiyasını başa düşməsini onun qələmə almış 
olduğu əsərləri ilə isbatlayır. Y.Qarayev «ərəb torpağında, ərəb süje-
tini türk dilində qələmə» alan Füzulinin bu əməlinin Yaxın və Orta 
Şərq yazılı və şifahi ədəbiyyatında «türk dili məkanı»nı yaratdığını 
vurğulamışdır. Yaşar müəllim Füzulinin türk təfəkkürü və türk dili ilə 
«ümumi islam mədəniyyəti»nə xidmət etməsini də göstərmişdir. Füzu-
li türk dilində şeir yazmaq ənənəsini Şərqdə elitar ənənə səviyyəsinə 
yüksəltməyə qadir olan dahilərimizdəndir. Şairin yaradıcılığında «şai-
rin dil stixiyası təpədən – dırnağa oğuz-azəri stixiyasıdır» [1, s. 182], – 
deyən Y.Qarayevin bu fikri şairin artıq XVI əsrdən fərqlənməyə baş-
lamış Azəri türkcəsində yazıb-yaratmasını təsdiqləyir. 
Y.Qarayev «XIX əsrin maarifçi realist»i M.F. Axundovun milli 
ədəbiyyata və mədəniyyətə realist istiqamət verməsini, fərdi və milli 
konkretlik gətirməsini, həmçinin maarifçi-realist fəlsəfi fikrinin əsa-
sını qoymasını vurğulamışdır. Bədii yaradıcılığına «Səbuhi» təxəllüsü 
ilə şeirlə başlamış M.F.Axundov Şərq aləmində, türk-müsəlman dün-
yasında dramaturgiyanın əsasını qoymuşdur. M.F.Axundov 1850-
1855-ci illərdə qələmə almış olduğu komediyalarında Şərq qadın-
larının səhnə obrazlarını yaratmağa nail olur. Y.Qarayev M.F. Axun-
dovun ərəb qrafikli yazının əleyhinə olmasını və Şərqdə əlifba hərə-
katında ilk dalğa rolunu üzərinə götürməsi amilinə toxunmuşdur. 
M.F. Axundov «son zamanlar islam əlifbasının ərəb, fars və türk dil-
lərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, hə-
min dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qayda-
larını dəyişdirməyi lazım bildim», – deyən böyük mütəfəkkir əlifba 
islahatını xalqı üçün vacib amillərdən biri hesab edir. M.F.Axundovun 
dil islahatı türk dilini saflaşdırmaq və türk leksikonunu ərəb, fars 
sözlərindən təmizləmək istəyinin nəticəsi idi. 
Y.Qarayev milli ədəbiyyatın «Ən yeni dövrü»nü ADR-lə baş-
lamaq ideyasını irəli sürmüşdür [1, s. 479]. Y. Qarayev XX əsrin 20-
90-cı illərini milli intibahdan sonra yaranan dövr kimi dəyərləndir-
mişdir. Y.Qarayev Azərbaycan ədəbiyyatının «Ən yeni dövrü»nü 
ADR-lə başlamaq ideyasını isə milli təfəkkürün, tarixin özünüdərkin 
tamlığına, soyumuza, tariximizə atılan «doğru yolda ən dəqiq start 
mövqeyi» kimi dəyərləndirmişdir. Yaşar müəllim realist-bədii nəsrin 
20-50-ci illərin aparıcı janrına çevrilməsini qeyd etmişdir. 
Y.Qarayev ədəbiyyatşünaslığımızın ən görkəmli nəzəriyyəçilə-


259 
rindən hesab edilir. Öz araşdırmalarında Y. Qarayev janr nəzəriyyə-
sinin problemlərinə, mənzum dramın, faciənin və roman janrlarının 
xüsusiyyətlərinə, milli ədəbiyyatımızda sovet tarixi romanının və 
milli-tarixi romanların yaranması məsələlərinə, Azərbaycanda realiz-
min bir cərəyan kimi inkişaf xüsusiyyətlərinə, «maarifçi realizm»in və 
«ağrı ədəbiyyatı»nın Azərbaycanda milli şüurun formalaşmasına təsi-
rinə, Azərbaycanda tənqidi realizmin sosialist realizminə keçidi prob-
lemlərinə, sosialist realizmin Azərbaycan ədəbiyyatında yaranması və 
inkişaf özəlliklərinə, Cənubi Azərbaycan ədəbiyyatının inkişaf prob-
lemlərinə toxunmuşdur. 
XX əsrin əvvəllərini Azərbaycan romantizminin yüksəliş və 
kamal dövrü hesab edən Y.Qarayev qeyd etmişdir ki, «XX əsr Azər-
baycan romantizmi məhz imperializmin dünya miqyasında süqutu 
epoxasının məhsulu kimi, yeni, mürəkkəb bir tarixi şəraitin hadisəsi 
kimi meydana çıxır» [2, s. 62] Y.Qarayev milli romantizm cərəyanının 
Maarifçilikdən sonra meydana gəldiyini vurğulamış və romantizmin 
fərdilik probleminə də toxunmuşdur. Y.Qarayev romantizmin özünə-
məxsus şəkildə təyinini verə bilmişdir: «Romantizm – adətən hələ ta-
pılmamış həqiqətlər sorağında yaranan narahat axtarışların ifadə for-
ması, üslubu, metodu kimi doğulur, bu «tapılmamış həqiqətlər poezi-
yasının» «tapılmış həqiqətlər» mövqeyindən təftişi özünü doğrult-
mur» [2, s. 69]. 
Yaşar Qarayev ilk Azərbaycan tragediyasını maarifçiliyin janrı 
kimi təqdim edir. İlk Azərbaycan tragediyası maarifçiliyin janrı kimi 
meydana çıxmış, onun ilk nümunəsi isə N.Vəzirovun ilk faciəsi 
«Müsibəti-Fəxrəddin» faciəsidir. Faciə ictimai dərdin müsibətlərini və 
nadanlığını Fəxrəddinin faciəsi şəklində təsvir edir. Təbii ki, bu faciə 
yalnız Fəxrəddinin deyil, həmçinin cəmiyyətin faciəsidir, «müsibəti-
müsəlmanındır». Yaşar müəllim maarifçi dramların bir qayda olaraq 
tragik finalla tamamlanması amilinə də toxunmuş və «tragik final 
targik xarakterlərlə» hazırlanmadığını qeyd etmişdir. 
Y.Qarayev XX əsrin 30-cu illərinin əvvəlində nəsrin ağırlığının 
romanın üzərinə düşdüyünü, Şərq və dünya roman mədəniyyətinin 
ənənəsində formalaşdığını qeyd etmişdir. 
Y.Qarayev M.S.Ordubadini ilk Azərbaycan sovet tarixi romanı-
nın, həmçinin bir janr kimi milli-tarixi epopeyanın banisi hesab edir. 
M.S.Ordubadi İranda baş vermiş milli azadlıq hərəkatının tarixini əks 
etdirən dördcildlik «Dumanlı Təbriz» epopeyası, milli-inqilabi hərəka-
tın davamını Şimali Azərbaycanda əks etdirən «Gizli Bakı», «Döyü-
şən şəhər» romanlarını qələmə almışdır. S.Rəhimovun «Şamo»su XX 


260 
əsrin ilk rübündə Azərbaycanda xalq hərəkatının epik lövhəsini əks 
etdirən epopeyadır. Y.Qarayev «realist epik nəsrin, miqyaslı roman 
təfəkkürünün təşəkkülü və uğurları baxımından yeni ədəbi nəslin ax-
tarışları daha çox Süleyman Rəhimov adı və üslubu ilə bağlı» [1, 
s. 493] olmasını qeyd etmişdir. Yaşar müəllim milli geni özündə ya-
şadan «Şamo» epopeyasının folklor kökünə, dastan poetikasına yaxın-
laşmasını görür. 
Y.Qarayev ictimai fikrin sonrakı mərhələlərində meydana çıx-
mış, ədəbiyyatın ümumi inkişaf qanunauyğunluqlarını əks etdirməyə 
qadir olan realizmi azadlıq və həqiqət axtarışlarına düzgün və dolğun 
cavab verən metod və cərəyan kimi dəyərləndirmişdir. Ədib XIX əsri 
Azərbaycan ədəbiyyatının «realizm əsri» adlandırmışdır. Yaşar müəl-
lim XIX-XX əsrlərdə zəngin inkişaf yolu keçmiş və gerçəkliyin ob-
yektiv hərəkət tendensiyasını müəyyən etməyi qarşıya məqsəd qoy-
muş realizmin üç mərhələdən keçdiyini və hər mərhələyə uyğun tarixi 
formada, yəni maarifçi realizmi, tənqidi realizmi, sosialist realizmi ki-
mi meydana çıxdığını qeyd etmişdir. Yaşar müəllim realizmin tip təs-
nifi ilə mərhələ təsnifinin vəhdət təşkil etdiyini və mərhələ təsnifinin 
tip təsnifini tarixən də şərtləndirdiyini vurğulamışdır. Yaşar müəllim 
realizmi özünəməxsus şəkildə də təyinini verməyə nail olmuşdur: 
«Realizm – tarixi düşünə bilmək xüsusiyyətini, obraza ictimai qiy-
məti, psixoloji təhlili, obrazı, hadisəni tarixi perspektivdə göstərməyi, 
fərdlə şərait arasında ictimai-dialektik əlaqəni nəzərdə tutur» [3, 
s. 13]. Y.Qarayev ədəbiyyatımızda realizmin mənşəyini M.P.Vaqif 
poeziyasında başlandığını, davamını isə M.F.Axundov və M.C.Məm-
mədquluzadə yaradıcılıqlarında özünü göstərməsini iddia etmişdir. 
Realizmin təmayül və istiqamət kimi ədəbiyyatımızda nəzmdə forma-
laşaraq nəsrə keçməsini və təkrar nəsrdən nəzmə keçdiyini, bunun da 
parlaq nümunəsi kimi M.Ə.Sabir yaradıcılığında yeni zirvə kəsb et-
məsi amili də Yaşar müəllim tərəfindən vurğulanmışdır. Y.Qarayev 
realizmə konkret tərifin verilməsinin qeyri-mümkünlüyünə də toxun-
muşdur: «...realizmin özü hər dəfə, hər əsərdə yeni bir xüsusiyyəti ilə 
göründüyü üçün onun normativ, standart, stereotip tərifini (reseptini) 
təqdim etmək də qeyri-mümkündür» [3, s. 12-13]. Y.Qarayev realiz-
min də rəngarəng olmasını vurğulayaraq, maarifçi realizmə, tənqidi 
realizmə və sosialist realizminə aydınlıq gətirmişdir. Maarifçi realiz-
mi, tənqidi realizmi və sosialist realizmi arasında qarşılıqlı əlaqə in-
tensiv şəkildə həyata keçirilmişdir.
Y.Qarayev realizmin vahid və ədəbi-estetik sistem kimi ədəbiy-
yatımızda «maarifçi realizm» kimi təşəkkül tapdığını qeyd etmişdir. 


261 
«Maarifçi realizm» istilahı ətrafında mübahisələrə toxunan Y.Qarayev 
«maarifçi realizm» mübahisələrinin ədəbiyyatşünaslıqda hələ də 
«müasir mübahisələr» olması ilə yanaşı, «Azərbaycanda milli ictimai 
fikrin inkişafında müstəqil ideya mərhələsi səviyyəsində maarifçiliyi 
hansı dövrə aid etmək mübahisələri artıq həll edildiyini» [2, s. 6] qeyd 
etmişdir. Yaşar müəllim realizmin məhz klassik ədəbiyyatda keçdiyi 
«maarifçi realizm» dövrünü ən böyük dövr adlandırmış və bu istilaha 
ilk dəfə məhz ədəbiyyatşünaslığımızda 1968-ci ildə rast gəlinməsi 
faktına da toxunmuşdur. Yaşar müəllim milli-ideoloji hərəkat kimi 
dəyərləndirdiyi Maarifçiliyin tarixi-tipoloji funksiyasının Şərqlə 
(Yaxın və Orta) yanaşı, həmçinin Azərbaycanda da həyata keçiril-
diyini qeyd etmişdir. Azərbaycan realizminin ən böyük dövrü olan 
«maarifçi realizm»in Axundov ədəbi məktəbini, realizm nəzəriyyəsini, 
estetikası və ənənələrini əhatə etməsini vurğulayan Y.Qarayev 
M.F.Axundovun «Aldanmış kəvakib» əsərinə toxunaraq, bu əsəri 
«maarifçiliyin konseptual və rassional nəsrini klassik şəkildə əks 
etdirən bədii üslub nümunəsi» [2, s. 7] kimi təqdim etmişdir. 
Yaşar Qarayevin çağdaş ədəbi fikirdə «ağrı ədəbiyyatı»na da 
münasibətini bildirmişdir. Yaşar Qarayev çağdaş ədəbi fikirdə «ağrı 
ədəbiyyatı»na münasibət bildirərkən bunun yeni tipli realist ədəbiy-
yatın banisi olan C.Məmmədquluzadə tərəfindən əsasının qoyulmasını 
iddia etmişdir. C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatında ağrılı, 
kədərli «psevdo ziyalı», «psevdo bəy», «psevdo ruhani», «psevdo 
kəndli» obrazları yaratması ilə diqqəti cəlb edir. Yaşar müəllim 
«uçitel», «obrazovannılıq», «intelligentlilik» məfhumlarını sosial bəla 
və nadanlıq kimi verməyi bacarmış Mirzə Cəlilin dahiliyini görüb 
onun yaratdığı yeni obrazlar qalereyasına nəzər salmağı bacarmışdır: 
««Müdrik ziyalı» ilə «nadan xalq» konfliktini yox, «nadan inteli-
gentlə» müdrik xalq arasında konflikti nəsrdə və səhnədə əsas kon-
fliktə çevirir» [1, s. 241]. 
«Tənqidi realizm» istilahını «tənqid edən realizm» kimi qəbul 
edənlərə qarşı çıxan Y.Qarayev yazmışdı ki, «tənqid eləmək bütün 
metodlara və ədəbi dövrlərə məxsus xüsusiyyətdir (Satira roman-
tizmdə də, eposda da, antik komediyada da vardır). Tənqid burada 
mütləq məqsəd deyil. Məqsəd – həyatı olduğu kimi, tam obyektiv bir 
ehtirasla tədqiq eləməkdir» [2, s. 22]. Professor Y.Qarayev tənqidi 
realizmdən sosialist realizminə keçidin vəhdət təşkil edə bilməsi 
amilinə toxunmuşdur. Bu sintezin ən bariz nümunəsi kimi də Sabir 
yaradıcılığında özünü əks etdirdiyini qeyd etmişdir. Yaşar müəllim 
Sabir yaradıcılığında «tənqidi realizmin bütün ünsürləri özünü ən yük-


262 
sək sintezdə və vəhdətdə» göstərilməsi amilini də vurğulamışdır [3, 
s. 30]. M.Ə.Sabir yaradıcılığında realizmin «saf» tənqidi realizm tipi 
olmamasını qeyd edən Y.Qarayev realist-satirik poetik bədii təfəkkür-
də milliləşmə və xəlqiləşmənin də Sabir yaradıcılığında başa çat-
masını qeyd etmişdir. Sabir yaradıcılığında satiranın milli-ictimai şüur 
və intibah aktına çevrilməsi Y.Qarayev tərəfindən düzgün olaraq 
dəyərləndirilmişdir. Şairin şeirlərində satiranın ənənəvi inkar forma-
sında özünü göstərmədiyini, «özünüifşa» komik «özünütəsdiq» şəklin-
də göstərməsi Y.Qarayev tərəfindən açıqlanmışdır. Müasir satiranın 
Sabir mənşəyindən, Sabir yaradıcılığının folklor mənşəyindən qaynaq-
landığını iddia edən Y.Qarayev milliləşmə və xəlqiləşməni realist 
satirik bədii təfəkkürə məxsus hər şeydə, xüsusilə də Sabir poezi-
yasında başa çatmasını qeyd etmişdir.
Bu gün ədiblərimizin müraciət etmədikləri real həqiqətləri dərk 
edən sosialist realizmi metodunun birdən-birə yaranmadığını, müəy-
yən inkişaf mərhələsindən sonra meydana gəlməsini vurğulayan 
Y.Qarayev bu amilə toxunaraq yazmışdır: «Lakin realist bədii idrak və 
inikas üsulunun müasir pilləsinə – sosialist realizm sənətinin qələbə-
sinə dünya ədəbi-fikri birdən-birə yox, son dərəcə zəngin, mürəkkəb, 
ziqzaqlı bir inkişaf yolu keçirərək gəlib çatır» [3, s. 3]. Y.Qarayev 
«sosialist realizm» nəzəriyyəsinin qüsursuz olmadığını qeyd etmişdir. 
Yaşar müəllimin «sosialist realizm»in sənətə bədii dəyər kimi baxma-
masının, bədii əsərə isə ictimai fikir və sosial ideyanın adekvat il-
lüstrasiyası kimi baxmasının ciddi qüsur hesab etməsi reallıqdır. «So-
sialist realizm»də sənətin həyatdan fərqləndirilməməsi, doqmaya 
xidmət etməsi özünü qabarıq şəkildə göstərmişdir. 
Cənubi Azərbaycanda 1945-46-cı illərdə dil yasağının aradan 
qaldırılması və ədəbiyyatda milli məfkurənin, realist üslubun geniş 
yayılması özünü göstərir. Yaşar Qarayev «məhz anadilli dalğada Təb-
rizdə coşğun ədəbi yüksəliş, kültür intibahı» başlamasını qeyd etmiş-
dir. Məsələn, Şəhriyarın yalnız millətin dil sərvətini deyil, həmçinin 
kədərini, adətini, düşüncəsini, əxlaq dəyərlərini poetik nümunələrə 
çevirə bilməsini nəzərə alan Yaşar müəllim ədibin bununla «hər iki 
Azərbaycanda milli intibaha şərikli örnək» olmasını vurğulamışdır. 
Y.Qarayev Şəhriyarın poeziyada həm fars, həm də türk şeirinin qoşa 
zirvəli dağı kimi yüksəlməsi amilinə toxunmuşdur. Yaşar müəllim 
Şəhriyarı «yalnız lokal milli hadisə deyil» və «təkcə fars-türk müş-
tərək mənəvi hadisəsi də deyil» [1, s. 526], – deyə dəyərləndirmişdir.
Yaşar Qarayev ədəbiyyatımız tərəfindən qaldırılan fəlsəfi məsə-
lələrə xüsusi diqqət yetirirdi, o cümlədən «ümumi məhəbbət» möv-


263 
zusu, «şəxsiyyətin kamilliyi», «altmışıncılar» ədəbiyyatında insan və 
milli dəyərlər problemləri, qloballaşma fonunda ədəbiyyatımızda 
Şərq-Qərb təsirinin dinamikası. 
«Ümumi məhəbbət» mövzusuna toxunarkən Y.Qarayev H.Cavid 
yaradıcılığına da diqqət yetirir. İnsanda, təbiətdə, dünyada gözəllik 
axtarışını ehtiva edən H.Cavid yaradıcılığında «ümumi məhəbbət» 
idealı ənənəvi-passiv məzmun daşımır. Yaşar müəllim Caviddəki 
«ümumi məhəbbət» idealının şairin «mübarizəyə çağırış» ehtirası ilə 
vəhdətdə olduğunu vurğulamışdır. H.Cavidin mübahisə doğurmuş və 
antidin ovqatı hakim olan «Peyğəmbər» dramının əsas qəhrəmanının 
«ümumi məhəbbət» idealı ortodoks dinə qarşı çıxması Y.Qarayev 
tərəfindən göstərilmişdir. 
Y.Qarayev iqtisadi kodun «şəxsiyyətin kamilliyi» problemini 
həll etmədən «şəxsiyyətin hüquqları» problemini irəli sürməsini iddia 
etmişdir. Məhz Y.Qarayevin iddia etdiyi sosial tərəqqinin bu yolla 
həyata keçirilməsi reallıqda mümkün olmaması da Y.Qarayev tərəfin-
dən irəli sürülmüşdür. 
Mədəniyyətmizin taleyində tarixi dönüş etmiş «altmışıncılar» 
«müharibədən çıxan nəsil» kimi İnsana xüsusi diqqət ayırmışdılar. 
Məhz «altmışıncılar» «insan» mövzusunu bədii ədəbiyyata yeni möv-
zu, yeni problem kimi, yenidən daxil elədilər» [1, s. 502]. «Altmışın-
cılar» və onun «İnsan»ı, konkret desək, qəhrəmanının düşüncəsi ənə-
nəvi «sovet adamı» anlayışına sığmaması Y.Qarayev tərəfindən gös-
tərilmişdir. Yaşar müəllim 60-cı illərdə yeni nəsrin tarixi mərhələ, 
xronoloji əhatə baxımından sovet ədəbiyyatına aid olması, lakin «so-
vet ideologiyasına» xidmət etməməsini vurğulamışdır. «Altmışıncı-
lar»ın ədəbiyyata gəlişi ilə ədəbiyyatın total rejimə qarşı çevrilməsi və 
gələcək istiqlal hərəkatının iştirakçısına çevrilməsi də Y.Qarayev 
tərəfindən qeyd edilmişdir. Y.Qarayevin fikrincə, 60-ci illərdə ədəbi 
gerçəkliyin sinfi meyarlardan təmizlənməsi və milli dəyərlərə üz 
tutması baş vermişdir. Bu İ.Şıxlının «Dəli Kür» və F.Kərimzadənin 
«Qarlı aşırım» əsərlərində özünü göstərmişdir. Yaşar müəllim bu 
əsərlərdə sinfi və milli dəyərlərin üz-üzə gəlməsini qeyd etmişdir. 
Y.Qarayev «Dəli Kür»də milli-etik səciyyənin beynəlxalq abstaksi-
yanı üstələməsini, «Qarlı aşırım» da isə «mənfi kommunist» surəti ilk 
dəfə ədəbi yasağa daxil olmasını göstərməyə nail olmuşdur. 
Y.Qarayev ədəbiyyatımızda Şərq-Qərb təsirinin dinamikasını 
izləyərkən, qlobalizmin təzahürünə toxunmadan yan keçməmişdir. 
Şərq-Qərb təsirini izləmiş Y.Qarayev bu təsirdə qloballaşmanın mü-
hüm rol oynamasını göstərərək qeyd etmişdir: «Qloballaşma – mə-


264 
dəni, milli və sosial unifikasiya utopiyası (planetar miqyasda vahid, 
yekcins demokratiya, total universal ictimai, siyasi, iqtisadi məkan) 
əməldə, işdə yalnız ona gətirib çıxarır ki, region və arealların yeni 
dövriyyədə, yeni sxemdə və nisbətdə iyerarxiyası və qarşıdurması, 
dünyanı qlobal təsirin və nüfuzun, «ikili standartların» dairəsinə 
(inhisarına) bölən oliqarxiyaların rejimi yaranır» [4, s. 3-4]. Y.Qara-
yev «ümumbəşəri tərəqqidə Qərb-Şərq axtarışları birləşmədi və bir-
birini tamamlamadı» [4, s. 4] fikri ilə cəmiyyətdəki «ikili standart-
lar»ın mövcudluğuna işarə etmişdir.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə