250
Hər sözün olmasa ilkin nami-həq,
Bulmaq olmaz mənfəət bilgil zi həq [4, s. 90].
Hər işə başlamazdan əvvəl Allahın adını çəkmək adi dini etiqad
tələbini yerinə yetirməklə məhdudlaşmır, həm də insanın daxili aləmi-
nin
təmizlənməsi, kamilləşməsi üçün mühüm vasitə olur. Həqiri sözə
Allahın adı ilə başlamağı Onun vaməndələrə (ehtiyacı olanlara) kö-
mək göstərməsi üçün zəruri bilir:
Eylədim mən ibtida həq adına
Ol yetər vamandələr fəryadına [4, s. 90].
Şair bu misralarda açıq şəkildə Allahın hökmünü bəyan edir.
“Oğuznamə”də deyilir:
Allah öldürmədügünü kimsə öldürəməz [1, s.19].
Allahın əzəli-əbədi bir gücə sahib olduğu bildirilir. Bu fikir istər
erkən, istərsə də orta əsr ədəbiyyatımızda
böyük əhəmiyyət kəsb et-
mişdir. Belə ki, H.Təbrizi yazır:
Ey adəmdən aləmi mövcud edən
Ey qamu əxlaqə lütfü cud edən [4, s. 90].
Allahın yaratma hökmü Həqiri Təbrizinin varlıq haqqında təsəv-
vürünün əsas istiqamətini müəyyən edir. Allahın aləmi ədəmdən (yox-
luqdan) mövcud etməsini bildirir. Qurani-Kərimdə
özünün geniş ifa-
dəsini tapan bu fikir Şah İsmayıl Xətainin şeirlərində də mövcuddur.
Ş.İ.Xətai yazır:
Ey ki, yoxdan bu cahanı var edən pərvərdigar
Yeri qaim gögləri dəvvar edən pərvərdigar [5, s. 47].
“Oğuznamə”də mədhiyyə məfhumunun digər forması
olan al-
qışlamalar da öz əksini tapmışdır:
Atalar aytmış (demiş):”Həq təala müsəlmanların qürbətdə xəs-
talığından və yigitlikdə ölümdən bə pirlikdə yoxsulluqdan saxlasun”.
Allah təala qullarını qaşıq bir düşmən şərindən saqlasun [6, s.18].
Allaha dua etmək ondan yardım istəmək şifahi ədəbiyyatımızda
olduğu kimi yazılı ədəbiyyatda da vardır. Nümunə olaraq, Ş.İ.Xətainin
“Dəhnamə” əsərinə müraciət edək:
251
Lütf eylə məni- fəqirə bari,
Öldürmə ğəm içrə zar-zari [7, s. 58].
Azərbaycan ədəbiyyatının tükənməz söz xəzinəsi olan “Kitabi-
Dədə Qorqud” dastanlarında istər öygülər, istərsə də alqışlamalar ge-
niş şəkildə verilmişdir. Dastanın ilk boyu olan “Dirsə xan oğlu Buğac
xan boyunu bəyan edər” boyunda təbiətin gözəlliyi geniş şəkildə vəsf
olunur:
Köksü gözəl dağlara gün düşəndə,
Caqqaluboz ac turağaylar cəh-cəhlə cayraduqda [8, s. 13].
XV əsrin görkəmli şairi Ş.İ.Xətainin “Dəhnamə”
əsərinin əv-
vəlində verilən təbiət təsviri sanki “Dədə Qorqud” dastanından verilən
şeir parçasının məntiqi davamıdır:
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan [7, s. 13].
Əsərin əvvəlində olan “Bahariyyə”də şair əsrarəngiz təbiət təs-
virləri vermiş, təbiətin gözəl çağı olan baharı vəsf etmişdir. Bülbüllə-
rin gözəl nəğmələr oxumasını, durnaların havada qanad çalmasını
poetik lövhələrlə canlandırmışdır.
“Kitabi-Dədə Qorqud” dastanında təbiət təsvirlərinə geniş yer
verilmişdir. “Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər”
boyunda Qazan xanın yurd, su, qurd və s. ilə xəbərləşərkən söylədiyi
öygüləri qeyd etmək lazımdır. Xan ilk olaraq
yurdu ilə xəbərləşir və
yurdunu belə vəsf edir:
Dostları ilə paylaş: