Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə31/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

edilməsi  metod  və  üsullarından,  məsələn  planlaşdmnadan  daha 
səmərəli  şəkildə  istifadə  etməyə  geniş  imkanlar  yaratdı.  Bu 
metodlardan nəinki böyük, hətta orta və kiçik firmalar ən müxtəlif 
sahələrdə  istifadə  etməyə  başladılar.  Layihələrin  idarə  edilməsinin 
tətbiqinin səmərəliyini dəyərləndirməyə imkan yaradan yeni üsullar 
meydana çıxdı. 
1980-ci  illər  layihələrin  idarə  edilməsinin  inkişafında  iki 
böyük töhfə ilə yadda qaldı: 
1.
 
ABŞ-da  Layihələrin  İdarə  Edilməsi  İnstitutunun  (PMI) 
kollektiv  işi  -  Project  Management  Body  of  Knowledge 
(PM  BOK  -  Layihələrin  idarə  edilməsi  üzrə  biliklər 
məcmusu)  çap  edildi,  burada  layihələrin,  idarə  edilməsi 
metod və üsullannm  yeri,  rolu, strukturu və idarəetmədə 
onlann payı müəyyənləşdirildi. Layihələrin idarə edilməsi 
peşəkar fəaliyyət sahəsi fənlərarası sahə kimi tam şəkildə 
formalaşdı; 
2.
 
1990-cı  ildə layihələrin  idarə edilməsi  üzrə  Ümumdünya 
Konqresində layihələrin idarə edilməsinin gələcək inkişafı 
problemləri - layihələrin köməyi ilə idarəetmə problemləri 
müzakirə edildi; 
3.
 
1991-ci 
ildə 
Almaniyanın 
milli 
İNTERNET 
assosiasiyasının  hazırladığı  dərslik  və  kitablar  işıq  üzü 
gördü. Burada layihələrin idarə edilməsi üzrə ümumdünya 
təcrübəsi  ile  Almaniyada  layihələrin  idarə  edilməsi 
sahəsində qazanılan çoxillik təcrübə ümumiləşdirilirdi. 
1990-cı  illərdə  layihələrin  idarə  edilməsi  üzrə  yeni 
istiqamətlər  inkişaf  etdirilirdi.  1990-cı  illərin  ewələrində  ən 
əhəmiyyətli hadisələr aşağıdakılar olmuşdur: 
129 


1

2

3. 
Layihələrin idarə edilməsi üzrə yığılan bilik və 
təcrübələrin MDB və üçüncü dünya ölkələrinə trans- 
fer edilməsi
Layihələrin idarə edilməsinin qeyri-ənənəvi sahələr- 
də: ictimai və iqtisadi layihələr, böyük beynəlxalq 
layihələrdə tətbiqi imkanlannm və bımun faydasmın 
etiraf edilməsi. 
Layihələrin idarə edilməsi metod və vasitələrindən 
islahatlann idarə edilməsi prosesində tətbiqi. 
Ən  böyük  hadisə  Florensiyada  keçirilən  İNTERNET-92 
konqresidir,  onun  devizi  aşağıdakı  kimi  olmuşdur:  «Sərhədsiz 
layihələrin  idarə  edilməsi»  və  məhz  bu  konqres  layihələrin  idarə 
edilməsinin inkişafında yeni perspektivlər açdı. 
1990-cı 
illərin  sonunda  Respublikamız  üçün  ç(|x 
əhəmiyyətli  olan  hadisə  baş  verdi  -  Layihələrin  İdarə  Edilməsi 
Azərbaycan  Assosiasiyası  (AzPMA)  yarandı.  2002-ci  ildə  Az- 
PMA  Layihələrin  İdarə  Edilməsi  Beynəlxalq  Assosiasiyasına 
(İRMA) üzv seçildi və İPMA-nın milli assosiasiyası statusunu aldı. 
Layihələrin  idarə  edilməsinin  inkişafında  və  geniş  şəkildə 
yayılmasında  bütün  dünya  mütəxəssislərini  birləşdirən  peşəkar 
təşkilatlar böyük rol oynamışlar. Hələ 1970-ci ildə müxtəlif qitə və 
ölkələrin peşəkaılan özlərinin milli, sonra isə beynəlxalq təşkilat və 
birliklərini yaratmışdırlar: 

 
Avropada - Layihələrin İdarə Edilməsi Beynəlxalq 
Assosiasiya (tPMA); 

 
Şimali Amerikada - Layihələrin İdarə Edilməsi İnstitutu 
(PMİ); 

 
Avstraliyada - Avstraliya Layihələrin İdarə Edilməsi 
İnstitutu (APMI); 
130 


 
 Asiyada - Yaponiya Mühəndisliyin inkişafı Assosiasiyası. 
Zaman  keçdikcə  bu  təşkilatlar  layihələrin  idarə  edilməsi 
0SP.ro  keçirilən  milli  və  beynəlxalq  forumlarda  qarşılıqlı  şəkildə 
İştirak  etmək,  məlumat  və  ideya  mübadiləsini  həyata  keçirmək, 
xüsusi  nəşrlərdə  çap  edilən  məqalələri  bir-birlərinə  göndərmək 
üçün  daha  sıx  əlaqələr  yaratmışdır.  Belə  ki,  hələ  1970-ci  illərdə 
müxtəlif  qitə  və  ölkələrin  mütəxəssislərini  birləşdirən,  milli  və 
mədəniyyət  sahələrini  əhatə  edən  «layihələ
rin 
idarə  edilməsi 
dünyası»  formalaşmışdı.  Bütün  bımlar  layi-  holerin  idarə 
edilməsinin inkişafında əhəmiyyətli rol oynamışdır. 
3.4.
 
LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ 
BEYNƏLXALQ ASSOSİASİYA - İPMA 
Avropanın  bütün  inkişaf  etmiş  ölkələrinin  demək  olar  ki, 
liamısını, o cümlədən üç MDB (Rusiya, Ukrayna və Azərbaycan) 
ölkələrini birləşdirən IPMA layihələrin idarə edilməsi sahəsində ən 
böyük və birinci beynəlxalq təşkilat sayılır. 
1965-ci  ildə  Domier  (AFR)  firmasmın  məşhur  layihə 
meneceri Roland Quç Parisdə Avropa və ABŞ-ın layihələrin idarə 
edilməsi  üzrə  ekspertlər  qrupu  ilə  birlikdə  iclas  keçirtmişdir.  Bu 
görüş İPMA-m yaranması ilə başa çatdı, R.Quç isə həmin təşkilatın 
prezidenti  seçildi  və  uzun  illər  ərzində  assosiasiyanın  lideri  kimi 
tanındı. 1967-ci ildə Vyanada Birinci Ümumdünya İPMA konqresi 
keçirildi,  onun  işində  dünyanın  400-dən  çox  mütəxəssisi  iştirak 
etmişdir.  1994-cü  ilin  iyul  ayında  isə  Norveçin  Oslo  şəhərində 
İPMA-nm 12-ci ümum- 
131 


 
dünya  konqresi  keçirildi,  bu  iqamətgah  Sürixdə  peşəkar  təşkilat 
kimi tanındı. 
Layihələrin  idarə  edilməsi  üzxə  milli  assosiasiyalar  ailəsi 
yarandı. 2002-ci ilin yanvar ayında Azərbaycan və Rumıniya, iyun 
aymda isə Braziliya üzv oldu. Beləliklə, IPMA-yn aşağıdakı ölkələr 
daxildirlər:  Avstriya,  Azerbaycan,  Almaniya,  Böyük  Britaniya, 
Braziliya,  Cənubi  Afrika,  Çex  Respublikası,  Çin  Respublikası, 
Danimarka,  Finlandiya,  Fransa, Hindistan, Hollandiya, Xorvatiya, 
İrlandiya,  İslandiya,  İsveç,  İsveçrə,  İspaniya,  İtaliya,  Latviya, 
Macanstan,  Misir,  Polşa,  Portuqaliya,  Rusiya,  Rumıniya, 
Slovakiya, Sloveniya, Ukrayna, Yuqoslaviya, Yunanıstan. 
Öz növbəsində layihələrin idarə edilməsinin milli təşkilatlan 
çoxsaylı  tədqiqat,  layihə,  təhsil  müəssisələri  və  təşkilatlar, 
mühəndislik,  məsləhət,  sənaye,  investisiya,  inşaat  fır-  malan  və 
şirkətlərini,  habelə  yaradıcı  fəaliyyətin  bütün  sahələrində 
layihələrin  həyata  keçirilməsi  və  idarə  edilməsi  ilo  məşğul  olan 
diger təşkilatlan əhatə edir. 
IPMA-nın  başlıca  məqsədi  layihələrin  idarə  edilməsi 
sahəsində  peşəkarlığm  inkişaf  etdirilməsidir.  İPMA  öz  qarşısına 
aşağıdakı əsas vəzifələri qoymuşdur: 

 
layihələrin  həyata  keçirilməsi  və  idarə  edilməsi  üzrə 
beynəlxalq iüeya və təcrübəni təmin etmək

 
layihəlenn idarə edilməsinin müasir metodlarının inkişafı 
və Onlardan istifadə; 
e  layihəlenn  idarə  edilməsi  sahəsində  alimlər  birliyinə, 
mütəxəssis Və təcrübəçilərə yardrnı göstərmək; 

 
layihəlenn  idarə  edilməsi  üzrə  təhsil,  sertifikatlaşdırma 
və təcrübi işlə bağlı beynəlxalq standartlann təminatı; 
132 
 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə