Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

34 

 

(



1144-1234

)  ―Əvarifül-Məarif‖  (Vat.  arab.  1660)  və    onun 

əmisi,  sührəvərdiyyə  sufi  təriqətinin  banisi  Əbu  Nəcib 

Sührəvərdinin 

(1097–1168)

 

―Ən 



nəhcül-məsluk 

fi 


siyasətül-müluk‖  (―Nəhcül-suluk‖)  əsərinin  türk  dilinə 

tərcüməsi  də  Apostol  kitabxanasında  qorunmaqdadır  (Vat. 

turc. 316).   

Tədqiqatlar  zamanı  Apostol  kitabxanasında  çoxsaylı 

ġirvan  müəlliflərinin  əsərləri  aĢkar  olunmuĢdur.  Onların 

sırasənda  Əhməd  bin  Məhəmməd  bin  Əli  ġirvaninin 

―Nəfhatül-Yəmən  fi  ma  yazül  bi-zikrihi  əĢ-Ģəcən‖  əsərinin 

adını  çəkmək  olan.  Bu  əsər  ərəb  dilində  yazılmıĢ  və 

qəsidələrdən ibarət ədəbi məcmuədir (Vat. arab. 1047. VI). 

BaĢqa  məĢhur  Ģirvanlı  müəllifin,  XV  əsrdə  sultan 

Muradın  sarayında  həkimbaĢı  vəzifəsində  çalıĢmıĢ 

Məhəmməd  ibn  Mahmud  ġirvaninin  (1375-1450)  əczacılıq 

üzrə  “Rəvzatül-itr  li-an  yərtadül-əttar‖  əsərinin  surəti  də 

Vatikandan  Bakıya  gətirilmiĢdir.  Kitab  artıq  Əlyazmalar 

Ġnstitutunda ərəb dilindən Azərbaycan dilinə tərcümə olunub 

(Vat. arab. 877). 

Nisbətən  müasir  ġirvan  müəlliflərindən  XIX  əsrin 

sonu  -  XX  əsrin    əvvəllərində  yaĢamıĢ  Əbdül-Məcid 

ġirvaninin  adını  çəkmək  olar.  Vatikanda  ona  məxsus 

―Kitabi-Sehri‖  əsərinin  əlyazması  saxlanılır.  Bu  əsər  türkçə 

yazılmıĢdır  və  Cəlaləddin  Ruminin,  ġəms  Təbrizinin 

Ģeirlərinin  Ģərhidir.  Əlyazması  1915-ci  ildə  köçürülmüĢ  bu 

kitab  Osmanlı  sultanı  V  Mehmet  RəĢada  (1909-1916)  ithaf 

olunmuĢdur (Vat. turc. 135).  

―Muğamın  atası‖  sayılan  XII  əsr  Azərbaycan 

musiqiĢünası Səfiəddin Əbdülmömin bin Faxir əl-Ürməvinin 

ərəb  dilində  yazılmıĢ  ―Əl-musiqi‖  (―Ər-risalətüĢ-Ģərəfiyyə 



35 

 

fin-nisabüt-təlimiyyə‖) 



əsəri  də  həmin  kitabxanada 

qorunmaqdadır (Vat. arab. 319, III). 

AxtarıĢlar  zamanı  Cənubi  Azərbaycanın  Zəncan 

bölgəsindən  olan  bir  neçə  müəllifin  əsərləri  də  aĢkar 

edilmiĢdir.  Onlardan  biri  Əbdül-Vəhhab  Zəncaniyə 

məxsusdur  və  Əhməd  bin  Məhəmməd  əl-Hillinin  ərəb 

grammatikasına  aid  əsərinin  Ģərhidir.  Bu  kitab  ərəb  dilində 

yazılmıĢdır  və  184  vərəqdən  ibarətdir  (No  68,  DCCCLV 

(attuale  853).  BaĢqa  zəncanlı  müəllifin  əsəri  də  dilçiliyə 

aiddir.  Bu,  Əbu  ət-Təna  Mahmud  bin  Əhməd  bin  Mahmud 

bin  Bəxtiyar  əz-Zəncaninin    ―Müxtəsərüs-Səhah  fil-Lüğət‖ 

(―Tənqihüs-Səhah‖)  kitabıdır.  Ərəb  dilində  yazılmıĢ  və  225 

vərəqdən  ibarət  bu  əsərin  əlyazması  894-cü  hicri  ilinin 

mühərrəm  ayında  köçürülmüĢdür  (Vat.  arab.  565).  Apostol 

kitabxanasında Ġbrahim bin Əbdüssəlam əz-Zəncani əl-Ġmam 

əl-Müəzzəmin  ―ġərhüt-təĢrifül-izzi‖  kitabı  da  mühafizə 

olunmaqdadır. Bu, 44 vərəqdən ibarət əlyazma  723-cü hicri 

ilində köçürülmüĢdür (Vat. arab. 351). 

2010-2012  illərdəki  tədqiqatların  davamı  olaraq, 

2013-2014 

illərdə 

Vatikan  Apostol  Kitabxanasında 

araĢdırmalar  davam  etdirilmiĢdir.  Bu  ərəfədə  anadilli 

(türkdilli) əsərlərin tədqiqinə xüsusi fikir verilmiĢdir. Ġlk dəfə 

olaraq 100-dən çox bu vaxta qədər qeydə alınmamıĢ və təsvir 

olunmamıĢ  türkdilli,  o  cümlədən  azərbaycandilli  orta  əsr 

əlyazması aĢkar olunmuĢdur, onların ilkin tədqiqatı və təsviri 

yerinə  yetirilmiĢdir.  AĢkar  olunmuĢ  əlyazmaların  arasında 

Ģeir  və  nəsr  əsərləri,  Azərbaycan  tarixini  iĢıqlandıran, 

Eldənizlər,  Ağqoyunlu,  Qaraqoyunlu,  Səfəvi  və  sair 

Azərbaycan  dövlətlərinin  tarixindən  xəbər  verən  əlyazmalar 

vardır.  Bu  icmalda  2013-2014  illərdə  surətləri  Vatikandan 




36 

 

Bakıya  gətirilmiĢ  və  Əlyazmalar  Ġnstitutuna  təhvil  verilmiĢ 



Azərbaycan  əlyazmalarının  bəziləri  haqqında  məlumat 

veririk. 

Süruri Əcəminin ―Divan‖ı əldə olunan mənbələrin ən 

qiymətlisidir. Süruri XV əsrin sonu və XVI əsrin əvvəllərində 

yaĢamıĢ və ana dilimizdə yazıb-yaratmıĢ Azərbaycan Ģairidir. 

Onun bu ―Divan‖ı indiyə qədər tədqiq və nəĢr olunmamıĢdır. 

Süruri  Nəsimi  ədəbi  məktəbini  davam  etdirən  istedadlı 

sənətkardır.  Onun  hürufi  görüĢləri  təbliğ  edən  Ģeirləri  çox 

məĢhur  olmuĢdur.  Xüsusən  ġah  Ġsmayıl  Xətai  hakimiyyət 

baĢına gəldikən sonra (1502-1524) Süruri öz fikirlərini daha 

sərbəst söyləməyə imkan tapmıĢdır. Süruri yaradıcılığı əsasən 

hürufiliyə  həsr  olunmuĢ  əsərlərdən  ibarət  olsa  da,  onun 

məhəbbət mövzusunda yazılmıĢ qəzəlləri də vardır. Sürurinin 

―Divan‖ının  surəti  AMEA  Əlyazmalar  Ġnstitutuna  təhvil 

verilmiĢdir. Ġndi mütəxəssislərimiz Azərbaycan ədəbiyyatının 

bu  dəyərli  incisini  tədqiq  etmək  imkanınına  malikdirlər 

(Borg. turc. 35).  

Bundan  əlavə,  Vatikandan  bir  sıra  baĢqa  maraqlı 

əlyazmaların  sürətləri  də  Bakıya  gətirilmiĢdir.  O  cümlədən, 

XV əsrin böyük Azərbaycan filosofu Seyid Yəhya Baküvinin 

oğlu  ġeyx  Əli  Səmərqəndinin  həyatına  həsr  olunmuĢ 

―Mənaqibi-ġeyx Əli Səmərqəndi‖ əsəri diqqətəlayiqdir (Vat. 

turc. 166).  

Vatikandan  gətirilmiĢ  bu  və  baĢqa  əlyazma 

nüsxələrinin  surətləri  hal-hazırda  AMEA  Əlyazmalar 

Ġnstitutunun fonduna təhvil verilmiĢdir. 

AĢkar 

olunmuĢ 


Azərbaycan 

müəlliflərinin 

əlyazmaları  türk  (Azərbaycan),  fars  və  ərəb  dillərindədir. 

Onların  arasında  yeni,  Azərbaycanda  məlum  olmayan  və 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə