Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   2   3   4   5   6   7   8   9   ...   20

 

(Elxani, Səfəvi, ƏfĢar, Qacar və s.) Roma Papaları ilə məxfi 



yazıĢmalarını  əks  etdirən  məktublar  vardır.  BaĢqa  sənədlər 

Vatikan  kilsəsinin    Azərbaycanda  apardığı  dini  fəaliyyət  və 

təbliğatla bağlıdır. 

Vatikan  Apostol  Kitabxanasında  da  araĢdırmalar 

aparılmıĢdır.  Orada  400-dən  çox  qədim  əlyazma  əsəri 

tədqiqata  cəlb  olunmuĢdur.  Bunun  nəticəsində,  həmin 

kitabxanada  orta  əsr    Azərbaycan  müəlliflərinə  məxsus  80 

qədim  əlyazma  əsəri  aĢkar  edilmisdir.  Bunlar  Azərbaycan 

(türk),  fars,  ərəb  dillərində  yazılmıĢ  orta  əsr  əlyazma 

kitablarıdır.  Onların  arasında  həm  məĢhur  Azərbaycan 

müəllifləri - Nizami, Füzuli, Nəsimi, ġəbüstəri, Sührəvərdi və 

b., - əsərləri, həm də indiyə qədər bizə məlum olmayan orta 

əsr Azərbaycan müəlliflərinin 9 əsəri vardır.  

Kitaba əlavə olunmuĢ siyahıda bütün bu əsərlərin qısa 

təsviri  verilir  (bax:  Əlavə  1,  Əlavə  2).    Azərbaycanın 

Vatikandakı  səfirliyi  ilə  əvvəlcədən  razılaĢdırılmıĢ  qaydada, 

bu  əsərlərin  əksəriyyətinin  surətləri  Azərbaycana  gətirilmək 

üçün  ödəniĢli  qaydada  sifariĢ  edilmiĢ  və  nəticədə 

Azərbaycana gətirilmiĢdir. 

Ezamiyyət  zamanı  Məxfi  Arxivlər  və  Apostol 

Kitabxanasının,  eləcə  də  Neapol  Universitetinin  rəhbər  və 

əməkdaĢları  ilə görüĢlər keçirilmiĢ  və gələcək əməkdaĢlığın 

yolları müzakirə edilmiĢdir.    

 

TARĠXĠ ĠCMAL: ROMADA KĠTABXANA 



MƏDƏNĠYYƏTĠ 

 

Dünyanın gözəl Ģəhərlərindən biri olan Roma həm də 



dünya  sivilizasiyasının  beĢiklərindən  biridir.  Qədim  etrusk 


 

mədəniyyətini, Roma imperiayasını və  Ġntibah dövrünü  əks 



etdirən  çoxsaylı  tarixi  abidələr  bu  Ģəhəri  dünyanın  ən  tarixi 

Ģəhərləri  sırasına  daxil  edir.  Minilliklər  boyunca  bu  ərazidə 

müxtəlif dövlətlər, xalqlar və dinlər deyiĢsə də, bu Ģəhər  öz 

möhtəĢəmliyini  itirməməĢdir.  BeĢinci  əsrdə  barbarlar 

tərəfindən  tam  məhv  edilən  bu  əzəmətli  Ģəhər  Ġntibah 

dövründə  yenidən  çiçəkləndi  və  öz  ucalığını  və  gözəlliyini 

özünə  qaytardı.  Elə    bunlara  görə  də  Romaya  ―əbədi  Ģəhər‖ 

deyirlər.  Bu  Ģəhərin  hər  yerində,  az  qala  hər  tinində,  hər 

döngəsində 

ulu 


tarixin 

ab-havası 

duyulur. 

Roma 


imperatorlarının saray və sərdabələrinin möhtəĢəm qalıqları,  

dahi  Mikelancelo  və  Bernininin  yaratdığı  heykəllərlə 

yan-yana  burada  Rafael,  Pinturikkio  və  Karavacconun  rəsm 

əsərləri  ilə  bəzədilmiĢ  saysız-hesabsız  kilsələr  və  imarətlər 

yerləĢir. Romanın  ən möhtəĢəm incəsənət, memarlıq və tarixi 

abidələri ilə ətraflı tanıĢ olmaq üçün bir il də kifayət etməz. 

Roma  Ģəhəri  həm  də  gözəl  kitabxanalar  və  tarixi 

arxivlərlə  zəngindir.  Bu  kitabxanalar  dövlət  qurumlarının, 

Ģəhər  bələdiyyələrinin,  müxtəlif  dini  təriqətlərin,  kilsələrin 

nəzdində  fəaliyyət  göstərir.  Kitabxanaların  mövcudluğu  və 

çoxluğu 

mədəni 


inkiĢafın 

göstəricilərindən 

biridir. 

Hal-hazırda  Roma  kitabxanalarının  bir  çoxu  orta  əsrlərdən, 

Ġntibah dövründən baĢlayaraq, yəni 300-600 ildir ki, fasiləsiz 

olaraq fəaliyyət göstərir. Burada əsrlər boyu qiymətli kitabları 

toplamıĢlar.  Ona  görə  də  biz  Roma  kitabxanalarında  qədim 

papirus və perqamentlərdən tutmuĢ orta əsr əlyazmalarına və 

qədim  çap  kitablarına  qədər  müxtəlif  əski  qaynaqlara  rast 

gəlirik. Maraqlı tarixi mənbələr təkcə mərkəzi kitabxanalarda 

deyil, Ģəhər və ümumiyyətlə ölkə boyu səpələnmiĢ  yüzlərcə 

nisbətən kiçik arxivlərdə də mühafizə olunur.  




 

Müasir  Romada  kitab  mədəniyyətinin  tarixi  qədim 



Romaya,  antik  dövrə  gedib  çıxır.  Bu  sahədə  romalılar  daha 

qədim  kitab  mədəniyyətinə  malik  qədim  yunanların 

davamçıları  olmuĢlar.  Elmdə  və  fəlsəfədə  qədim  romalılar 

qədim  yunanlarla  rəqabət  apara  bilməsələr  də,  Aristotelin, 

Arximedin,  Evklidin,  Hippokratın,  Platonun,  Empedoklun, 

Heraklitin,  Pifaqorun  və  sair  qədim  yunan  alimlərinin 

əsərlərini öyrənərək onların bir hissəsini latın dilinə çevirmiĢ, 

Ģərh  etmiĢ  və  idarə  etdikləri  nəhəng  Roma  Ġmperiyasında, 

Avropada və Yaxın ġərq ərazilərində yayaraq təbliğ etmiĢlər.  

Qədim  Romanın  ən  məĢhur  kitabxanası    imperator 

Trayan  tərəfindən    107  —  113-ci    illərdə  təsis  edilmiĢdi.  

Ulpiy Kitabxanası adlanan və bir neçə korpusdan ibarət olan 

bu  nəhəng  kitabxana  yunan  memarı  DəməĢqli  Apollodor  

tərəfindən inĢa edilmiĢdi.  Kitabxana Trayan Forumu adlanan 

və  dəbdəbəli  zəfər  tağı,  sütun  və  heykəllərlə  bəzədilmiĢ 

ərazidə,  böyük  parkın  içində  yerləĢirdi.  Kitabxananı  əhatə 

edən  sütunlu eyvan və  dəhlizlərdə alim və yazıçılar görüĢür 

və  elmi-fəlsəfi söhbətlər aparırdı.  III  əsrin sonunda Romada 

artıq  28  ictimai  kitabxana  var  idi.  Savadlı  insanlar  kitabları 

evlərində  də  toplayırdılar.  Qədim  Roma  natiqi  və  filosofu  

Mark Tulli Siseron (e.ə. 106-43) deyirdi: ―Kitabsız ev ruhsuz 

bədənə bənzəyir‖

1

.  


Vezuvi  vulkanının  püskürməsi  nəticəsində  eramızın  

79-ci  ildə  məhv  olmuĢ  Herkulanum  Ģəhərində  aparılmıĢ 

qazıntılar    zamanı  oradakı  evllərin  birində  1752  qismən  və 

yaxud  tamamilə  yanaraq  külə  dönmüĢ  kitab  qalıqları  aĢkar 

edilmiĢdi. Bunların əksəriyyəti yunan və latın dillərində idi. 

                                                 

1

 

«Марк Туллий Цицерон. Мысли и высказывания». М.: Изд-во: "Олма 



Медиа Групп", 2011, с. 32 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə