Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə22/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   18   19   20   21   22   23   24   25   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
102 
 
* * * 
Salır ötən günlərə Qafur yenidən nəzər,  
Gözlərinin önündən keçir canlı lövhələr:  
Bayıldakı yosunlu, sürüşkən qayalıqlar,  
Tilovla tutduqları körpə, pullu balıqlar.  
Axşamları həyətdə, "beş-daş" oynadıqları  
Dilbər Şüvəlandakı əncir, üzüm bağları.  
Əziz məktəb dostları, o çətin imtahanlar,  
Müəllimlər, o sadə, o sevimli insanlar.  
Nəhayət, mətbəədə mürəttiblik, iş, əmək,  
Hər kitabda bir aləm, hər kitabda bir ürək.  
Ayrılır bir an Qafur dərin düşüncələrdən  
Doğrudan dar gündədir, anamız doğma vətən.  
Ağır müharibədən, düşmənlə üz-üzəyik,  
Düşmən üzü gecəyə, biz üzü gündüzəyik.  
Müharibə, bu kəlmə min qanlı yük daşıyır,  
Onun ağırlığını kiçik, böyük daşıyır.  
Müharibə deyil dost təki, - quran ellərə,  
Əsarət zəncirini çoxdan qıran ellərə.  
Nə deyim, müharibə ayrılıqdır, kədərdir.  
Bu kəlmənin dəhşəti yerdən göyə qədərdir. 
 
* * * 
Keçirdi qollarına hərbi çantanı, bir an  
Budur, ayaq saxladı bizim bakılı oğlan,  
Dedi həsrət içində: ana gəl halallaşaq,  
Ürəyini sıxma gəl, oğlun deyildir uşaq.  
-
 
Bilirəm ki, deyilsən, bir dəqiqə dur bala,  
Unutmuşdum az qala,  
Bayaqdan görməyirdi gözlərim püstələri,  
Yolda yeyərsən oğul, o çantanı ver bəri.  
Ana püstə dərdikcə əl çatan budaqlardan,  
Çəkmirdi gözlərini naməlum uzaqlardan.  
Üzüb ayaqlarını bu dəmdə yerdən Qafur  
Dırmandı pişik kimi ağaca birdən Qafur. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
103 
 
Püstə salxımlarmı doldurdu çantasına,  
Yarpaqlar arasından baxdı yurd-yuvasına.  
Atılıb yerə öpdü anasını bir daha,  
Qucaqladı məhəbbət dünyasını bir daha. 
- Hələlik əziz ana, mən getdim. 
- Get, 
yaxşı yol! 
Get, oğlum, get, nəslin tək həmişə qəhrəman ol!  
Ana əziz oğlunun baxır, baxır dalınca,  
Gözündən ixtiyarsız yaşlar axır dalınca. 
 
* * * 
 
Qara dəniz dalğalar, gəmilər, sahil, şəhər,  
Həyəcanlarla açır gözünü burda səhər.  
Cəbhənin saatıyla hər gün oyanır sular, 
Tökülən bombalardan alışıb yanır sular. 
Qəliz, qara tüstülər yüksəlir yerdən göyə, 
Qalxır alov sütunlar dərdli şəhərdən göyə. 
Qara dəniz qəzəbdən düyünləyib alnını, 
Qansız salacaq yola o hər əliqanlını. 
Çətindir nəfəs almaq, hava qurğuşun kimi. 
Düşmən təyyarələri ov gəzir quzğun kimi. 
Baxışlar şimşək çaxır, ürəklər kinlə dolu, 
Heçliyədir bu yerdən düşmənin zülmət yolu. 
Dənizçilər vətəni, möhtəşəm hərbi liman  
Deyir: "Əymərəm boyun qan sızsa da yaramdan.  
Nəhəngcə bir gəmidir, sanki, bu məğrur şəhər,  
Bağrı qandan qırmızı, dayanıb durur şəhər.  
Sevastopol müqəddəs qəhrəman rus qalası,  
Olmuşdur, olacaqdır hər zaman rus qalası. 
 
* * * 
Gəmilərdən atılan topların nərəsindən,  
Vahiməylə qaçışan düşmənlərin səsindən  
Az qalır ki, partlasın pərdəsi qulaqların,  
Düşsün ürək-göbəyi Krımdakı dağların. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
104 
 
Dərə dolu, düz dolu faşist cəmdəklərilə,  
Havanı zəhərləyən o it cəmdəklərilə.  
Döyüşür neçə aydır Sevastopol durmadan,  
Gözlərini yummayır bircə saat, bircə an.  
Sevastopol! Qapıdan çox ordular qovulmuş,  
Sənə göz tikənlərin burunları ovulmuş.  
Poladdan bir qala tək dur, gözəl şəhərim, dur!  
Düşmənlərin qəlbindən vur, gözəl şəhərim, vur!  
Üstünə atlı gələn, atsız gedib bu yerdən,  
Şöhrətli, adlı gələn, adsız gedib bu yerdən. 
Dəmir axına bir bax, 
Sənə göndərir dayaq  
Bilirsən ki, unutmaz ölüm də kəssə yolu.  
Xəzər Qara dənizi, Bakı Sevastopolu.  
Budur, o qara gözlü, o qara qaşlı Qafur  
Bakılı bir mürəttib, iyirmi yaşlı Qafur. 
     Bir gör necə vuruşur,  
     Gündüz, gecə vuruşur!  
     Azərbaycanlıdır o, möhkəmdir öz sözündə,  
     Şərəfdir dost yolunda ölüm onun gözündə.  
     Hələ bundan sonra sən tanıyacaqsan onu,  
     Bağrına basacaqsan Azərbaycan oğlunu.  
     Baxışları bu gündən gələcəyə nur saçır,  
     Zəfərlərə amansız süngüsüylə yol açır. 
 
* * * 
Gecədir... sakit gecə, hər yan qatı qaranlıq,  
Çapır öz altındakı qara atı qaranlıq,  
Susub toplar, tüfənglər... Sahildəsə bu ara  
İki cavan diqqətlə göz gəzdirir sulara.  
Rabitəçi Qafurla, komandir Sinetski  
(Döyüşdə öz dostuna hayandır Sinetski)  
Biri sakit, mərd, cəsur, biri dilli, diribaş.  
Fərqi var bir-birindən onların iki-üç yaş,  
Ulu babalarımn olmuşsa da bir zaman  
Bir-birindən ayrıca inamı, etiqadı, 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
105 
 
Bu iki esgərinsə, deyil kimsəyə pünhan, 
Ayrı deyil, ekizdir etiqadı, həyatı. 
Göy sakit, dəniz sakit, gecə qaranhq gecə, 
Bəs onlar bir-birini necə seçirdi, necə?! 
Böyük inamlarmın, ölməz diləklərinin
Kremlin saatıyla vuran ürəklərinin 
Məşəlilə görürdü bu dostlar bir-birini, 
Dünya qədər sevirdi bu dostlar bir-birini.  
Yaşım yüz deyilsə də,  
Eşidənlər gülsə də, 
Sanıram mən də vardım o tarixi savaşda,  
Lap elə bu geyimdə, bu görkəmdə, bu yaşda.  
Yağıların indi də o şanlı gündən bəri 
- Odur, 
dostum 
qızanr yenə səhərin gözü 
Lakin bitib tükənmir odlu sinəmin sözü, 
Sənə bir sualım var, bax gözümün içinə. 
Sevgilidən-filandan varındırmı, de mənə, 
- Heç 
özüm 
də bilmirəm nə deyim, nə söyləyim. 
- Necə yəni? 
- Qoy 
sənə bir qədər şərh eləyim. 
Var desəm, yox kimidir; yox desəm, var kimidir;  
Onsuz da başıma dünya, demirəm, dar kimidir. 
- Tez-tez 
məktub yazırmı? 
- Hələ deyilik tanış. 
- Bir 
şey başa düşmədim, bir qədər açıq daınş! 
- Qonşuluqda yaşayır, evimiz üzbəüzdür, 
Mənə elə gəlir ki, qəlbim tək qəlbi düzdür. 
Mən ona çox baxmışam, o da mənə baxıb çox, 
Nə mən bir söz demişəm... Nə də o deyib... Yox, yox,  
Bağışla, komandirim, bəlkə bu aldanışdır,  
Səndən niyə gizlədim, gözlərimiz tanışdır. 
- Gözəldirmi? 
- Gözəldir! 
Adı nədir! 

Ədilə! 
- At 
bu 
utancaqlığı, qoy eşqin gəlsin dilə. 
Bir məktub yaz o qıza, yazmasan mən yazaram 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə