Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə23/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
106 
 
 
Yazaram ki, baş əyir dostum hüzurunuza.  
Yox, özün yaz, yoxsa ki, ürəyim tutmaz aram.  
Yazarsanmı? 
- Yazaram. 
- Məndən salam o qıza... 
- Sən necə, evlisənmi? 
- Nə evliyəm, nə subay, 
Haray bu ayrılığın əlindən haray, haray.  
Araya dava düşdü, toyumuz baş tutmadı 
- Məktub yazırmı? 
- Yazır, Lizadır onun adı. 
- Bağışla komandirim, harda olur və kimdir? 
- "Taman" qospitalında ürəklərə həkimdir... 
Aldı atəş səsləri bu sözlərin üstünü, 
Hər "dostun", hər qazmanın, hər səngərin üstünü.  
Başlandı partlayışlar... lap yaxında dalbadal,  
Dincəlmək igidlərə burda mahaldır, mahal.  
Budur cəbhə həyatı!.. Salam sənə ey səhər,  
Atəşlə verdin cavab bizə yenə ey səhər! 
 
* * * 
Səhər açdı yuxusuz al qanlı gözlərini  
Hərbin keşməkeşindən dumanlı gözlərini.  
Qafur, bakılı Qafur əlində avtomatı,  
Ölümün pəncəsindən qurtarmaqçın həyatı  
Atır, vurub öldürür, düşmənə qan uddurur.  
Gah sürünür üzü üstə, gah dayanır, gah durur,  
Burda avtomatdadır söz-söhbət, sorğu-sual,  
Avtomatla ver sual, avtomatla cavab al.  
Yenə intiqam deyir topların kobud səsi,  
Qanlı yollardan keçir könüllərin nəğməsi.  
Qəhrəmanlar, bu yerdə qalmasın bir yad deyə,  
Ölülərin üstündən keçirlər həyat, deyə.  
Qaçan o, balıq gözlü sərxoş soldatlara bax,  
Milçək kimi qırılan vicdansız yadlara bax.  
Burda nə saat bəlli, nə dəqiqə bəllidir, 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
107 
 
Bizdən ölən bircəsə, düşmənlərdən əllidir. 
Həyat ölümsüz deyil, qurbansız gülməz zəfər. 
Qafurun dörd yanına səpələnir güllələr. 
Bir güllə bir əsgəri yaralayır başından. 
Ayırır bircə anda yoldaşı yoldaşından 
Bir qırpımda o gəncin enir göz qapaqları, 
Titrəyir hiddətindən Qafurun dodaqları. 
Gözünə sataşınca yadların pulemyotu, 
Alışır ürəyində sönməz, intiqam odu. 
Əlində qumbaralar sürünür torpaq üstə, 
Bir polad dağ yeriyir sanki bir mum dağ üstə. 
"Al payını!" söyləyib tullayır bombaları, 
Düşmənlərin bağrı qanadır bombaları. 
Faşist pulemyotçusu susur pulemyotuyla, 
Vidalaşır əbədi, öz murdar həyatıyla. 
Bu qəhrəmanlıq verir can, ürək matroslara. 
Sinetski: - Dalımca! - deyərək matroslara, 
Öz qoçaq dəstəsiylə keçir yenə hücuma 
Qafur da cuma-cuma 
Çatır Sinetskiyə, vəfalı yoldaşına 
İgid komandirinə, öz cəbhə qardaşına. 
Avtomatlar od saçır, 
Yağı dovşan tək qaçır. 
Döyüş susur... Komandir Qafuru qucaqlayır, 
Ürəyini dostunun ürəyinə bağlayır. 
 
* * * 
Duşmən quvvət toplayıb gəlır başı aşağı,  
Ağ canavarlar kimi eşir qanlı torpağı.  
Soxulur kor-koruna, ölə-ölə hər yana,  
Lənətə gəlsin görüm vəhşilər doğan ana.  
Komandir Sinetski döyüşlərin canıdır,  
Onun əsgərlərisə istiqbal karvanıdır.  
O, ən məsul, ən ağır vəzifə başındadır,  
Ömrünə məna verən Vətən savaşındadır. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
108 
 
O, sorğusuz, sualsız bələddir hər əsgərə,  
Oxumuş kitab kimi hər ürəyi min kərə,  
Poladdan da möhkəmdir onun əmri döyüşdə,  
O, yorulmaz keçsə də, bütün ömrü döyüşdə  
Deyir, doğma yaramdır hər soldatın yarası  
Tamam sağalsın gərək bu həyatın yarası!  
Yenə qızışır döyüş, Sinetski öndədir.  
Düşmən yaman gündədir...  
Ətrafa od yağdırır Qafurun avtomatı,  
Qorxudan faşistlərin yadından çıxır adı.  
Sataşır gözlərinə qaya dibində bu an  
Düşmən avtomatçısı... coşur ürəyində qan.  
Aman, aman, nədir bu Varlığını didir bu. 
Düşmən, Sinetskinin bağrını almış nişan,  
Avtomatda güllə yox, heç nəyə gəlmir güman.  
Nə güllə doldurmağa, nə qumbara atmağa  
Vaxtı yox, imkanı yox... qalxır birdən ayağa.  
Yoldaş leytenant!.. deyə bağırır var səsilə  
Şığıyır ildırımtək, qabaran sinəsilə  
Qaldıraraq dostluğu qəlbində bayraq kimi,  
Durur Sinetskinin önündə bir dağ kimi,  
Bir qırpımda sinəsi rəng aldı lalələrdən,  
Üzmək istəməyirdi ayaqlarını yerdən.  
Silərək sağ əlilə sol döşünün qanını.  
Qorumaq istəyirdi ölümdən öz canını.  
Rəngi soldu get-gedə, çökən dağ kimi çökdü.  
Gözündən iki damla əlvida yaşı tökdü.  
Artıq gedirəm - deyə, məni bağışla, - deyə,  
Böyük bir məhəbbətlə baxdı Sinetskiyə.  
Nəsə demək istədi... Titrədi dodaqları.  
Dostunun qucağında endi göz qapaqları...  
Dolğun gözlü komandir bu itkidən bağrı qan,  
Öpdü öz qardaşının soyuq dodaqlarından.  
O, bu adla apardı cəsur döyüşçüləri  
Müqəddəs vuruşlara... Düşmən çəkildi geri... 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
109 
 
Qara dənizə yaxın bir təpənin başında  
Qafuru basdırdılar... Onun məzar daşında  
Yazdılar bu həyatda nəçi, kim olduğunu,  
Cəbhəçilər döyüşdə bayraq etdilər onu,  
Nəğmə qoşdu könüllər onun şücaətinə,  
Görən də, görməyən də gəldi ziyarətinə. 
 
* * * 
 
Aylar, illər dolandı, dost ellər dünyasında,  
Mən bu şəhərdə oldum... yerlilər arasında  
Deyirdilər Qafurun anası çıxıb yola,  
Bala məhəbbətilə gəlmiş Sevastopola.  
Qucaqlamış can, deyə oğlunun baş daşını,  
Bir ana tək axıtmış gözünün qan-yaşını.  
Sanmış ki, hələ oğlu çıxmayıbdır bələkdən,  
Qəbrini beşik bilib lay-lay demiş ürəkdən.  
Özünü alıb ələ qalxmış ayağa birdən,  
Hanı o dostun? - deyə sual etmiş qəbrdən,  
Önündəki zabitə sataşınca gözləri,  
Axmış, sərçeşmələr tək sadə ürək sözləri,  
Sormuş: - Sən kimsən oğul? - Sinetskiyəm, ana! 
Qafurun yoldaşıyam, yetər, etmə qan, ana!  
Ana bir ah çəkərək, Sarılmış sarmaşıq tək  
Qəhrəman rus oğlunun boynuna qollarıyla.  
(Ey Vətən! İftixar et bu möhtərəm qarıyla!)  
Səni görüb oğlumu yada salıram, deyə  
Qafurumun iyini səndən alıram, deyə  
Öpmüş Sinetskini - oğlunun yoldaşını,  
Qanlı yollar şahidi, can, ürək sirdaşını.  
Demiş: "Oğlum ölməyib, qəlbi, qəlbində vurur,  
Eşidir qulağınla, baxır gözünlə Qafur.  
Gəlir balamın ətri sənin gül nəfəsindən, 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə