Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə2/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   2   3   4   5   6   7   8   9   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 

 
Gözlərimin qapağını örtməyin.  
Üfüqlərdən çəkilərkən sis, duman,  
Bəlkə bir də qara torpaq altından – 
Vüsal günü qardaşımı görüm mən.  
Qardaşımı, sirdaşımı görüm mən.  
Mənim əzizlərim, mənim dostlarım,  
Elə bilməyin ki, köçüb gedirəm.  
Yarıya çatıbdır ömür baharım,  
Bir də xahişimi təkrar edirəm:  
Vaxtında dünyadan köçdüyüm gündə,  
Tutsun tabutumdan o taylı əllər.  
Yasin əvəzinə qəbrim üstündə,  
Bir vüsal mahnısı oxusun ellər! 
 
BURAX! 
 
Söyləmə: "Gəl səni qəfəsə salım,  
Yanıb külə dönsün vətənin nəşi!"  
Burax boğazımı, qoy nəfəs alım,  
Tutma gözlərimi, görüm günəşi! 
 
Sən kəsə bilməzsən mənim dilimi,  
Dilimin rişəsi ürəyimdədir.  
Dostunam, söyləyib sıxma əlimi,  
Gözün məndə deyil, çörəyimdədir. 
 
LAYLA 
 
Bir komada balasına layla çalır bir ana,  
Dərdlərini sanki bir-bir yada salır bir ana.  
Bu laylada sakit axan bulaqların səsi var,  
Bahar çağı pıçıldaşan yarpaqların səsi var. 
                   Bu laylanı uzaqdan 
Ürəyimin qulağıyla eşidirəm bayaqdan. 
                  Bir igidin balasıdır bu körpə, 
                  Bir şəhidin balasıdır bu körpə. 
                  Yaxşı fikir verirəm, 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
10 
 
Mən tanışam bu laylanın hər sözüylə  
Təbrizdəki o daxmada beşiyi də görürəm,  
Qana dönmüş ürəyimin gözüylə. 
               Bu laylanın hər səsində  
Sanıram ki, mənə doğma bir mahnının sətri var. 
               Bu laylanın nəfəsində  
Tarlaların, meşələrin, çəmənlərin ətri var. 
               Ehtiyac yox suala, 
               İnanın ki, bu layla 
               İgidlərin adını, 
               Şəhidlərin adını  
Gizlinə 
Körpəciyin qulağına pıçıldayır hər gecə.  
Bu laylada bir xalqın, bir vətənin  
Qövr eləyən yaraları göynəyir.  
Çiçəyinə qan çilənmiş çəmənin  
Bülbülləri qəm yeyir.  
Mürgüləyən körpənin gülümsəyir gözləri,  
Nəsə deyir gözləri.  
Eşitsin ana Vətən,  
Bilirəm bu sirri mən:  
Körpə sabah öz əliylə,  
Xalqın böyük əməliylə  
Quracağı dünyasından razıdır,  
Anasının laylasından razıdır! 
 
MÜCAHİDLƏR MAHNISI 
 
Biz gedirik azadlıqçün döyüşə,  
Sinələri dağlamayın, analar!  
Şəhid olsaq yaşarmasın gözünüz,  
Başa qara bağlamayın, analar! 
 
Bir vaxt deyib-gülənlərin yasını,  
Düşmən bağrı dələnlərin yasını, 
  
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
11 
 
Bu günlərçün ölənlərin yasını  
Uzun illər saxlamayın, analar! 
 
Unudulmaz azadlıqçün ölənlər,  
Bizi anar bizdən sonra gələnlər – 
Bizim kimi el qədrini bilənlər,  
Ağlamayın, ağlamayın, analar! 
 
TƏBRİZLİ ANALAR 
 
Mən təbrizli analara bələdəm,  
Fəxrimdir bu əziz, qoçaq analar. 
Körpəsinin beşiyinin başında,  
Sübhə qədər qalar oyaq analar. 
 
Məhəbbəti çiçəklənər ilk gündən,  
Zərrə bezməz öz analıq yükündən.  
Balasına namərdliyi kökündən  
Saf südüylə edər yasaq, analar. 
 
Hər kəlməsi, hər sözü gül qoxuyar,  
Laylasını diləklərdən toxuyar.  
Ürəklərdən keçənləri oxuyar  
Kitab kimi varaq-varaq, analar. 
 
Xata çıxsa övladının əlindən.  
İnsanlara ziyan dəysə dilindən,  
Üz döndərsə vətənindən, elindən  
Kandarına basmaz ayaq, analar. 
 
Ta əzəldən dar günündə ellərin,  
Qarşısına sinə gərər sellərin.  
Nəfəsini kəsər qara yellərin,  
Dayaqlara olar dayaq, analar. 
 
Qan axarkən Təbrizdə su yerinə,  
Döyüşlərdə ürək verər ərinə.  
Nalə çəkib, şəhidlərin qəbrinə  
Güllər səpər qucaq-qucaq, analar! 
  


  
_Azərbaycan Milli Kitabxanası  
 
 
VÜSAL  HƏSRƏTI 
 
KÖÇƏN DEYİLƏM 
 
Qoy əcəl bilsin ki, vəslin bağından, 
Gül-çiçək dərməmiş keçən deyiləm. 
O taylı dilbəri özümtək azad, 
Bəxtiyar görməmiş köçən deyiləm. 
 
Sinəmdə bir dərya sözüm var yenə, 
Olümdən, əcəldən deməyin mənə. 
Süleyman Rüstəməm, xalqa, Vətənə 
Borcumu verməmiş köçən deyiləm! 
 
ÖZ GÜLÜSTANIM 
 
Özgə torpağına göz dikməmişəm, 
Mənə kifayətdir öz gülüstanım. 
Yolunda hazıram candan keçməyə 
Vətəndir, Vətəndir şöhrətim, şanım. 
 
Qardaş, xəbərdaram güzəranından, 
Gülləri yad dərən gülüstanından. 
Canım canındandır, qanım qanından, 
Yox, dözə bilməyir buna vicdanım. 
 
Qəm-qüssə çəkməzdim bəlkə də bunca, 
Təbrizi görsəydim bir də doyunca. 
Vüsal həsrətilə Araz boyunca, 
Yolları yollara yamayan canım! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
12 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
13 
 
VÜSAL HƏSRƏTİ 
 
Vüsal həsrətilə yanıram yenə,  
Yoxdur əzəl gündən hicranla aram.  
Şerimlə, mahnımla çəkərək nərə,  
Hicran cəbhəsini mən gərək yaram. 
 
Ey nisgilli bacım, dərdli qardaşım,  
Savalan sayağı ağardı başım.  
Bu tayda gülşəndir torpağım, daşım,  
Sizsiz ola bilməz ürəyim aram. 
 
Qəflətdən oyanmış görürəm sizi,  
Dağ kimi dayanmış görürəm sizi,  
Al qana boyanmış görürəm sizi,  
Dərdiniz dərdimdir, yaranız yaram. 
 
Halı cəlladların yamandır, yaman,  
Yoxalır köləlik, dəyişir zaman.  
Süleyman Rüstəməm, eşitsin cahan:  
Sizə havadaram nə qədər varam! 
 
DEYİLMİ? 
 
Durnalar, siz deyin, qan qardaşlarım  
Gəlib dərd əlindən zara, deyilmi?  
Odlar torpağının ürək parçası  
Arazın o tayı, ora deyilmi? 
 
İnsanlar göz açmır əlindən yasın,  
Gülləri qaradır baharın, yazın.  
Qoca ər evinə satılan qızın,  
Örtüyü günütək qara deyilmi? 
 
Süleyman, bağlısan o doğma yerə,  
Vətənim deyirsən gündə min kərə.  
Təbriz gözəlindən sənə xatirə,  
Bağrında sızlayan yara deyilmi?! 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə