Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə7/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   2   3   4   5   6   7   8   9   10   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
32 
 
  
 
 
Qoca Təbriz yuxudadır, ajanlardır yalnız oyaq,  
Çiyinlərdə Amerika markalı son yeni yaraq.  
Bir zindanın qabağında tək-tək deyil, qoşa-qoşa,  
Gedib-gəlir jandarmlar gah o başa, gah bu başa.  
Guya zindan boğa bilər azadlığın haqq səsini,  
Ölüm-dirim savaşına bəstələnmiş nəğməsini.  
Sanki zindan son verəcək al bayraqlı üsyanlara,  
Həqiqətə, ədalətə candan bağlı üsyanlara.  
Odur, iki məhbus yatır dar zindanın bir gözündə:  
Nakamların qan izi var aydın-acıq mərd üzündə,  
Hər ikisi qorxu bilməz, igid, dönməz fədaidir,  
Ürəyində vətən eşqi əsla sönməz fədaidir.  
İnqilabı, azadlığı zəncirləmək olarmı? - Yox!  
Könüllərdə arzuların çiçəkləri solarmı? - Yox! 
 
Günəş olub səhər-səhər iki dostun əməlləri,  
Gəzir kənd-kənd, şəhər-şəhər iki dostun əməlləri.  
İki dostu əldən salıb saya gəlməz sorğu-sual,  
Hər birinin ürəyinə təsəllidir xoş istiqbal.  
Hər birinin bədənində bir sağ yer yox, döyülməkdən.  
Onlar deyir: - Dar ağacı şərəflidir əyilməkdən!  
Bilirlər ki, təslim olmaq, ana yurda xəyanətdir,  
Mübarizə zəfərlərlə doğma, əkiz həqiqətdir.  
Bilirlər ki, əməlləri döyüşlərin bayrağıdır,  
Onları mərd yetişdirən Azərbaycan torpağıdır.  
Bilirlər ki, alovlanır xalqın kini, intiqamı,  
Qana dönmüş ürəyində qalmayacaq arzu-kamı.  
Bilirlər ki, yadellilər qovulacaq bu diyardan,  
Müqavimət soraq verir zəfər adlı ilk bahardan.  
Bilirlər ki, ana vətən nə gündədir, nə haldadır,  
Bu ellərin ürək dostu, xilaskarı şimaldadır.  
Deyir qəti döyüşləri düşündükcə, iki məhbus: -  
Silah tutan əllərimiz zəncirlidir, əfsus, əfsus!  
Ayağından sürüyərək bu məhbusu iki ajan,  
Çuval kimi kameraya tullayaraq oldu nəhan.  
Bu zindanın bir gecəsi belə, olmur fəlakətsiz...  
Üstü, başı qan içində düşüb qaldı hərəkətsiz. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
33 
 
 
 
 
Yeni dustaq, cavan dustaq, - 
İki yoldaş cəld qalxaraq, 
Dinlədi can qəfəsini, 
Onun zəif nəfəsini. 
Söylədilər məhəbbətlə, 
Məhəbbətlə və heyrətlə: 
"Bir bu qədər yaralardan ölməyibdir, diridir o; 
Əyilməyən alnıaçıq igidlərdən biridir o!" 
Gənc məhbusa acıyacaq iki məhbus fikrə daldı, 
Oxuyaraq fədailər nəğməsini dodaqaltı, 
Lənət dedi çağırılmamış əliqanlı qonaqlara, 
Fitnə-fəsad toxumu səpən yad məkanlı qonaqlara. 
Oxşadılar: - Özünə gəl, oyan, - deyə gənc dustağı - 
Qüvvə topla, qaya kimi dayan, - deyə gənc dustağı. 
O tərpənib gözlərini açan zaman yavaş-yavaş, 
Dostlar ondan soruşdular: - Adın nədir, kimsən, qardaş? 
O tanıdı dostlarını... dostlar onu tanımadı, 
Tanınmazdır, nə bilsinlər kimdir əsli, nədir adı? 
Yeni dustaq xeyli süzdü bu mərd, köhnə dustaqları, 
Bu sözləri deyə bildi parçalanmış dodaqları: 
Azərbaycan, bütöv vətən bayrağıdır həqiqətim!.. 
Bu sözlərdən dar, qaranlıq, nəmli zindan işıqlandı, 
Könüllərdə günəş doğdu, qəmli zindan işıqlandı!.. 
 
SAXLARSAN 
 
Fikrət Qocaya 
 
Gözəl şeirlərini öz adında saxlarsan,  
Vətən məhəbbətinin gur odunda saxlarsan. 
 
Cıdırda söyləsələr "at seçin", açıq gözünü  
İgid, Qaçaq Nəbinin Bozatında saxlarsan. 
 
Çaparsan arzularınla Cənuba əldə qələm,  
Sonunda, zirvələrin son qatında saxlarsan. 
  
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
34 
 
 
 
 
 
Vətənsizin yeri yoxdur bizim bu gülşəndə,  
Bunu mənim kimi hər an yadında saxlarsan. 
 
Deyim ürək sözümü, sən də mən Süleymantək,  
Cənubun həsrətini fəryadında saxlarsan! 
 
ÜRƏK SÖZLƏRİ 
 
Osman Sarıvəlliyə 
 
Təbrik edirəm candan, ürəkdən səni, Osman,  
Təkrar nə deyir - gör sənə dostun bu Süleyman. 
 
Sən hörməti insanlara hörmətlə qazandın,  
Qəlbindəki saf, nurlu məhəbbətlə qazandın.  
Şerindəki ən güclü həqiqətlə qazandın,  
Şair kimi heç güdmədin öz xeyrini dostum,  
Ellər oxuyur nəğmətək hər şerini dostum. 
 
Ağ günlü həyatında elin baxtını gördün,  
Əzmində, səbatında elin baxtını gördün.  
Ən ülvi muradında elin baxtını gördün,  
Al bayrağı öz bağrına basdın yenə dostum,  
Yazdın, yenə yazdın, yenə yazdın, yenə dostum! 
Hər dikbaşa baş əymədin ömründə özünçün,  
Mən-mən deyə car çəkmədin ömründə özünçün.  
Sən heç qapılar döymədin ömründə özünçün,  
Şöhrət özü döydü qapını, aç deyə, dostum,  
Şerinlə qaranlıqlara nur saç, deyə dostum! 
 
Tərif dilənən kəsləri, sən sevmədin heç vaxt,  
Yad nəğmədə yad səsləri sən sevmədin heç vaxt.  
Biganə baxan gözləri sən sevmədin heç vaxt,  
Çal, çal, sazının susmasın heç telləri dostum,  
Çal, vəcdə gətir mahnı sevən elləri, dostum! 
  
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
35 
 
 
 
 
 
 
Qoy aləm eşitsin, mən ürəkdən çəkirəm car,  
Var, qarşıda bundan daha xoş illərimiz var,  
Yox, yormayacaqdır bizi bu zirvəli yollar,  
Heç baxmayıb öz şıltaq ürək ağrıma, dostum,  
Gəl, bir də basım mən səni öz bağrıma, dostum! 
 
ADIN KİMİ 
 
Dostum Rəşidə 
 
Gəl öz köhnə dostunun sözlərini eşit sən, 
Sən bu şair gözümdə adın kimi rəşidsən! 
Ölkələr dolaşmısan ürək mahnılarınla, 
Sülhsevər insanlara gərək mahnılarınla. 
Səni pərvazlandırıb elindəki gözəllik, 
Milyonlarla dil tapıb dilindəki gözəllik. 
Vətəninin pozulmaz hər rəngi var səsində, 
Millətinin vüqarlı ahəngi var səsində. 
Mükafatın hər yerdə adına hörmət olub, 
Səsini dinləyənlər bir səslə can deyiblər. 
İlhamının mayası məhəbbətdən yoğrulub, 
Əcəb bülbül yetirib Azərbaycan, deyiblər. 
Bu uğurlu yollarda sərvətin mahnılardır, 
Adın, sanın, şöhrətin əbədi mahnılardır. 
Salonları seyr edib günəşli gözlərinlə - 
Ürəkləri açırsan açarlı sözlərinlə. 
Tərcüməsiz hər sözün könüllərə tapır yol, 
Alqışlar ünvanına yağır yağıştək: - Sağ ol! 
Bugünkü təntənəndə səni sevən dostlara 
Sonsuz könül varından de, gözünə döndüyüm! 
Əziz dostum, sən hara, söylə, yoruldum hara?! 
Gözəl mahnılarından de, gözünə döndüyüm! 
Gəl, dostum, gəl bir daha sözlərimi eşit sən - 
Sən bu şair gözündə adın kimi rəşidsən! 
  
 
8 dekabr 1985 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə