Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə6/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   2   3   4   5   6   7   8   9   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
28 
 
YAŞILLIQ MƏCNUNU 
 
Mərhum dostum 
 Ağamirzənin xatirəsinə 
 
Dostlar, həm fərəhli, həm qəmliyəm mən,  
Bir dostum yadıma düşdü bu axşam.  
 İllər keçibsə də köçdüyü gündən,  
Mən əziz dostumu unutmamışam.  
Onu tanıyanlar təsdiqlər məni,  
Unutmaq çətindir Ağamirzəni.  
Zəhləsi gedərdi qaraqabaqdan,  
Dostlar məclisində üzü gülərdi.  
Söhbəti, başlardı bağçadan, bağdan,  
Hər dosta səadət, ağ gün dilərdi.  
Dostumu tanımaq çətin deyildi,  
Açıq bir kitabdı ondakı ürək.  
O məni özünə dost, qardaş, bildi,  
Çox yerdə onunla kəsdik duz-çörək.  
Gah onlarda olduq, gah bizdə olduq,  
Hərbin qızğın çağı Təbrizdə olduq.  
Sonralar da tez-tez görüşərdik biz,  
Məsul vəzifələr başında oldu.  
Abadlıq naminə fikri səbirsiz  
Vətən torpağında, daşında oldu.  
Yaşıllıq görürdü yuxusunda da,  
Nə həyatdan doydu, nə işdən doydu.  
Öz qızıl vaxtını vermədi bada,  
Sözünün əvvəli-axırı buydu:  
Abadlıq, abadlıq, yenə abadlıq!  
Abadlıq dostumçün şadlıqdı, şadlıq...  
Torpağa sevgisi dərindi, dərin,  
İşinə-gücünə canı yanırdı.  
Harda olurdusa azdan o yerin  
Çılpaq küçələri çinarlanırdı.  
Dilində həmişə bu sözdü əzbər:  
Yaşıla bürünsün gərək hər şəhər, 
  
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
29 
 
 
                                           Ağaclar altından keçəndə dostum  
Sanki baş əyirdi budaqlar ona.  
Başqa bir şəhərə köçəndə dostum  
Sanki əl çalırdı yarpaqlar ona.  
Sanki o Məcnundu, yaşıllq Leyla,  
Qoymazdı bir ağac baxımsız qala.  
Az qaldı damlarda ağac əkdirə.  
Göldənmi, çaydanmı su da çəkdirə.  
Yorulma deyirdi özünə hər gün,  
Əzmi qanadlıydı arzusu kimi.  
Görünürdü onun gözünə hər gün  
Ağaclar doğmaca ordusu kimi.  
Qoymazdı biri də saralsın, solsun,  
Bu uğurlu yolda bəxtiyardı o.  
İşinə zəng vuran kim olur-olsun  
Dəstəyi sorğusuz qaldırardı o.  
Xalqına xidmətdi eşqi, həvəsi,  
Dili ömrü boyu mən-mən bilmədi.  
Üzə qüsurunu deyən hər kəsi  
Özünə dost bildi, düşmən bilmədi.  
Çalışdı qeyrətlə, illər boyunca,  
H
e
yhat, yaşamadı dostum doyunca.  
Könül sərvətini verib elinə,  
Alnıaçıq köçdü son mənzilinə.  
Ağaclarsa hər gün qalxdı, ucaldı,  
Ondan nəsillərə xatirə qaldı. 
 
              * * * 
 
                                           Dostlar, həm fərəhli, həm qəmliyəm mən,  
                                           Bir dostum yadıma düşdü bu axşam.  
                                           İllər keçibsə də köçdüyü gündən,  
                                           O əziz insanı ununtmamışam.  
                                           Onu tanıyanlar təsdiqlər məni – 
                                           Unutmaq çətindir Ağamirzəni... 
  
 
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
30 
 
 
 
 
ANAM XIRDAXANIMIN 
XATİRƏSİNƏ 
 
Ana! Köçdünsə də, öpüşlərinin  
Yeri xatirətək üzümdə qaldı.  
Bizim ana-oğul məhəbbətimiz  
Xoşbəxtəm ki, mənim özümdə qaldı. 
 
Mən hər bağ vaxtında çox səni yordum,  
Kol-koslar içində mayallaq vurdum.  
Sözünə baxmadım, yıxıldım, durdum,  
Tikanların yeri dizimdə qaldı. 
 
Çoxdan, Novxanıda səninlə birgə  
Xeyli meynə əkdik tər tökə-tökə.  
Gözlərim o vaxtdan yol çəkə-çəkə  
Ağ şanı adlanan üzümdə qaldı. 
 
Rahat yaşasam da ocağımda mən,  
Nəvə oynatsam da qucağımda mən,  
Səninçün körpəydim bu çağımda mən,  
Gözün gecə-gündüz izimdə qaldı. 
 
Ana! Gör nə deyir bu şair balan – 
Sən mənim qalamdın, mən sənin qalan,  
Səkkiz baş övlada çaldığın laylan  
Şeirli, nəğməli sözümdə qaldı. 
 
Çox da qara torpaq ayırdı bizi,  
Eşqinin qəlbimdən silinməz izi.  
Anacan, budur ki, sözümün düzü – 
Surətin ömürlük gözümdə qaldı. 
 
20 mart 1985 
  
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
31 
 
 
 
AĞ GÜNLÜ NƏVƏMSƏN 
 
Nəvəm Azadəyə 
 
Azadə! Gözəllər gözəlindən də gözəlsən!  
Mən bildiyim, ellər gözəlindən də gözəlsən! 
 
Şıltaqlığına hər gün ürəkdən gülürəm mən,  
Hər kəlməni hər dərdimə dərman bilirəm mən.  
Görcək səni, yorğunluğa üstün gəlirəm mən,  
Hər kəlməsi tər güllü, gülər üzlü nəvəmsən,  
Xoşbəxtəm onunçun ki, günəş gözlü nəvəmsən. 
 
Şair babanın sözlərini saxla yadında,  
Azadə sözü nəğmə kimi varkən adında – 
Öz bəxtini yüksəklərə qaldır qanadında.  
Saf sevgiyə layiq, məzəli, nazlı nəvəmsən.  
Bülbül nədir, ondan da xoş avazlı nəvəmsən! 
 
Sən bəxtimə bax, ömrümə solmaz yaraşıqsan,  
Sən heç tayı, heç bənzəri olmaz yaraşıqsan,  
Ellər də bilir kölgədə qalmaz yaraşıqsan.  
Azadəciyim, ömrü bahar çağlı nəvəmsən,  
Öz yurduna, öz millətinə bağlı nəvəmsən! 
 
       Öyrən vətəni, milləti öz yaşlı babandan,  
Dünyanı dolanmış başı qar saçlı babandan,  
Təbriz sarıdan gözləri qan yaşlı babandan,  
Sən dərdi, qəmi yoxluğa sürgünlü nəvəmsən,  
Ağ günlü nəvəmsən, mənim ağ günlü nəvəmsən. 
 
İŞIQ 
 
Dar qəbirdən fərqi nədir, deyin zülmət bir zindanın?! 
Arazın o tayındakı mənə doğma bir məkanın 
Övladları dəstə-dəstə salındıqca zindanlara 
Mən ürəkdən səs verirəm bağrı yara insanlara! 
Gecəyarı, hər yer sakit,   
Hərdən-birdən verilir fit. 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə