Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə14/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   10   11   12   13   14   15   16   17   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
65 
 
 
Çox uzun sürməyəcəkdir hicran!  
Bir canım var, sənə qurbandır o da.  
Necə gülsün ürəyim? Qandır o da.  
O gülər, məncə, vüsalınla sənin,  
Yaşayır çünki xəyalınla sənin.  
Nə sən onsuz, nə o sənsiz yaşamaz!  
Azər övladı Vətənsiz yaşamaz!  
Tut əlimdən ki, mənəm arxa sənə,  
Qazanaq biz də bir ağ gün vətənə.  
Yadların onda kəsilsin nəfəsi,  
Bürüsün hər tərəfi nəğmə səsi. 
 
II 
 
Yox xəzandan o tərəflərdə baharın fərqi,  
Çox böyükdür bu diyarla o diyarın fərqi.  
Bürünüb matəmə kəndlər və şəhərlər, ölüdür,  
Elə bil, orda həyətlər, küçələr qan gölüdür.  
Mən xəyalən o sevincsiz küçələrdən keçirəm,  
Kinli gözlərlə baxıb düşməni, dostu seçirəm.  
Dəymə, cəllad, - deyirəm, - dəymə o qan qardaşıma,  
Mənə bax, qorx qəzəbimdən, onu tək görmə, çəkin,  
Qorx, yetər, vurma qaxınc gəl bu ağarmış başıma.  
Dərdli qəlbində bu gün dalğalanır sonsuz kin.  
Soldurub öz nəfəsinlə bağını, bağçasını,  
Vətənin matəmə saldın o gözəl parçasını.  
Onu bir qul kimi bir vaxt çox alıb satdın, sən  
Elə zənn etmə ki, öz istəyinə çatdın sən!  
Görməyirsənmi könüllərdə coşan üsyanı?  
Sanma müstəmləkə sən şanlı Azərbaycanı!  
Yetər ölkəmdə çəkib qəhqəhələr oynadığın,  
İçirib haqq bağıran xalqa zəhər, oynadığın,  
Çox güvənmə, yetər, arxanda duran dövlətə gəl,  
Demə sən "körpə uşaq" dərdi coşan millətə gəl!  
Sən mənim qardaşımın qatilisən hər yerdə,  
Örtə bilməz bu cinayətləri heç bir pərdə. 
  
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
66 
 
 
İntiqam al! Deyir hər şanlı şahidin qəbri.  
Qəhrəman millətimin, dinlə, tükənmiş səbri,  
Öz dilindən onu məhrum elədin, ey cəllad!  
Bilməyirsən belə getməz qoca dünyada həyat?!  
Bilməyirsənmi o bir gün yenə zənciri qırar,  
Nəmli zindanı uçurdub, yeni kaşanə qurar!?  
İndidən baş çəkirəm dosta, qohum-qardaşa mən...  
Gəzərək qəlbi yara yurdumu başdan-başa mən,  
Yazıram qəlbimə bir-bir sənin etdiklərini,  
Bilirəm, gün gələcək haqq tutacaq öz yerini.  
Tutub ellərsə yaxandan çəkəcək məhkəməyə,  
Onda heç kimsə sənə yetməyəcəkdir köməyə.  
İntiqam ordusunun əsgəriyəm mən də! Eşit!  
Olmayıb, olmayacaqdır kölə çox milyon igid!  
Səsləyib dostlarımı, evləri bir-bir gəzirəm,  
Səsimə hay verən olmur, tutulublar, sezirəm.  
Hər xiyabanda mənə qupquru əllər uzanır.  
Ağa can! Bircə qıran ver, deyə dillər uzanır,  
Hər nəyim varsa cibimdən çıxarıb mən verirəm,  
Həmin əllər uzanır, sonra da hərdən görürəm – 
Qara şəmsiyəli bir kimsəyə... - heyhat, heyhat!..  
O keçir daş kimi səssiz... ona yaddır bu həyat.  
Səkkiz-on yaşlı uşaqlar ki, bahardır, məncə,  
Gün çıxandan çəkərək gün batana işgəncə.  
Dönür onlar əliboş, cibləri boş, evlərinə,  
Bürünüb köhnə cırım-cındıra paltar yerinə. – 
Ehtiyacın, görürəm, döymədiyi bir qapı yox,  
Çərxi dönmüş şəhərinsə yüzü acdır, biri tox.  
Yenidən insan ucuzlaşdı, çörək oldu baha...  
Yox, könüllər dözə bilməz bu ağır dərdə daha!..  
Məncə, bir gün gələcəkdir ki, bu qəm karvanı  
Qəzəbindən coşaraq andıracaq ümmanı,  
Boğacaq düşməni, aydın deyəcək istəyini,  
Qaldırıb göylərə qandan qızaran köynəyini... 
  
 
 
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
67 
 
                                          QARDAŞIMIN DƏRDİ 
 
Dərdim bir olsaydı, olmazdı qəmim,  
Gör nə günə saldı zəmanə məni.  
Üstümdə saç yolub ağlayan ana,  
Nə üçün gətirdin cahana məni! 
 
Kinimdən quruyub gözümdə yaşım,  
Gəlsin köməyimə dostum, qardaşım.  
Əyilməz kimsəyə bəlal başım,  
Yadlar boyasa da al qana məni. 
 
Haqsız döyülməkdən üzüm göyərib,  
Öz ana yurdumda qəribəm, qərib.  
Damlarda bayquşlar səs-səsə verib,  
Bu dərddir gətirən fəğana məni. 
 
Cəlladlar boyamış qana vətəni,  
Zülmdən gətirib cana vətəni,  
Satmaram milləti, ana vətəni,  
Tutub salsalar da zindana məni. 
 
Ayağıında zəncir, qolumda zəncir,  
Səslənir sağımda, solumda zəncir,  
Qalanıb dağ kimi yolumda zəncir,  
Qoy ellər bilməsin divanə məni. 
 
Çoxdandır bir şirin dilə həsrətəm,  
Bir doğma qardaşa, elə həsrətəm,  
Yuvasız bülbüləm, gülə həsrətəm,  
Tanıyır xaraba, viranə məni. 
 
Nədir bu ayrılıq bilə bilmirəm,  
Nədən bülbül qonmaz gülə, bilmirəm,  
Gülmək istəyirəm, gülə bilmirəm,  
Aparın şimala loğmana məni. 
  
 
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
68 
 
Dinləsin arzumu yaslı durnalar,  
Dərdi çox, söhbətli, sazlı durnalar,  
Alıb qanadına nazlı durnalar, 
Aparsın o gözəl məkana məni! 
 
Təbriz, 1942 
 
YENƏ DURNALAR 
 
Qanadlılar dünyasının şairlərindən, 
Durnalardan söhbət açmaq istəyirəm mən. 
Bahar gəldi, bu diyardan uçub getdilər, 
Qaqqıldaşa-qaqqıldaşa köçüb getdilər. 
Yer üzünün bizə yaxın, uzaq yerində,  
Mahnımızı gəzdirdilər dimdiklərində.  
Ömrüm boyu mən razıyam durnalarımdan,  
Arazımı unutmadı qanadlı karvan.  
Bu sahildən o sahilə qondu durnalar,  
Yadlarında saxlayaraq mənim şərtimi  
Lələyini qələm kimi yondu durnalar,  
 
Yazdı Cənub torpağına köhnə dərdimi. 
Aylar keçdi, soldu güllər, soldu çiçəklər,  
Durnaların həsrətiylə dindi ürəklər.  
Mən də hər gün gözlərimi dikdim göylərə,  
Payız gəldi, qaqqıltıyla doldu dağ-dərə.  
Yenə bizim bu məkana gəldi durnalar,  
Yenə cənnət Lənkərana gəldi durnalar,  
Gözlərində o sahilin qəmli lövhəsi,  
Sözlərində qardaşımın, bacımın səsi.  
Əzizsiniz bu vətənçin, elçin, durnalar!  
İki sahil arasında elçim durnalar! 
  
 
 
 
 
 
 
 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə