Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə11/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
51 
 
UÇUNUZ 
 
Hara uçursunuz, bilim, durnalar!  
Mənim tərcümanım, dilim durnalar! 
 
Nə olar uçunuz mən deyən yerə,  
Sizə əhsən deyim gündə min kərə.  
Dolsun səsinizlə bütün dağ, dərə.  
Sizindir çəmənim, çölüm, durnalar  
Şəlaləm, dənizim, gölüm, durnalar. 
 
Gülməyin gözümdən axan yaşıma,  
Baharda qar yağıb mənim başıma.  
Neyləyim, acıma, qan qardaşıma  
Çoxdandır çatmayır əlim, durnalar.  
Bunu yaxşı bilir elim, durnalar. 
 
Arazdan o taya ötürün məni,  
Arzuma-kamıma yetirin məni.  
Paylayım sevinci, şeri, nəğməni,  
Dəysin dost əlinə əlim, durnalar,  
İkiqat olmamış belim, durnalar. 
 
Doğma Arazımın qırağındayam,  
Bir qaragözlünün fərağındayam  
Həm bacı, həm qardaş sorağındayam,  
Məni qorxutmayır ölüm, durnalar!  
El gülsün, mən də bir gülüm, durnalar. 
 
 
ÇÖRƏYİM, AĞLA 
 
Təbrizli bağlarda soldu gül-çiçək,  
Ağla, gülüm, ağla çiçəyim, ağla.  
İllərdir üzümə yollar bağlıdır,  
Araz şikayətli küləyim, ağla. 
 
Qoy yenə dilimdən od-alov saçım,  
Bu sahil toxumdur, o sahil acım. 
  
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
52 
 
 
 
Çörəyə həsrətdir, qardaşım, bacım,  
Ağla, süfrəmdəki çörəyim, ağla. 
 
Bilir nisgilimi bu el, bu ölkə,  
Ürəyim çətin ki, bu dərdi çəkə,  
Mən yüsal gününü görmədim bəlkə,  
Ağla, Araz gözlü ürəyim, ağla! 
 
 
BİR OVUC TORPAQ 
 
Dinlə mənim, ey təbrizli qan qardaşım, 
Bağrı yara can sirdaşım. 
Nə qədər ki, hicran kəsib yolumuzu, 
Sağımızı, solumuzu. 
Nə qədər ki, qələm tutur dərdimizi yazan əlim
"Yorulmuşam" kəlməsini lüğətimdən pozan əlim. 
Nə qədər ki, sönməyibdir ürəyimin odu, közü, 
Vüsal adlı diləyimin odu, gözü. 
Nə qədər ki, dünyamızı aydın, açıq görür gözüm, 
Nə qədər ki, ürəklərdə yuva salır şerim, sözüm, 
Nə qədər ki, öz yerində durur ürək, 
Həsrətinlə vurur ürək. 
Nə qədər ki, vüsalına yetməmişəm, 
Nə qədər ki, son mənzilə getməmişəm
Qoyma qalsın ürəyimdə bu arzu, bu həvəs, qardaş, 
Tələs, qardaş, 
Bircə ovuc torpaq göndər Bakıdakı qardaşına, 
Səni səndən artıq sevən sirdaşına, 
O torpağı məhəbbətlə bu torpağa qatım bağda, 
İllər boyu bəslədiyim xoş arzuma çatım bağda, 
Bəlkə bir az vəslə möhtac, hicran yüklü can 
                                                              dincəlsin, 
Bahar çağı bağçamızdan təbrizimin ətri gəlsin.  
Gəl qardaşım, qardaşını gəl dolandır öz başına,  
Çox demirəm, bircə ovuc torpaq göndər qardaşına! 
  
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
53 
 
AMANDIR, GETMƏ 
 
Təbrizdən ayrılarkən  
qardaşımdan eşitdiklərim 
 
Məni yalqız qoyub hara gedirsən,  
Bax bu göz yaşıma, amandır, getmə!  
Dərdli könlümdəki xoş arzuları  
Mübarək elinlə oyandır, getmə! 
 
Sənsən ürəyimə, ruhuma sirdaş,  
Qaralar geyəcək sən getsən dağ-daş.  
Qurbanam gəldiyin yollara, qardaş,  
Əməllərim sənə əyandır, getmə! 
 
Sənə göz dikmişdir bu el, bu oymaq,  
Üzünə baxmaqla mümkünmü doymaq?  
Sən öz evindəsən, deyilsən qonaq,  
Bağrı bu ellərin al qandır, getmə! 
 
Zülm ilə tapdandı gül bağım mənim,  
Söndü ayım, günüm, çırağım mənim.  
Sənsən yaman gündə dayağım mənim,  
Getsən yerim yenə zindandır, getmə! 
 
Demirəm, yaş töküb halıma ağla,  
Doğma qardaşınam yadında saxla.  
Özün öz əlinlə yaramı bağla,  
Göz yaşım dəryadır, ümmandır, getmə! 
 
İÇƏ BİLMİRƏM 
 
Araz sahilindən yolum düşəndə,  
Bir an həyəcansız keçə bilmirəm.  
Nələr olduğunu o biri tayda  
Çox gözəl bilirəm, necə bilmirəm?! 
  
 
           Eşitsin səsimi bacım, qardaşım, 
Hicran yollarında ağardı başım. 
Damır ürəyimə yenə göz yaşım, 
Gündüzü gecədən seçə bilmirəm. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
54 
 
Özgələr su içir bulaqlarından, 
Fəryadlar yüksəlir ocaqlarından. 
Niyə qollarından, ayaqlarından, 
Paslı zəncirləri aça bilmirəm. 
 
Mənim o sahilsiz həyatım yoxdur, 
Vüsalından böyük muradım yoxdur. 
Niyə quşlar kimi qanadım yoxdur, 
Niyə o sahilə uça bilmirəm?! 
 
Mənə gəl-gəl deyir Təbriz, Miyana, 
Sən necə baxırsan, Arazım buna! 
Ürəyim yananda sənin suyuna 
Göz yaşı qatmasam, içə bilmirəm! 
 
 
ÜRƏYİMİ VERƏRƏM 
 
Xəzan vursa bağçanı, çiçəyimi verərəm,  
Süfrəndə şey tapmasan, çörəyimi verərəm. 
 
Amansız olsun deyə zərbən cəllad başında,  
Biləyinə köməkçi biləyimi verərəm. 
 
Düşmənlər nəfəsilə zəhərləsə havanı,  
Onda sənə Xəzritək küləyimi verərəm. 
 
Tufan qopsa, başına qayalar, dağlar uçsa,  
Qarşısına mən dayaq kürəyimi verərəm. 
 
Azadlıq vuruşunda ürəyin parçalansa,  
Qoparıb bu sinəmdən ürəyimi verərəm! 
  
 
 
 
KÖÇÜRƏ BİLƏYDİLƏR 
 
Deyirəm nə olaydı cənublu qardaşıma,  
Mənim həyat suyumdan içirə biləydilər.  
Azad torpağımdakı toxumunu güllərin,  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
55 
 
Arazın o tayında becərə biləydilər. 
 
Deyirəm nə olaydı məni qan qardaşımın,  
Yanına Araz üstdən keçirə biləydilər.  
Yaralı ürəyinin əvəzinə əvəzsiz,  
Mənim bu ürəyimi köçürə biləydilər. 
 
1967 
 
DİNLƏ QARDAŞINI 
 
Dinlə qardaşını, a yaslı qardaş,  
Həmişə arzulu, niyazlı qardaş,  
Bağrı çarpaz dağlı, arazlı qardaş,  
Qoymaram gözündən sellər tökülsün. 
 
Nələr çəkməmisən ömründə, nələr,  
Səni qurtarmasam zillətdən əgər,  
Gözümdə gecəyə çevrilsin səhər,  
Başıma damlardan küllər tökülsün. 
 
Gün o gün olsun ki, gəlim vəcdə mən,  
Bizim bu şəhərdə görünəndə sən.  
Bütün eyvanlardan, pəncərələrdən,  
Ayağın altına güllər tökülsün. 
 
 
QƏLBİM 
 
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,  
Hər ikisi bir vüsalın həsrətilə çırpınar.  
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,  
Biri xoşbəxt, o birisi batıb qana Təbrizdə. 
  
 
 
 
Biri burda karvanını sürür aya, günəşə,  
Biri orda varlığını atıb oda, atəşə.  
Biri burda tikir, qurur, xariqələr yaradır,  
Biri orda min əzaba sinə gəlir, yaradır.  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə