Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə13/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   9   10   11   12   13   14   15   16   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
61 
 
ÜRƏYİM PARÇALANIR 
 
Məncə, hər doğru məhəbbətdə siyasət olmaz,  
Olsa bir azca siyasət, o, məhəbbət olmaz. 
 
Ürəyim gizlədə bilməz ki, sevir qardaşını,  
Tökür hicrində açıqdan-açığa göz yaşını. 
 
Ona baxdıqca uzaqdan ürəyim parçalanır,  
Dərdli bir nəğmə deyirkən dilim ağzımda yanır. 
 
Çağırır, gəl! - deyə hər an məni ordan haraya,  
Ürəyim quştək uçur dərdli Arazdan o taya. 
 
Deyirəm: qəm yemə, dostum, hələ mən ölməmişəm,  
Sənsiz ömrümdə, bilirsən ki, deyib gülməmişəm. 
 
Ta əzəldən yoğurub qanla bu qardaşlığı biz,  
Demişik, qəbrədək ayrılmayacaqdır əlimiz! 
 
Heç yaraşmaz sənə artıq o pərişan görkəm,  
Sadiqəm andıma, qardaş, tut əlimdən möhkəm. 
 
Nərə çək, söylə o qəlbindəki hər istəyini,  
Çevirib bayrağa qandan qızaran köynəyini! 
 
Şüvəlan, avqust 1945 
 
O GÜN GƏLƏCƏK 
 
Ləpələr qanlıdır Arazda yenə,  
Nalə var çaldığım bu sazda yenə.  
Yenə hər tin başında dar ağacı,  
Ağlayır qardaşından ayrı bacı.  
Yenə hər yerdə qan, ölüm dəhşət... 
     Çeynənir zülm əlində bir millət.  
     Gül - deyirlər ürəkdən ağlayana,  
     Bulaşıb gül, çiçək, çəməndə qana. 
  
 
Vətənin sızlayır ürək yarası,  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
62 
 
Buna şahid o dərdli "Ərk qalası".  
Yox əsər orda, yox azadlıqdan  
Müstəbidlərsə hey deyir qan, qan.  
İndi artıq dünənki şən qızlar  
İydəliklərdə ağlayıb sızlar,  
Yox günəşdən nə bir əsər, nə bir iz,  
Bir böyük yas içindədir Təbriz.  
Əvəz etmiş gözəl baharı, xəzan,  
Yanmayıb neyləsin bu şeri yazan?!  
Necə dözsün ürək bu ayrılığa?  
Son verilsin gərək bu ayrılığa!  
Bilirəm ki, o an, o gün gələcək.  
Yenə Təbriz çiçəklənib güləcək! 
 
1947 
 
DÜLGƏRİN ARZUSU 
 
Bir qoca dülgərə rast gəldim dünən,  
Hərbi paltarıma diqqətlə baxdı.  
Mənə cəsarətlə yanaşdı, birdən  
Sanki gözlərində ildırım çaxdı. 
 
Öz ana dilində oxudu mənə  
Könül dəftərindən bir neçə varaq.  
Məni dəvət etdi sonra evinə  
Dərdli kaman kimi sızıldayaraq 
 
Bəzəyi yoxsa da kasıb evimin,  
Səndən inciyərəm getməsən əgər.  
İnanın, vallahi bir şurəvinin  
Qapımdan girməsi dünyaya dəyər! 
 
Onun bu sözləri canıma yatdı,  
Əl sıxıb öpüşdük qan qardaşımla.  
Könül ayrılığın daşını atdı,  
Yan-yana, vüqarla düzəldik yola! 
  
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
63 
 
BİR MƏKTƏBİN QAPISINDA 
 
Bir məktəb binasının keçərkən qabağından  
Qəribə bir lövhənin şahidi oldum yenə.  
Qoparıb atmışdılar bir gülü budağından,  
Ürəyim parçalandı, hücum çəkdi dərd mənə. 
 
A dostlar! Bu lövhəyə diqqətlə bir an baxın,  
İçini çəkə-çəkə ağlayan bu uşağın  
İslanıbdır dəftəri-kitabı göz yaşından,  
Kim bilir nə bəlalar keçib onun başından.  
Deyiləm biganə mən bu torpağın dərdinə,  
Dedim, əgər qalmasam bu uşağın dərdinə  
Bağışlamaz el məni, alqışlamaz el məni.  
Silərək bir əlimlə körpənin göz yaşını,  
Yuxarı qaldırıram bir əlimlə başını.  
Soruşuram yavaşca: "Nə dərd üz verib sənə,  
Bahar çağındır, bala, danışsana, gülsənə".  
Boğur, dinməyə qoymur zavallını hıçqırıq,  
Tökülür dodağından kəlmələr qırıq-qınq.  
Gizlin deyil, əzəldən dünya ölüm-itimdir,  
Dedim, bəlkə, bu körpə kimsəsizdir, yetimdir.  
Bəlkə, ailəsində nə qardaş, nə bacı var,  
Bəlkə, bir şirin sözə onun ehtiyacı var.  
Dedim, işdir, bəlkə də, kəsilib dərslərindən,  
(Dalıb düşüncələrə bir ah çəkdim dərindən)  
Bəlkə, tədris haqqını ödəməyib zavallı,  
Bəlkə, dünəndən bəri şey yeməyib zavallı.  
Belə deyil, ey könül, ədalət divanı qur,  
Öyrəndim ki, körpənin günahı yalnız budur:  
O, Təbriz məktəbində vətənində, elində,  
Yoldaşıyla danışıb doğma ana dilində.  
Bir qara əl ağacdan qırıb budaqtək onu  
Küçəyə tullamışdır, unutma, şair, bunu! 
 
Mənim qan qardaşımın gözlərinin işığı,  
Ömrünün yaraşığı  
Bircə oğlu Nəriman  
Gözü yaşlı, bağrı qan, 
  
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
64 
 
Qoltuğunda kitablar, körpə qəlbində qəmlər,  
Qiymət dəftərçəsində xoşagələn rəqəmlər,  
Məktəbin qapısında durub səhərdən bəri  
Solğun yanaqlarında üç-dörd sillənin yeri! 
 
1961 
 
CƏNUB HƏSRƏTİ 
 

 
Yenə şair ürəyim döndü qana,  
Yağır ətrafa dilimdən odlar.  
Baxıram dərdli Arazdan o yana,  
Görürəm qan axıdır cəlladlar.  
Öldürürlər bacımı, qardaşımı,  
Tökmərəm bir daha mən göz yaşımı.  
İntiqam nəğməsi var könlümdə,  
Xalqın ölməz səsi var könlümdə.  
Orda bükmüş belini dərd anamın,  
Qara günlər keçirən mərd anamın  
Qanlı əllər uzanır saçlarına.  
Qəlbi daşlarsa, bu göz yaşlarına  
Baxaraq, hey qoparır qəhqəhələr,  
Açılır orda fəğanlarla səhər.  
Dil açanlar çürüyür, zindanda,  
Haqq deyənlər yox olur bir anda.  
Hər baxışdan yenə qəm, qüssə yağır,  
Çox ağırdır, vətənin dərdi ağır...  
Mən demişdim öz ürək qardaşıma,  
Bizə sadiq o dilək qardaşıma,  
Açılıb gül kimi gülsən, gülərəm,  
Vətən uğrunda sən ölsən, ölərəm.  
Qardaşım, dönmərəm öz andımdan,  
Titrəyir atdığım hər addımdan  
Məni səndən, səni məndən ayıran... 
  
 
 
 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə