Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə12/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   8   9   10   11   12   13   14   15   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
56 
 
Biri burda kommunizmin təməlinə daş qoyur,  
Biri orda dərbədərdir, daş üstünə baş qoyur.  
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,  
Biri xoşbəxt, o birisi batıb qana Təbrizdə. 
 
 
LEYLA 
 
Bu ellər göz yaşında qərq olub boğulanda,  
Sevindi evdəkilər o dilbər doğulanda.  
Boynuna muncuq salıb dedilər: - Gəlmə gözə,  
Allah bilir, bəlkə də, düşdü ayağın bizə!  
Anası layla çaldı əmizdirərək onu,  
Bilmədi körpəsinin nə olacaqdır sonu.  
Adını Leyla qoyub, qızı qundaqladılar,  
Bəxtinə, taleyinə ümidlər bağladılar.  
Heyhat! Aldanırdılar, bunlar xəyaldı, xəyal,  
Bu torpaqda sevinmək, gülmək mahaldı, mahal.  
Şaxta qılınc çəkərək gur-gur gurladı, durdu,  
Aclıq ondan da betər gəlib qapmı vurdu.  
Ehtiyac gözdən saldı Leylanın beşiyini,  
Artıq çəkən olmadı gecələr keşiyini.  
Aldı qanadlarına əcəl körpə Leylanı,  
Sübhədək ağladılar öpə-öpə Leylanı.  
Leylanı unutdular, Leylanı unutdular,  
Yuyub o gül bədəni ağ kəfənə tutdular.  
Aparıb tapşırdılar soyuq qara torpağa,  
Qaranquşlar qondular qəbrinə ağlamağa. 
 
 
DƏYİŞMƏZSƏ KÖKÜNDƏN 
 
Qəlbimdə dəniz var yenə kindən,  
Qan-yaş tökəcək el gecə-gündüz,  
Bu ölkə dəyişməzsə kökündən! 
  
 
Gəlmiş qapına nazlı bahar, qalx,  
İstərsən əgər ağ günə çıxmaq,  
Bərk tut bu baharın ətəyindən! 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
57 
 
Könlüm, nə durubsan, belə olmaz!  
Dər, dostlara göndər, deyim əhsən,  
Ən yaxşı gülündən, çiçəyindən! 
 
Qan-yaş tökəcək el gecə-gündüz,  
Bu ölkə dəyişməzsə kökündən! 
 
 
ÜRƏYİMİN QULAĞI VAR, GÖZÜ VAR 
 
Mən ürəyi atəş dolu şairəm,  
Hələ yaram sağalmayıb, gözü var. 
Aman cəllad, sən vurduğun yaranın  
Ürəyimdə hələ dərin izi var. 
 
Əlimdədir bu kainat, bu dünya,  
Kilid vurmaq olmaz axar bir çaya.  
Ürəyimdə dalğalanan bir dərya,  
Millətimin, vətənimin sözü var. 
 
Qartal kimi süzüb uçan nəğməmdə,  
Sellər kimi axıb coşan nəğməmdə,  
Bahar kimi könül açan nəğməmdə,  
Qan ağlayan bu ellərin özü var. 
 
Cəllad! Yetər, çək əlini vətəndən,  
Ayıraram dik başını bədəndən.  
Daha məni sata bilməz hər yetən,  
Ürəyimin qulağı var, gözü var! 
 
 
GƏLİR 
 
Təbriz! Dərya kimi dalğalan, çağla,  
Bu elə qəhrəman bir rəhbər gəlir.  
Sənin şənliyinə dostumnz bahar  
Yolları edərək müəttər gəlir. 
  
Qoy mənim sözümə şahid olsun Ərk,  
Səni ölənədək mən etmərəm tərk.  
Günəşin əlindən yapışıb bərk-bərk,  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
58 
 
Qoynuna uğıırlu bir səhər gəlir. 
 
Ucalır göylərə elin avazı,  
Gülür bəxtsizlərin ömrünün yazı.  
Rüstəm, nə durmusan, dilləndir sazı,  
Ürək sevindirən bir xəbər gəlir! 
 
 
ZİNDAN 
 
Heyhat! Necə dözsün buna insan:  
Vur, vur ki, yıxılsın təməlindən  
Aysız və günəşsiz qara zindan! 
Hər kərpici qan, hər daşı fəryad,  
Gülməz üzü bir kimsənin əsla...  
Dözməz buna, dözməz buna vicdan. 
Vicdansıza vicdan sözü yaddır,  
Şair deyəcək, susmayacaq heç,  
Cəllad nə qədər içsə də al qan. 
Vur, vur ki, yıxılsm təməlindən,  
Aysız və günəşsiz qara zindan! 
 
DİLBƏRİN GƏLİNLİK EVİ 
 
 
Dilbər totuqca qızdı, onu verdilər ərə - 
Aclıqdan ölməsin deyə dövlətli bir yerə. 
 
Təbrizlilər dözümlü olur dərdə hər zaman,  
Dilbərsə tab gətirmədi ağ saçlı dərdlərə. 
 
Yağdıqca dəmbədəm başına tənə daşları  
Şivən qopartdı, ağladı, o, gündə min kərə. 
  
 
 
 
Əsdi bağında bir qara yel soldu gül üzü,  
Zalım ərinsə hər baxışı döndü xəncərə. 
 
Yad göz gəzən cənazəni heç görməsin deyə,  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
59 
 
Bağlandı dar dəmir qapı, örtüldü pəncərə. 
 
Mən acizəm bu dərdi yazım... Heçdi, bəlkə də  
Cəllad ərin gözündə bu dəhşətli mənzərə. 
 
Heyhat, qapandı bir gün onun göz qapaqları,  
Dilsiz məzar gəlinlik evi oldu Dilbərə. 
 
 
TƏBRİZ ZİNDANINDA 
 
Zindanda, ah sataşdı gözüm xəstə bir qıza,  
Dillən! - dedim, o bəxti qara, sönmüş ulduza. 
 
Sıxmışdı pəncəsində onu aclıq, ehtiyac,  
Boğmuşdu doğma körpəsini, qərq olub yasa. 
 
Haqqında hökmü məhkəmənin çıxdı çox asan,  
Qatil ana adıyla ona kəsdilər cəza. 
 
Əl dəyməmiş yanınıda durur "dadlı" bir nahar,  
Bir parça daş çörək, su dolu çirkli bir kasa. 
 
Layla çalırdı sol əlinə körpə zənn edib,  
Min köhnə dərdimin yarası oldu lap taza. 
 
Birdən önündə diz çökərək söylədim: inan,  
Dincəlmərəm əlimlə bu zindan dağılmasa! 
 
 
VƏTƏN YANDI 
 
O qədər nalə etdim ki, qızardı lalətək bağrım,  
Baxıb öz dövrəmə gördüm qərənfil, yasəmən yandı. 
  
 
 
Ürəkdə min yaran vardır, yazıq millət, yazıq millət,  
Sənə hər ləhzədə öz canını qurban edən yandı. 
 
Qonub damlarda asudə ötür heybətlə bayquşlar,  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
60 
 
Əlində haqqı bayraq eyləyən, düz yol gedən yandı. 
 
Dolubdur nəmli zindanlar, yanır odlarda azadlıq,  
Neçin dinmirsən, ey qardaş, soruş bir gör nədən yandı. 
 
Durubdur başım üstündə, əlində xəncəri, cəllad, 
Nə gül qaldı, nə bülbül qaldı, bağ yandı, çəmən yandı. 
 
Yadımdan çıxdı bülbültək qəfəsdə güllərin rəngi,  
Qəmin, dərdin əlindən od tutub axır bədən yandı. 
 
Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,  
Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı! 
 
 
TANIŞDIR 
 
Qəfəsdən qurtulmuş yaralı şirəm,  
Zəncir vura bilməz cəlladlar mənə.  
Yox, yox, vura bilməz bir də yaralar – 
Həm düşmənlər mənə, həm yadlar mənə! 
 
İstəsən hər kəsi danışdır burda,  
Göz yaşı elə bil yağışdır burda,  
Hər addım başında tanışdır burda,  
Nalələr, fəğanlar, fəryadlar mənə! 
 
Vətənsiz bir şair cansız bədəndir,  
Sevdası başımdan getmir nədəndir,  
İlhamım, qüdrətim, eldir, Vətəndir,  
Canımdan əzizdir bu adlar mənə! 
 
1942 
  
 
 
 
 
 
 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə