Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə16/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
74 
 
 
Çox da ki, deyiləm özüm o tayda,  
Dolaşır dillərdə sözüm o tayda,  
Araz sahilində, gözüm o tayda,  
Məzarı bu tayda qazılan mənəm!  
 
YENƏ ARAZ QIRAĞINDA 
 
Ömür keçdi, hicran quşu can evimdən köçmədi,  
Arazından iki qardaş yan-yana su içmədi.  
Heç özüm də bilmədim ki, necə oldu, qardaşım,  
Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi!  
Dəli könlüm istəyəntək buz bulaqlar başında  
 
Ocağımız tüstülənib, kababımız bişmədi. 
Şair gözüm qızılgülü, qərənfili, laləni  
O sahildə, bu sahildə bir-birindən seçmədi.  
Niyə mənim bu əllərim məhəbbətin bağından,  
Tikanları oraq kimi öz vaxtında biçmədi?!  
 
Mən mücahid qardaşımın gözlərindən öpürəm,  
Al bayrağı güllələrdən çoxdan deşmə-deşmədi.  
Qanlı döyüş meydanında, qara gündə, dar gündə  
Əcdadımın həm Qıratı, həm Bozatı kişnədi. 
Dağ gövdəli hansı igid, hər savaşın sonunda  
Babək kimi, Koroğlutək bığlarını eşmədi?!  
Qan qardaşım, bir zamanlar sənin, mənim qılıncım,  
Dəstəyədək cəlladların ürəyinə işlədi. 
 
Şöhrətini ulduzlara, aya, günə yazdılar,  
Heyrətindən qoca dünya barmağını dişlədi. 
 
Hanı sənin o çağların? Yox, yox, görüb duyuram,  
Azadlığın sorağında sinən, bağrın teşnədir.  
Yaxdı məni hicran dərdi, bu dərdimin yanında  
Özün yaxşı bilirsən ki, başqa dərdlər heç nədir.  
Dərdli Araz sahilində, uzun yollar boyunca,  
Qana dönmüş, ürəyimdən nələr gəlib keçmədi?!  
Qan qardaşım, gül üzünə bir də baxım doyunca  
Bəlkə bir də bu yerlərdən mənim yolum düşmədi! 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
75 
 
 
KÖNLÜMƏ TƏBRİZ DÜŞDÜ 
 
Mədinə Gülgünə 
 
Gəldi min dilli bahar, könlümə Təbriz düşdü,  
Güllü, bülbüllü bahar, könlümə Təbriz düşdü.  
Təbrizin dərdi mənim dərdim olub illərdir,  
Ordadır, nazlı nigar, könlümə Təbriz düşdü.  
Çox da dünyada gözəl, adlı şəhər min-mindir,  
Hər yerin öz yeri var, könlümə Təbriz düşdü.  
Bacımı, qardaşımı, sevgilimi görməliyəm,  
Yox, dəyişməz bu qərar, könlümə Təbriz düşdü.  
Mən Süleyman, Kür - Araz nəğməli şair babayam,  
Çəkirəm aləmə car, könlümə Təbriz düşdü! 
 
 
BƏNZƏMƏZ 
 
Üfüqlərdən günəş qalxır bayrağımtək hər səhər,  
Yad ellərin səhəri bu səhərimə bənzəməz.  
Bu dünyada məncə min-min gözəl şəhər yox deyil,  
Yox, heç biri bu xəzrili şəhərimə bənzəməz. 
 
Hamı bilsin, bu sirri mən çoxlarına açmışam,  
Şair kimi dövranıma min bir mahnı qoşmuşam.  
Səfər vaxtı dənizlərdən, ümmanlardan aşmışam,  
Heç bir dəniz, heç bir ümman Xəzərimə bənzəməz. 
 
Sevgilimi o sahildə mən görmədim bu ay da,  
Deməyin ki, sənin acı fəryadından nə fayda.  
Yarı canım bu taydadır, yarı canım o tayda,  
Yer üzündə heç bir kədər kədərimə bənzəməz. 
 
Süleymanam, bu dərd mənim ürəyimdə yaradır,  
O sahildə qan qardaşım yaman bəxtiqaradır.  
Yaxşı ki, mən hələ sağam, qələm yazır, yaradır,  
Heç bir dəftər mənim sinə dəftərimə bənzəməz! 
  
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
76 
 
 
 
XATİRƏ 
 
Zəfər dolu kitabında Vətənin  
Hər igidin şöhrəti var, adı var.  
Dastanlarda bu gün belə kişnəyən,  
Bozat kimi, Qırat kimi atı var. 
 
Qan qardaşım, yadındamı o illər,  
Bir-birinə nələr dedi könüllər?!  
Ömrümüzə yazdıq təzə fəsillər,  
Ağızlarda o günlərin dadı var. 
 
Gecə-gündüz qələm düşmür əlimdən,  
Nigaranam o taydakı elimdən.  
Süleymanam, od tökülür dilimdən,  
Ürəyimdə ayrılığın odu var. 
 
 
BƏLİ, CƏNUBLUYAM 
 
Araz qırağında ayrılıq günü,  
Köynəyi qaradan biçilən mənəm.  
Bəli, cənubluyam, yadlar əlində,  
Al qanı şərabtək içilən mənəm. 
 
Bir vaxt görüşərdik Xudafərində,  
İndi yellər əsir onun yerində.  
Vətən səngərində, el səngərində,  
Bağrı deşim-deşim deşilən mənəm. 
 
Tapdaq altındadır vətən torpağı,  
Hələ sağalmayıb sinəmin dağı.  
Qardaş həsrətilə hər bahar çağı,  
Yarası lalətək açılan mənəm. 
  
 
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
77 
 
 
 
 
ÖZÜMÜ GÖRDÜM 
 
Yenə min arzuyla çıxdım səfərə,  
Araz sahilində izimi gördüm. 
Əziz qardaşımın, dərdli bacımın, 
Gözündə yol çəkən gözümü gördüm. 
 
Vüsalı görsəm də bir röya kimi,  
Nə qəm, bir arxam var bu dünya kimi.  
Coşqun dalğalara bir qaya kimi,  
Sinəsini gərən özümü gördüm! 
 
 
PİYALƏM 
 
Ayrılıqdan odlanan bağrımda laləm var mənim,  
Titrəyən kirpiklərimdə qanlı jaləm var mənim. 
 
Getməyir bir an xəyalımdan Cənubun həsrəti,  
Qəlbimin hər guşəsində bir şəlaləm var mənim. 
 
Həm uzaqdır, həm yaxındır məncə bu vəslin yolu,  
Təbrizin hər daxmasında odlu naləm var mənim. 
 
Arzulardan doğmadır hər nəğməmin hər kəlməsi,  
Hər sözü dildən-dilə düşmüş risaləm var mənim. 
 
Qoy vüsal gəlsin, gözəl mənalı bir sağlıq deyim,  
Qardaşım! Göy göl kimi əlvan piyaləm var mənim! 
 
 
SAXLA YADINDA 
 
Qardaş! Gözümə sən yenə pəjmürdə göründün,  
Bəsdir bu qədər qolları zəncirli süründün. 
 
Tez soldu bağın gəlmələrin tapdağı altda,  
Cənnət qurulub qardaşının bayrağı altda. 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə